Məhkəmə qərarları › İş №2(043)-1755/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1755/2021

24.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1755/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum haqqında şəhadətnamənin bərpa olunması»na dair ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1981-ci ildə Ermənistan Respublikası Quqark rayonu Gözəldərə kəndində doğulması və miliyyəti-azərbaycanlı kimi qeyd edilməsinin faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə verərək, onun xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası Quqark rayonunun Gözəldərə kəndində doğumunun qeydə alınması, qeydiyyat aparılarkən ata qrafasında atasının X5, ana qrafasında anasının X1 qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşmə verildiyi kimi baxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx.xx.1981 ci ildə Ermənistan Quqark rayonun Gözəldərə kəndində anadan olmuşdur. Onun 7 yaşı olanda ailə üzvlərləri ilə birgə 1988 ci ildə dekabr ayın 9 da qaçqın düşərək Ermənistan Quqark rayonun Gözəldərə kəndindən Gəncə şəhərinə gəlmişlər. X2 və anası X3 ilə nikah haqqında şəhadətnamələrində nikahın qeydə alındığı yer Ermənistan Quqark rayonun Gözəldərə kəndi olaraq qeyd edilmişdir. 2 qardaşı və bir bacısı Ermənistanda Quqark rayonun Gözəldərə kəndində anadan olmuşdurlar. O, özünə təkrar doğum haqqında şəhadətnamə almaq üçün Gəncə şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin doğum haqqında şəhadətnaməsinin bərpası mümkün olmamışdır. Doğum haqqında şəhadətnamə ona bəzi sosial problemlərin həllində istifadə etmək üçün lazımdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Ərizəçi ilə eyni kəndə yaşamışlar. Ərizəçi Ermənistanın Quqark rayonun Gözəldərə kəndində anadan olmuşdur. Doğulduğu tarix dəqiq yadında qalmasa da dəqiq xatirində qalmışdır ki, o vaxt ərizəçiyə doğum sənədi alınmışdır. Atası Alı, anası isə Təzəgül olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşu olmuşdurlar. Nə vaxt doğulduğunu bilmir. Amma Ermənistanda olarkən onun doğum haqqında şəhadətnaməsi olmuşdur və məktəbə getmişdir. Atası Alı, anası isə Təzəgül olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 22.04.2021-cu il tarixli məktubdan görünür ki, Ərizəçi tərəfindən lazım olunan sənədlər təqdim olunmadığı üçün doğum haqqında şəhadətnaməsinin bərpası mümkün olmamışdır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuşdur. İ-ZJ 280558 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 ilə X3 arasında olan nikah 09.10.1969-cu il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda qeydə alınmışdır.. AZ-İ 168366 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 09.11.2005-ci ildə ölmüşdür. AZE17405594 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 28.07.1950-cı il tarixdə Ermənistan rayonu, Quqarq rayonu, Gözəldərə kəndində anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini işdə olan sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- AM) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir; 162.2.-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadəsi ilə habelə təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, Ərizəçi oğlu xx.xx.1981-ci ildə Ermənistan Respublikası Quqark rayonu Gözəldərə kəndində anadan olmuşdur və bu barədə doğumu qeydə alınaraq atası X5, anası X1 qeyd olunmuşdur. Ərizəçi doğum şəhadətnaməsini itirdiyi üçün doğum akt qeydinin bərpası ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin arxiv sənədləri Ermənistan ərazisində qaldığı üçün doğum akt qeydini bərpa edə bilməmişdir. Ərizəçi həmin faktı əldə edə bilmədiyi üçün sosial məsələlərin həlli ilə bağlı hüquqlarını həyata keçirə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə də işlərə baxır.(MPM. mad. 307.2.3) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası Quqark rayonu Gözəldərə kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi aparılarkən soyadının Allahverdiyev, adının Mehralı, ata adının Alı, ata qrafasında ata adının X5, ana qrafasında ana adının X1 qeydə alınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası Quqark rayonu Gözəldərə kəndində doğumunun qeydə alınması, doğum akt qeydi aparılarkən soyadının Allahverdiyev, adının Mehralı, ata adının Alı, ata qrafasında ata adının X5, ana qrafasında ana adının X1 qeydə alınması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar