Məhkəmə qərarları › İş №2(043)-1647/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1647/2021

19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1647/2021 19.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyn edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunun Aşağı Şorca kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsinə, qeydiyyat aparılarkən ata qrafasında atasının X9, ana qrafasında anasının X2 qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşmə verildiyi kimi baxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. Ailədə 5 nəfər olmuşlar. X4 16.01.1948-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur və 24.05.2019-cu ildə Gəncə şəhərində vəfat etmişdir. X1 06.06.1956-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. Ata və anası 28.07.1976-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bu evlilikdən onların 3 övladı var. O və 2 qardaşı. Böyük qardaşı X6 02.03.1979-cu ildə Ermənistan Respublikası Vardenis rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. Kiçik qardaşı X7 24.01.1983-cu ildə Ermənistan Respublikası Vardenis rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. Məhkəmə müraciət etmə səbəb odur ki, 1995-ci ildə bəzi sənədləri ilə birlikdə onun doğum haqqında şəhadətnaməsi də itmişdir. Onun axtarışı ilə bağlı göstərdiyi səylər bir nəticə verməmişdir. Bu barədə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə 29.03.2021-ci il tarixdə ərizə ilə müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Belə ki, doğum haqqında şəhadətnaməsini itirdiyindən və arxiv sənədləri Ermənistanda qaldığı üçün doğum şəhadətnaməsini əldə edə bilmədiyindən məcbur olub məhkəməyə müraciət etmişdir. Doğum haqqında şəhadətnamə ona bəzi sosial problemlərin həllində istifadə etmək üçün lazımdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə verərək işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı qızıdır və xx.xx.1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonun Aşağı Şorca kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsini itirmişdir və hal-hazırda sosial məsələlərin həllində bu onun üçün problem yaradır. Maraqlı şəxs tərəfindən verilmiş 29.03.2021-cu il tarixli məktubdan görünür ki, Ərizəçi tərəfindən lazım olunan sənədlər təqdim olunmadığı üçün doğum haqqında şəhadətnaməsinin bərpası mümkün olmamışdır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. İ-JQ 359757 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X3 arasında olan nikah 28.07.1976-cı il tarixdə qeydə alınmışdır. XVİİ-JQ 486634 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 02.03.1979-cu ildə Ermənistan Respublikası Vardenis rayonunun Aşağı Şorca kəndində anadan olmuş, ata qrafasında X9 və ana qrafasında Piriyeva (Hümbətova) Siyatel Qardaşxan qızı qızı kimi qeyd olunmuşdur. İ-AZ 026137 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 24.01.1983-cü ildə Ermənistan Respublikası Vardenis rayonunun Aşağı Şorca kəndində anadan olmuş, ata qrafasında X9 və ana qrafasında Piriyeva (Hümbətova) Siyatel Qardaşxan qızı qızı kimi qeyd olunmuşdur. AZ-İİ 013579 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24.05.2019-cu ildə ölmüşdür. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini işdə olan sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- AM) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. AM-in 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; AM-in 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir; AM-in 162.2.-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadəsi ilə habelə təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, Ərizəçi xx.xx.1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonun Aşağı Şorca kəndində anadan olmuşdur və bu barədə doğumu qeydə alınaraq X4, X1 kimi qeyd olunmuşdur. Ərizəçi doğum şəhadətnaməsini itirdiyi üçün doğum akt qeydinin bərpası ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin arxiv sənədləri Ermənistan ərazisində qaldığı üçün doğum akt qeydini bərpa edə bilməmişdir. Ərizəçi həmin faktı əldə edə bilmədiyi üçün sosial məsələlərin həlli ilə bağlı hüquqlarını həyata keçirə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə də işlərə baxır.(MPM. mad. 307.2.3) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunun Aşağı Şorca kəndində doğulmasının qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi aparılarkən soyadının Hümbətova, adının Güləbatın, ata adının Vaqif, ata qrafasında ata adının X9, ana qrafasında ana adının X2 qeydə alınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunun Aşağı Şorca kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi aparılarkən soyadının Hümbətova, adının Güləbatın, ata adının Vaqif, ata qrafasında ata adının X9, ana qrafasında ana adının X2 qeydə alınması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar