Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1745/2021 27.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı Cavabdehnə və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı evdən pasport qeydiyyatından çıxarılması tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdehnə və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan ünvan 1 ünvanında yerləşən mülkdən cavabdehlərin pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzilin keçmiş sakinləri olmaqla onların iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ olmamış və formal olaraq qeydiyyatda qalmışlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun şəxsin yaşayış yeri üzrə qeyddiyyatdan çıxarılmasından bəhs edən 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Belə olan halda hesab edirəm ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları olmadığından onların qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Eyni zamanda həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi üçüncü şəxslərin (cavabdehlərin) iddiaçının evindən qeydiyyatdan çıxarılması tələbi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir. Beləliklə, göstərilənləri nəzərə alaraq hesab edirəm ki, İddiaçı Cavabdehnə və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı evdən pasport qeydiyyatından çıxarılması tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından habelə cavabdeh olan Cavabdeh inzibati orqan olduğundan iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi, bundan imtina olunduğu halda müvafiq inzibati məhkəməyə müraciət etməsi hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdehnə və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı «evdən pasport qeydiyyatından çıxarılması» tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1745/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1745/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver