Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1655/2021 25.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1948-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Mets Məzrə kəndində anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, anasının X1, atası X9 olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə və ona qanunla müəyyən edilmiş qaydada hüquq müəyyənedici sənədin - doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1948-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Mets Məzrə kəndində anadan olmuşdur. 1988-ci ildə erməni faşistləri tərəfindən doğma ata-baba yurdlarından deportasiya olunmuş və ailəsi ilə birlikdə Gəncə şəhərində məskunlaşmışlar. Ermənistan Respublikasının Vardenis rayonunun Mets Məzrə kəndində X11 ilə nikaha daxil olmuşdur. Hal-hazırda ailəlidir, 4 övladı var. Ermənistan Respublikasından deportasiya olunduqdan sonra sənədlərinin bir qismi, o, cümlədən doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Onun doğum haqqında şəhadətnaməsinin olmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun sənədlərin alınmasına, əmək və əmlak münasibətlərinə daxil olmasına, vərəsəlik şəhadətnaməsi almasına maneçilik törədir. Onun doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum faktının tanınması və ona müvafiq doğum haqqında şəhadətnamə verilməsi zərurəti yaranmışdır. O, Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinə bu barədə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək, xx xxxx 1948-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olması, atası X9, anası X2 olmaqla doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin, AZE seriyalı P3909262 nömrəli pasportun, Rusiya Federasiyası tərəfindən verilmiş ** YE ***8518 nömrəli sürücülük vəsiqəsinin və Ermənistan Respublikası tərəfindən verilmiş 2823 saylı əmək kitabçasının surətlərindən görünür ki, Ərizəçi xx.xx.1948-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Sənədlərin ata adı qrafasında “Səmənd” adı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 08.04.2021-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, xx.xx.1948-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı 31 saylı, 08.04.2021-ci il tarixli məktubdan görünür ki, o, doğumun bərpası üçün lazım olan sənədləri tədqim edə bilmədiyindən ərizəsinin təmin edilməsi mükün olmamışdır. İş materillarında olan doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, X3 1950-ci ildə Ermənistan Respublikasının, Basarkeçər rayonu, Böyük Mərzə kəndində anadan olmuş, onun atası X9, anası isə X4 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşı xx.xx.1948-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Lakin, deportasiya zamanı qardaşının doğum haqqında şəhadətnaməsi də daxil olmaqla bir çox sənədləri Ermənistan Respublikasında qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır. Onların atası X9, analar isə X4 olmuşdur. Qardaşı həqiqətən də xx.xx.1948-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur və həmin vaxt onun doğumu qeyd edilərək ona doğum haqqında şəhadətnamə alınmışdır. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadələri və işin materialları ilə Ərizəçi xx.xx.1948ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olması, atasının X9, anasının X2 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi gələcəkdə Azərbaycan Respublikasının vətəndaşına lazımi sənədlərin alınması və mühüm əhəmiyyət kəsb edən məsələlərin həlli ilə bağlı onun doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum akt qeydini başqa qaydada bərpa edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1948-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulması, atasının X9, anasının X2 olması ərizəçinin izahatı ilə yanaşı şahidlərin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası X9, anası X7 olmaqla, xx xxxx 1948-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1655/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1655/2021
25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver