Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1594/2021 20.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçinın “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Kirovabad şəhər XDS İK tərəfindən X5 adına verilmiş 17 sentyabr 1963-cü il tarixli 1864 №-li orderin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən iki otaqlı mənzil Kirovabad şəhər XDS-nin İcrayyə Komitəsi tərəfindən verilmiş 17.09.1963-cü il tarixli 1864 saylı orderə əsasən mərhum X3na verilmişdir. X3 28.11.1997-ci il tarixdə vəfat etmişdir və həmin vaxtdan hal-hazıra kimi o, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Hazırda o, həmin mənzili özəlləşdirmək istəyir, lakin orderdə atası Xəzailin ata adı “Əhəd” əvəzinə səhvən “Əhməd” göstərildiyi üçün o, mənzili özəlləşdirə bilmir. Bununla bağlı o, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə müraciət edərək orderdə atası Xəzailin ata adında düzəliş edilməsini xahiş etmiş, lakin MKTİB-yi cavab olaraq bildirmişdir ki, orderdə düzəliş edilməsi onların səlahətlərinə aid deyil və məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. X1 atasının adı “Əhəd” olmasını onun adına olan ölüm haqqında şəhadətnamə və nikah bağlanması haqqında çıxarışla da təsdiq olunur və atası Xəzailin qardaşı əmisi Çərkəz də təsdiq edə bilər Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, ərizəçi onun qardaşı Xəzail Mirzəyevin oğludur. Həiqətən də onların atalarının adı Əhəd olmuş, lakin orderdə atasının adı səhvən Əhməd kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan SSR Kirovabad şəhər zəhmətkeş deputatları Soveti Mənzil İdarəsi tərəfindən verilmiş 17 sentyabr 1963-cü il tarixli, 1864 saylı orderdən görünür ki, X2 şəhər, Uşuniksi (keçmiş Səfərəliyev) küçəsi, ev 1A, mənzil 13 ünvanda yerləşən ümumi sahəsi 33,03 kv.m olan 2 otaqdan ibarət mənzil ilə təmin olunmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin srətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1964-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 02306023 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 14 iyun 1942-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. İş materiallarında olan V-JQ seriyalı 272156 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 04.12.1997-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan nikah haqqında çıxarışın surətindən görünür ki, X8 10 aprel 1956cı il tarixdə X4 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ərə Mirzəyev, arvada Mirzəyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin atasının adı, ona məxsus bütün sənədlərdə “X8” kimi göstərilsə də, Kirovabad şəhər XDS İK tərəfindən verilmiş 17 sentyabr 1963-cü il tarixli 1864 №-li orderdə atasının adı “X7” kimi göstərilmişdir. Orderdə göstərilən “Mirzəyev Xəzail Əhməd oğlu” ilə ölüm haqqında şəhadətnamə və digər sənədlərdə göstərilən “X8”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – orderin, ölüm haqqında şəhadətnamənin, evlənmək haqqında çıxarışın surəti ərizəçi tərəfindən, onun atasına aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə atasının istifadəsinə verilmiş mənzilin özəlləşdirilməsi və mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, Kirovabad şəhər ZDS tərəfindən verilmiş 17 sentyabr 1963-cü il tarixli 1864 №-li orderin X6 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Kirovabad şəhər Zəhmətkeş deputatları Soveti tərəfindən verilmiş 17 sentyabr 1963-cü il tarixli, 1864 nömrəli orderin “X8”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1594/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1594/2021
20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver