Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-167/2021 19.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və «Cavabdeh2» qızına qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və «Cavabdeh2» qarşı əmlak tələbinə dair başlıqda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 63 adda cehiz əşyalarının, uşağının və özünün geyim əşyalarının onlar olmadığı təqdirdə onların dəyəri olan 20997 (iyirmi min doqquz yüz doxsan yeddi) manat pulun, 7 adda qızıl-zinyət əşyalarının və ya dəyəri olan 7450 (yeddi min dörd yüz əlli) manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh1 ilə 2015-ci il tarixdə ailə qurmuşlar.Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə İlknur və xx.xx.2019-cu il tarixdə Ahunur adlı uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri əvvəlcə normal olsa da sonradan baş vermiş ziddiyyətlər ailələrinin dağılmasını səbəb olmuşdur. Belə ki, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Gəlin göçərkən cavabdeh tərəfindən və öz anası tərəfindən ona qızıl zinət əşyaları hədiyyə olunuşdur. Belə ki, cavabdeh tərəfindən 30 qram çəkidə 583 əyyarlı 2100 manat dəyərində boyunbağı və qolbağı dəsti, 1 ədəd 583 əyyarlı 880 manat dəyərində çəkisi 12 qram olan sırğa-üzük dəsti, 1ədəd 750 əyyarlı 12 qram çəkisi olan 1080 manat dəyərində boyunbuğı, anası tərəfindən 1 ədəd 583 əyyarlı 16 qram çəkisi olan 1120 manat dəyərində qolbağı, 1 ədəd 585 əyyarlı çəkisi 7 qram olan 490 manat dəyərində qolbağı və klon dəsti, 1 ədəd 800 manat dəyərində 10-luq kulon hədiyyə olunmuşdur. İddia ərizəsində göstərilən 14 qram olan 980 manat dəyərində mafyoz qolbağı yanlış olaraq ayrı göstərlmişdir, həmin qolbağı əslində 30 qram çəkidə 583 əyyarlı 2100 manat dəyərində boyunbağı və qolbağı dəsti olmuşdur. Bundan başqa gəlin köçərkən valideynləri tərəfindən 1 ədəd 8000 manat dəyərində yataq dəsti, 1 ədəd stol-stul dəsti-1000 manat, 1 künc divan-kreslo-2000 manat, 1 ədəd mətbəx mebeli-1000 manat, 1 ədəd paltaryuyan-600 manat, 3 ədəd çil-çıraq-450 manat, 1 ədəd dolab-550 manat, 1 dəst yemək dəsti və çay dəsti birlikdə (serviz)-200 manat, 1 dəst yemək dəsti-100 manat, 1 ədəd samovar-150 manat, 1 ədəd ət çəkən-100 manat, 1 ədəd meyvə şirəsi çəkən-100 manat, 1 blendr dəsti-100 manat, 2 qazan dəsti-160 manat, 1 ədəd mantı qazan dəsti-100 manat, 1 ədəd şirəli qazan dəsti-180 manat, 1 ədəd tefal tava-100 manat, 1 ədəd elektrik sobası-200 manat, 1 ədəd blinçik aparatı-100 manat, 4 ədəd sini-40 manat, 2 dəst çaynik-80 manat, 1 dəst tefal-200 manat, 2 ədəd şirəli vedrə- 50 manat, 2 ədəd şirəli ləyən-40 manat ,2 qaşıq dəsti-100 manat , 8 fincan-nəlbəki dəsti- 200 manat, 2 dəst tort boşqabları-80 manat, 4 dəst meyvə qabı-160 manat, 2 ədəb baqema-50 manat, 2 ədəd meyvə qabı-60 manat, 2 ədəd güldan-60, 2 ədəd xrustal güldan-60 manat, 1 dəst rəngli rumkalar-40 manat, 1 dəst sadə rumkalar-20 manat, 3 ədəd xalça-450 manat, 3 ədəd ayaqaltı-15 manat, 10 dəst pastellər-300 manat, 12 dəst süfrələr-400 manat, 24 ədəd əl-üz dəsmalı-72 manat, 12 ədəd hamam dəsmalı-120 manat, 2 dəst divan örtükləri-100 manat, 2 ədəd yataq örtüyü-300 manat, 2 ədəd sarı adyal-40 manat, 2 ədəd qırmızı adyal-40 manat, 1 ədəd slikon yorğan-150 manat, 6 ədəd buludlar-60 manat, 6 ədəd kasalar-40 manat, 1 ədəd mətbəx üçün pərdə-80 manat, 1 ədəd uşaq yatağı-250 manat, 2 ədəd bir nəfərlik döşək-200 manat, 1 ədəd bir nəfərlik yorğan-100 manat, 1 ədəd iki nəfərlik döşək-200 manat, 1 ədəd iki nəfərlik yorğan-200 manat, 4 ədəd böyük balınc-280 manat, 4 ədəd slikon balınc-100 manat, 6 metr pərdə altı- 60 manat, 60 manat dəyərində muncuqlu pərdə cehiz verilmişdir. Bundan başqa uşağına məxsus 80 manat dəyərində velosiped, 60 manat dəyərində yelləncək, 550 manat dəyərində uşaq üçün maşın uşağının və özünün geyim paltarları cavabdehdə qalmışdır. Cavabdeh həmin əşyaları könüllü verməkdən imtina etdiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmini tədbiri ilə əlaqədar Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, qərardadı ilə icra məmurları tərəfinədn cehiz əmlakları və uşaqlara aid əşyaların üzərinə həbs qoyulmuş, cehiz əşyalarından bir qismi yerində aşkar olunmamışdır. Qızıl zinət əşyalarını isə cavabdeh lombarda girov qoaraq borc götürmüşdür. İddia ərizəsində göstərilən 12 ədəd armudu stəkanın, 4 ədəd xrustal stəkanın və 4 ədəd konfet qabını tələb etmədiyini bildirərək iddianın qalan hissədə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddianın təmin tədbiri qismində icra məmuru tərəfindən iddiaçıya məxsus olan cehiz əşyaları siyahıya alınmışdır. İcra məmuru tərfindən siyahıya alınmış cehiz əşyalarınıdan başqa iddiaçının tələb etdiyi əmlaklar olmamışdır. Olmuşdursa da birgə yaşadıqları dövrdə istifadə olunaraq istismr olunmuşdur. Həmin əşyaları verməyə razıdır. Lakin iddiaçı qeyd etdiyi qızıl-zinət əşyalarının bir qismi 30 qram çəkidə 583 əyyarlı 2100 manat dəyərində boyunbağı və qolbağı dəsti, 1 ədəd 583 əyyarlı 880 manat dəyərində çəkisi 12 qram olan sırğa-üzük dəsti, 1ədəd 750 əyyarlı 12 qram çəkisi olan 1080 manat dəyərində boyunbağı onlar tərəfindən, 1ədəd 583 əyyarlı 16 qram çəkisi olan 1120 manat dəyərində olan qolbağı, 1 ədəd 585 əyyarlı çəkisi 7 qram olan 490 manat dəyərində qolbağı və klon dəsti, 1 ədəd 800 manat dəyərində 10-luq kulon iddiaçının anası tərəfindən hədiyyə olunmuşdur. Qeyd olunan qızıl zinət əşyalarından 1ədəd 750 əyyarlı 12 qram çəkisi olan 1080 manat dəyərində olan boyunbğının onda olduğunu, 800 manat dəyərində olan 10-luq kulonu birgə yaşadıqları dövrdə satdıqlarını, qalan qızıl zinət əşyalarını və qardaşına məxsus qızıl zinət əşyalarını iddiaçı onunla birgə yaşadığı dövrdə sataraq özünə kosmetka almış və başqa tələbatına xərcləmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİ 055633 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2015-ci il tarixdə 1629 nömrə ilə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşdə olan fotoşəkillərdən görünür ki, toy zamanı iddiaçıya qızıl zinət əşyaları hədiyyə olunmuşdur. İşdə olan mütəxəssis rəydən görünür ki, 1 ədəd 583 əyyarlı çəkisi 30 qram olan mafyoz boyunbağının qiyməti 2100 (iki min bir yüz) manat, 1 ədəd, 583 əyyarlı çəkisi 14 qram olan mafyoz qolbağının qiyməti 980 (doqquz yüz səksən ) manat, 1 ədəd 583 əyyarlı çəkisi 16 qram olan şəbəkə qolbağının qiyməti 1120 (bir min bir yüz iyirimi) manat, 1 ədəd 583 əyyarlı çəkisi 12 qram olan sırğa-üzük dəstinin qiyməti 880 (səkkiz yüz səksən) manat, 1 ədəd 585 əyyarlı çəkisi 7 qram olan boyunbağı və klon dəstinin qiyməti 490 (dörd yüz doxsan ) manat, 1 ədəd 750 əyyarlı çəkisi 12 qram olan boyunbağının qiyməti 1080 (bir min səksən) manat, 1 ədəd, 10-luq klonun qiyməti 800 (səkkiz yüz) manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 97 nömrəli məlumatdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli krediti vardır və həmin kreditə görə 1 ədəd 7,7 qramlıq 585 əyyarlı boyunbağı klonla, 1 ədəd 6,2 qramlıq 585 əyyarlı qolbağı, 1 ədəd 3,8 qramlıq 585 əyyarlı üzük, 1 ədəd 4,9 qramlıq 583 əyyarlı boyunbağı klonla, 1 ədəd 7,9 qramlıq 585 əyyarlı dəst, 1 ədəd 4,97 qramlıq 585 əyyarlı qolbağı, 1 ədəd 2,5 qramlıq 583 əyyarlı boyunbağı (klonla), 1 ədəd 6,1 qramlıq 583 əyyarlı üzük kreditin təminatı kimi girov qoyulmuşdur. İddianın təmini tədbiri ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurları tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, iddia tələbində göstərilən əmlakların siyahıya alınması zamanı iddia ərizəsində göstərilən əmlaklardan 1 ədəd elektrik sobasının, 2 dəst tort boşqablarının, 1 ədəd bilinçik aparatının, 10 dəst pasteldən 7 dəstinin, 12 dəst süfrənin, 24 ədəd əl üz dəsmalının, 12 ədəd hamam dəsmalının, 2 dəst divan örtüyünün 1 dəsti, 12 ədəd armudu stəkanın, 4 dəst xrustal stəkanın, 4 ədəd konfet qablarının, iddiaçıya məxsus geyim paltarlarının və qızıl zinət əşyalarının mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 2015-ci il tarixdə ailə qurmuşlar. Toyları olarkən cavabdehlər tərəfindən və iddiaçının anası tərəfindən iddiaçıya qızıl zinət əşyaları hədiyyə olunmuşdur. Bundan başqa iddiaçının valideynləri tərəfindən iddiaçıya cehiz əşyaları verilmişdir. Tərəflərin ailə münasibətləri baş tutmadığından ayrılmışlır. İddiaçı iddia etmişdir ki, cavabdehlə ayrılarkən ona hədiyyə olunmuş qızıl zinət əşyaları, cehiz əşyaları, uşaqların və özünün geyim paltarları və uşaqlara aid velosiped, yelləncək və uşaq maşını cavabdehdə qalmışdır. Cavabdeh tərəf isə həqiqətən iddiaçıya iddia ərizəsində göstərilən cehiz əşyalarının və qızıl zinət əşyalarının hədiyyə olunduğunu göstərərək cehiz əşyalarından mövcud olanlarının iddiaçıya qaytarılmasına etirazı olmadığını, qızıl zinət əşyalarının isə bir qisminin onlar tərəfindən, digərlərinin iddiaçının anası tərəfindən hədiyyə olunduğunu, həmin qızıl-zinət əşyalarından 1 ədəd 750 əyyarlı 12 qram çəkisi olan 1080 manat dəyərində olan boyunbağının onda olduğunu, 1 ədəd 10luq kulonu birgə nikah dövründə satdıqlarını, qalan qızıl zinət əşyalarının isə iddiaçının özü tərəfindən satılaraq özünə kosmetka aldığını və qalan pulunu öz tələbatı üçün xərclədiyini göstərərək uşaqlara aid olan əşyaları mübahisələndirməmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, həqiqətən iddiaçıya iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları və cehiz əşyaları hədiyyə olunmuşdur. Lakin iddiaçı iddia ərizəsində göstərilən cehiz əmlklarının bütövlükdə hamısını tələb etsədə icra məmurları tərəfindən siyahıya alınarkən göstərilən əşayların bir qisminin mövcud olmadığı müəyyən olunmuşdur. İddiaçının iddia ərizəsində göstərdiyi cehiz əşayalarının gündəlik tələbatda istifadə olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi cehiz əşyalarına münasibətdə mövcud siyahı üzrə təmin olunmalıdır. Qızıl zinət əşyalarına gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi qızıl-zinət əşyalarına dair hissədə təmin edilməlidir. Belə ki, həmin qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə olunması cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Göstərilən qızıl-zinət əşyalarından 1 ədəd 750 əyyarlı 12 qram çəkisi olan 1080 manat dəyərində olan boyunbağının cavabdehdə olmasının onun tərəfindən etiraf etməsini,1 ədəd 7,7 qramlıq 585 əyyarlı boyunbağının klonla cavabdeh tərəfindən kredit götürülərkən girov qoyulmasını nəzərə alaraq məhkəmə cavabdehin qızılzinət əşyaları tələbinə dair öz etiraızının əsası olaraq göstərdiyi dəlilləri yəni digər qızılzinət əşylarının iddiaçı tərəfindən satılaraq öz mənafeyi üçün istifadə etməsini işin hallarına uyğun hesab etmir. İddia tələbinin iddiaçıya məxsus geyim əşyalarına və uşaqlara aid əşyalara gəldikdə isə əmlakların siyahıya alınması zamanı geyim əşyalarının mövcud olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə uşaqlara məxsus əşyalara münasibətdə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı Cavabdeh1 1 ədəd yataq dəsti-8000 manat, 1 ədəd stol-stul dəsti-1000 manat, 1 künc divan-kreslo-2000 manat, 1 ədəd mətbəx mebeli-1000 manat, 1 ədəd paltaryuyan-600 manat, 3 ədəd çılçıraq-450 manat, 1 ədəd dolab-550 manat, 1 dəst yemək dəsti və çay dəsti birlikdə (serviz)-200 manat, 1 dəst yemək dəsti-100 manat, 1 ədəd samovar-150 manat, 1 ədəd ət çəkən-100 manat, 1 ədəd meyvə şirəsi çəkən-100 manat, 1 blendr dəsti-100 manat, 2 qazan dəsti-160 manat, 1 ədəd mantı qazanı-100 manat, 1 ədəd şirəli qazan dəsti-180 manat, 1 ədəd tefal tava-100 manat, 4 ədəd sini-40 manat, 2 dəst çaynik-80 manat, 1 dəst tefal-200 manat, 2 ədəd şirəli vedrə-50 manat, 2 ədəd şirəli ləyən-40 manat , 2 qaşıq dəsti-100 manat, 8 fincan-nəlbəki dəsti-200 manat, 4 dəst meyvə qabı-160 manat, 2 ədəb baqema-50 manat, 2 ədəd meyvə qabı-60 manat, 2 ədəd güldan-60 manat, 2 ədəd xrustal güldan-60 manat, 1 dəst rəngli rumkalar-40 manat, 1 dəst sadə rumkalar-20 manat, 3 ədəd xalça-450 manat, 3 ədəd ayaqaltı-15 manat, 3 dəst pastellər-90 manat, 1 dəst divan örtükləri-50 manat, 2 ədəd yataq örtüyü-300 manat, 2 ədəd sarı adyal-40 manat, 2 ədəd qırmızı adyal-40 manat, 1 ədəd slikon yorğan-150 manat, 6 ədəd buludlar-60 manat, 6 ədəd kasalar-40 manat, 1 ədəd mətbəx üçün pərdə-80 manat, 1 ədəd uşaq yatağı-250 manat, 2 ədəd bir nəfərlik döşək-200 manat, 1 ədəd bir nəfərlik yorğan-100 manat, 1 ədəd iki nəfərlik döşək-200 manat, 1 ədəd iki nəfərlik yorğan-200 manat, 4 ədəd böyük balınc-280 manat, 4 ədəd slikon balınc-100 manat, 6 metr pərdə altı-60 manat, muncuqlu pərdə-60 manat, uşaq velosipedi-80 manat, yelləncək-80 manat, uşaq maşını-550 manat, 30 qram çəkidə 583 əyyarlı 2100 manat dəyərində boyunbağı və qolbağı dəsti, 1 ədəd 583 əyyarlı çəkisi 16 qram olan şəbəkə qolbağı-1120 manat, 1 ədəd 583 əyyarlı çəkisi 12 qram olan sırğa-üzük dəsti-880 manat, 1 ədəd 585 əyyarlı, çəkisi 7 qram olan qolbağı və klon dəsti-490 manat, 1 ədəd 750 əyyarlı çəkisi 12 qram olan boyunbağı-1080 manat,1 ədəd 800 manat dəyərində 10-luq klon alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissəsə əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2100 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı boyunbağı və qolbağı dəsti, 1120 manat dəyərində 1 ədəd 583 əyyarlı çəkisi 16 qram olan şəbəkə qolbağı, 880 manat dəyərində 1 ədəd 583 əyyarlı çəkisi 12 qram olan sırğa-üzük dəsti, 490 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 7 qram olan qolbağı və klon dəsti, 1080 manat dəyərində 1 ədəd 750 əyyarlı çəkisi 12 qram olan boyunbağı, 800 manat dəyərində 1 ədəd 10-luq klondan ibarət qızıl zitnət əşyaları; 1 ədəd yataq dəsti-8000 manat, 1 ədəd stol-stul dəsti-1000 manat, 1 künc divankreslo-2000 manat, 1 ədəd mətbəx mebeli-1000 manat, 1 ədəd paltaryuyan-600 manat, 3 ədəd çıl-çıraq-450 manat, 1 ədəd dolab-550 manat, 1 dəst yemək dəsti və çay dəsti birlikdə (serviz)-200 manat, 1 dəst yemək dəsti-100 manat, 1 ədəd samovar-150 manat, 1 ədəd ət çəkən-100 manat, 1 ədəd meyvə şirəsi çəkən-100 manat, 1 blendr dəsti-100 manat, 2 qazan dəsti-160 manat, 1 ədəd mantı qazanı-100 manat, 1 ədəd şirəli qazan dəsti-180 manat, 1 ədəd tefal tava-100 manat, 4 ədəd sini-40 manat, 2 dəst çaynik-80 manat, 1 dəst tefal-200 manat, 2 ədəd şirəli vedrə-50 manat, 2 ədəd şirəli ləyən-40 manat , 2 qaşıq dəsti-100 manat, 8 fincan-nəlbəki dəsti-200 manat, 4 dəst meyvə qabı-160 manat, 2 ədəb baqema-50 manat, 2 ədəd meyvə qabı-60 manat, 2 ədəd güldan-60 manat, 2 ədəd xrustal güldan-60 manat, 1 dəst rəngli rumkalar-40 manat, 1 dəst sadə rumkalar-20 manat, 3 ədəd xalça-450 manat, 3 ədəd ayaqaltı-15 manat, 3 dəst pastellər- 90 manat, 1 dəst divan örtükləri-50 manat, 2 ədəd yataq örtüyü-300 manat, 2 ədəd sarı adyal-40 manat, 2 ədəd qırmızı adyal-40 manat, 1 ədəd slikon yorğan-150 manat, 6 ədəd buludlar-60 manat, 6 ədəd kasalar-40 manat, 1 ədəd mətbəx üçün pərdə-80 manat, 1 ədəd uşaq yatağı-250 manat, 2 ədəd bir nəfərlik döşək-200 manat, 1 ədəd bir nəfərlik yorğan-100 manat, 1 ədəd iki nəfərlik döşək-200 manat, 1 ədəd iki nəfərlik yorğan-200 manat, 4 ədəd böyük balınc-280 manat, 4 ədəd slikon balınc-100 manat, 6 metr pərdə altı- 60 manat, muncuqlu pərdə-60 manat, uşaq velosipedi-80 manat, yelləncək-80 manat, uşaq maşını-550 manat onlar olmadığı təqdirdə isə onlrın dəyəri və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-167/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-167/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver