Məhkəmə qərarları › İş №2(043)-178/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-178/2020

13.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-178/2020 13.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, iddiaçı ƏƏSMN yanında DSMF-in x11 rayon şöbəsinin nümayəndəsi x3 və Cavabdeh iştirakı ilə, İddiaçı ƏƏSMN yanında DSMF-in x11 rayon şöbəsinin Cavabdeh qarşı «artıq ödənilmiş vəsaitin geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ƏƏSMN yanında DSMF-in x11 rayon şöbəsi Cavabdeh qarşı «artıq ödənilmiş vəsaitin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz əldə edilmiş 654,06 manat vəsaitin ƏƏSMN yanında DSMF-in x11 rayon şöbəsi hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ƏƏSMN yanında DSMF-in x11 rayon şöbəsindən əmək pensiyası alan x4 01 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. Pensiyaçı vəfat etdikdən sonra onun kart hesabına səhvən 654,06 manat pul köçürülmüşdür. Onun oğlu Cavabdeh həmin vəsaiti qanunsuz olaraq çıxararaq mənimsəmişdir. Bu məlumat aşkarlandıqdan sonra, mərhum pensiyaçı x1 oğlu şöbəyə dəvət olunmuşdur və ona qanunsuz əldə etdiyi vəsaitin könüllü qaytarılması təklif edilmişdir. Lakin Cavabdeh şöbəyə gəlməkdən və ödəniş etməkdən imtina edir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ƏƏSMN yanında DSMF-in x11 rayon şöbəsinin nümayəndəsi x6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh çıxış edərək və məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, mərhum anasının pensiya kartına köçürülmüş vəsaitin həyat yoldaşı x5 tərəfindən bankomatdan çıxarılaraq ailə ehtiyaclarına xərclədiyini və həmin pulu ödəyəcəyini bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 02.11.2017-ci il tarixli AZ-İ 851373 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, x4 01 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə məhkəmə iclasında baxış keçirildi və müəyyən edildi ki, x4 01 noyabr 2017-ci il tarixdə vəfat etdikdən sonra onun adına olar plastik karta vurulmuş pul vəsaiti Cavabdeh arvadı x5 tərəfindən çəkilmişdir. Beləliklə, məhkəmə baxışında müəyyən edilmişdir ki, ƏƏSMN yanında DSMF-in x11 rayon şöbəsindən əmək pensiyası alan x4 01 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. Pensiyaçı vəfat etdikdən sonra onun kart hesabına səhvən 654,06 manat pul köçürülmüşdür. Onun oğlu Cavabdeh həmin vəsaiti qanunsuz olaraq çıxararaq mənimsəmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi Cavabdeh anası x4 vəfat etdikdən sonra əsassız olaraq mərhumun adına köçürülmüş 654,06 manat pulu bankomatdan çəkib istifadə etməklə əsassız varlanmışdır. Bu səbəbdən də 654,06 (altı yüz əlli dörd manat altı qəpik) manat vəsait cavabdehdən tutularaq ƏƏSMN yanında DSMF-in x11 rayon şöbəsi hesabına ödəniləlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan, iddia tələbi təmin edildiyindən və iddianın qiyməti 500 manatdan çox olduğundan, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 654,06 (altı yüz əlli dörd manat altı qəpik) manat pul alınaraq iddiaçıƏƏSMN yanında DSMF-in x11 rayon şöbəsinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x11 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar