Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1719/2021 27.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri Yeni qəsəbə mənzil kommunal istismar sahəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı «yaşayış hüququnun verilməsi və evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış 1500 ailəlik Yeni Qəsəbə, 22 nömrəli binanın 49 nömrəli mənzilinə köçürülməsi və onun həmin mənzildən istifadə hüququnun tanınması, mənzilin ümumi istifadədə olan yardımçı sahələrindən istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneənin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehlə 1995-ci ildə ailə həyatı qurmuşlar, 08 iyul 1996-cı ildə Kəlbəcər rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə nikahları Kəlbəcər Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Qaçqınlar üçün tikilmiş ünvan 1 ünvanında yerləşən 49 saylı mənzil kirayə müqaviləsi əsasında onlara verilmiş və orada uzun illər yaşamışlar. 2019-cu ildə cavabdehlə aralarında dava-dalaş yaranandan sonra cavabdeh onu evdən çıxartmışdır və bir daha evə buraxmamışdır, onun şəxsi əşyalarını da ona verməmişdir. Həmin vaxtdan bacı-qardaş evində müvəqqəti qonaq kimi yaşayır, yaşamağa başqa yeri yoxdur, imkanı da çatmır ki, kirayədə qalsın, vəziyyəti olduqca çətindir. Məcburi köçkün kimi qeydiyyatda olduğu mənzildə cavabdehin təqsiri üzündən yaşaya bilmir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qəbul etməyək izahatında göstərdi ki, iddiaçı onunla boşandıqdan sonra yenidən evlənmiş və uşaqları ilə maraqlanmamışdır. İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri Yeni qəsəbə mənzil kommunal istismar sahəsinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərdi ki, mübahisələndirilən mənzil 2014cü ildə kirayə müqaviləsi üzrə Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh və ailə üzvlərinin istifadəsinə verilmişdir. Həmin mənzil xüsusi təyinatlı mənzil olmaqla Cavabdeh ailə üzvü yəni hazırki iddiaçı (Süleymanova) İddiaçı da nəzərə alınmaqla mənzil 3 otaqdan ibarət olmuşdur. İddiaçı kirayə müqaviləsi üzrə həmin mənzildən istifadə hüququ vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 02.04.2014-cü il tarixli, 22/49 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, İddiaçıAsif qızı Gəncə şəhəri, Yeni qəsəbə, 22 saylı binanın, 49 saylı mənzilinə kirayəşinin ailə üzvü kimi qeydiyyata alınmışdır. 01.04.2021-ci il tarixli 566 nömrəli arayışdan görünür ki, (Süleymanova) İddiaçıAsif qızı Kəlbəcər rayonundan məcburi köçkün düşmüş və hal-hazırda müvəqqəti olaraq ünvan 2 ünvanında məskunlaşmışdır. 11.03.2021-ci il tarixli, AZ-İ 353978 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iş üzrə tərəfləri dinləyib, tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” haqqında qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin qanunun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri və s. Həmin qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: Göründüyü kimi iddiaçı Kəlbəcər rayonundan məcburi köçkün olmaqla mübahisələndirilən mənzsil xüsusi təyənatlı mənzil olmaqla sosial kirayə müqaviləsi ilə tərəflərin istifadəsinə verilmişdir. Tərəflər arasında olan ailə münasibətləri pozulduğundan iddiaçının həmin mənzildən istifadəsinə cavabdeh maneçilik törəmiş və onun həmin mənzildən istifadəsini məhdudlaşdırmışdır. Halbu ki iddiaçı da məcburi köçkün olmaqla sosial kirayə müqaviləsi üzrə onun da həmin mənzildən istifadə hüququ olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, iddiaçı İddiaçı Gəncə şəhəri Yeni qəsəbə 22 saylı binanın 49 nömrəli mənzilinə köçürülməli və iddiaçının həmin mənzilin yardımçı sahələrindən istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneçilik qadağan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. İddiaçı Gəncə şəhəri, Yeni qəsəbə, 22 saylı binanın 49 nömrəli mənzilinə köçürülsün və onun həmin mənzilin yardımçı sahələrindən istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneçilik qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1719/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1719/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver