Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-173/2020 09.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərov Vüsal Suliddin oğlunun katibliyi, iddiaçı Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsinin nümayəndəsi x1 və cavabdehlər Cavabdeh1 və x2 iştirakı ilə, İddiaçı Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və x3 qarşı kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və x3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 yaşadığı ünvan 1 ünvanında yerləşən 38 nömrəli mənzilə dair kirayə müqaviləsinin ləğv edilməsi və ailə üzvləri ilə birlikdə mənzildən çıxarılıb mənzilin Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil İstismar hissəsinin nümayəndəsi x4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, 84 nömrəli Hərbi Şəhərcik bina 3, mənzil 38, 2 otaqlı, 28,08 kv.m yaşayış sahəsi Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır. Sözügedən mənzil 17.02. 2015-ci il tarixli, 41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti zamanı Cavabdeh1 verilmişdir.Tərəflərindən aparılan inventarlaşdırma zamanı məlum olmuşdur ki, vətəndaş S. Cəfərova 17.02.2015-ci il tarixdə Silahlı Qüvvələrində xidmətini bitirib işdən çıxmış, lakin bu haqda Gəncə rayon Mənzil-İstismar hissəsinə heç bir məlumat verməmiş və bu günə kimi yuxarıda göstərilən xüsusi təyinatlı mənzildə ailə üzvləri ilə birlikdə yaşamağa davam edir.Vətəndaş S. Cəfərova kirayə müqaviləsində göstərilən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.4.11-ci və 5-ci bəndlərinə əsasın (xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yeridən azad edildikdə) yaşadığı mənzili imzaladığı iltizama əsasən şərtsiz balans saxlayıcısı olan Mənzil-İstismar hissəsinə təhvil verməlidir.Bütün bunları nəzərə alaraq, Gəncə rayon MİH-in tabeliyində olan 2 saylı MİS tərəfindən dəfələrlə vətəndaş Cavabdeh1 28.06.2019-cu, 04.07.2019- cu, 15.07.2019-cu il tarixlərində yaşadığı xüsusi təyinatlı mənzili təhvil verməsi tələbi barədə yazılı və şifahi xəbərdarlıqlar olunmuş, lakin vətəndaş Cavabdeh1 bütün bunlara baxmayaraq mənzili boşaldıb təhvil verməkdən imtina etmişdir. Bununla əlaqədar Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin 2 saylı mənzil-istismar sahəsi tərəfindən komissiya yaradılmış və komissiya üzvləri tərəfindən 30.06.2019-cu il tarixində vətəndaş S. Cəfərovanın mənzildən çıxmaqdan imtina etməsi barədə akt tərtib olunmuşdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Quban qızı izahatında göstərdi ki, o, 20.08.2014-cü il tarixdən 17 fevral 2015-ci il tarixədək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat tağımının yeməkxanasında aşpaz işləmişdir. Laktin bir müddət həmin yeməkxanada aşpaz işləyərəkən xəstələnərək müxtəlif vaxtlarda stosianar müalicə olunmuş və müalicə olunmasına baxmayaraq x6 Komissiyasının qərarına əsasən ona ümumi xəstəlikdən 2 qrup əlillik təyin olunmuşdur. Onun işdən çıxması öz iradəsindən asılı olmayan səbəbdən baş vermişdir. Hazırda ikinci qrup əlil olmaqla ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşadıqlarını və həmin mənzildən başqa yaşayış yerlərinin olmadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər cavabdeh x5 anası Cavabdeh1 ilə birlikdə mübahisəli mənzildə yaşadıqlarını və həmin mənzildən başqa yaşamağa yerləri olmadığından iddianın təmin olunmamasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 17.02.2015-ci il tarixli, 41 nömrəli müqavilədən görünür ki, Gəncə şəhəri, «DOS-84» nömrəli hərbi şəhərcik, 3 nömrəli evin 38 nömrəli mənzilinə dair Cavabdeh1 ilə Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsi arasında kirayə müqaviləsi bağlanmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi mənzil xüsusi təyüimnatlı mənzil fonduna aid olmaqla iddiaçıya N nömrəli hərbi hissənin madditexniki təminat bölüyünün təsərrüfat tağımının yeməkxanasında aşpaz işlədiyi müddətdə kirayə müqaviləsi üzrə verilmişdir. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsindən bəhs edən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 82-ci maddəsinə əsasən kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə, kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda, kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda, yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə və sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi cavabdehin N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat tağımının yeməkxanasında aşpaz işləməsi ilə bağlı tərəflər arasında kirayə müqaviləsi bağlanmış, lakin cavabdeh bir müddət işlədikdən sonra İİ qrup əlil olması səbəbi ilə bağlı işdən çıxmışdır. Yuxarıdı qeyd olunan qanunun normalarından görünür ki, hazırki vəziyyətdə tərəflər arasında olan xüsusi təyinatlı mənzilə dair kirayə müqaviləsinin ləğvi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundun sonra- MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəföz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki,iddia əsassız olduğundan təmin olunmamalıdır. İş üzrə ödənilməmiş dövlət rüsumu dövlət hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və x3 qarşı kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-173/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-173/2020
09.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver