Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1836/2020 08.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanda yerləşən 5 saylı mənzildən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X18 rayonu Ş.Hüseynov küçəsi 16 №-li binanın 5 №-li mənzili Kirovabad şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli 82 №-li Dəyişmə orderi onun istifadəsinə verilmişdir. Cavabdeh onun övladıdır. Oğlu heç zaman həmin mənzildə yaşamamışdır. Belə ki, Elçin onun anasının himayəsində Goranboy rayonun Yolqullar kəndində yaşamışdır. Hətta orta məktəbi də orada bitirmişdir. Onun X18 rayonu, Ş.Hüseynov küçəsi 16 №-li binanın 5 №-li mənzili ilə heç bir əlaqəsi olmamışdır. Mənzildə onun heç bir əşyası yoxdur. Hazırda o öz mənzilimi özəlləşdirmək istəyir. Elçinin mənzildə qeydiyyatda olması buna mane olur. Elçinin uzun illərdir ki, harada yaşaması heç kimə məlum deyil. O, Gəncə şəhər Baş Polis idarəsinə Elçinin onun mənzilindən pasport qeydiyyatından çıxarılması haqqında müraciət etsə də, onlar Elçinin pasport qeydiyyatından çıxarılması üçün məhkəməyə müraciət etməyini tövsiyə etmişdilər. Goranboy rayonu Yolqullar kənd İcra nümayəndəsinin verdiyi arayışdan da görünür ki, Cavabdeh mərhum nənəsi X2 məxsus mülkdə yaşamış hazırda harada yaşaması məlum deyil. Gəncə şəhər Kəpəz rayon İcra nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Cavabdeh Ş.Hüseynov küçəsi 16 №-li binanın 5 №-li mənzilində qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamamışdır. Məhkəmə iclasında iddiaçının iddia ərizəsində göstərilənlərə uyğun izahat verib əlavə olaraq bildirdi ki, iş üzrə cavabdeh onun dayısıdır. Cavabdeh mənzildə pasport qeydiyyatında olsa da kiçik yaşlarından nənəsi Qaratelin yanında Goranboy rayonu, Yolqullar kəndində yaşamışdır. Hazırda cavabdehin harada yaşaması barədə heç bir məlumat yoxdur. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin, iddia tələbinə münasibət bildirmək üçün məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsindən etiraz ərizəsi göndərərək göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən məhkəmə iclasında iştirak edə bilmir. İddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, onun mübahisəli evə vərəsəlik və yaşamaq hüququ vardır. Həmin mənzildə yaşamaq və mülkiyyətdən pay almaq hüququ var. Onun həbs edilməsi yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün heç bir qanuni əsas yaratmır. O həbs edilənə qədər həmin evdə qeydiyyatda olmuşdur. Onun hər hansı bir üzrsüz və qanunsuz iddiaya görə qanunvericiliyin tələbini pozaraq mənzildən yaşayış hüququndan istifadə etməyinin inkarının özü birbaşa qanun pozuntusudur. Bütün bu münasibət və qanunun tələblərini nəzərə alaraq, anası İddiaçı ona qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbini rədd edib, onun həmin evdən yaşayış sahəsindən istifadə hüququna dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X4 bildirdi ki, mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Mənzilin şəxsi hesabı İddiaçı adınadır. Cavabdeh həmin mənzildə qeydiyyatda olsa da həmin mənzildə uzun illərdir ki, yaşamır. Mənzildə iddiaçı, onun qızı Məmmədova Zərəntac və Məmmədov Elçin yaşayırlar. Mübahisənin məhkəmənin mülahizəsinə uyğun həll edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, iddiaçı ilə qonşudur. Belə ki, o, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi 16 mənzil 3-də yaşayır. İş üzrə cavabdehi tanımır və onun mübahisəli mənzildə yaşamağının şahidi olmamışdır. Hazırda sözügedən mənzildə iddiaçı qızı Məmmədova Zərəntac və nəvəsi Məmmədov Rəşad ilə birlikdə yaşayır. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Kirovobad şəhər X11 Komitəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, 82 saylı orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, 16 nömrəli evin, 5 nömrəli mənzili İddiaçı istifadəsinə verilmişdir. Orderdə ailə üzvləri kimi Rəcəbova Zərəntac, Rəcəbova Nərminə və Cavabdeh qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, 16 nömrəli evin, 5 nömrəli mənzilinin kirayəçisi İddiaçıdır və ailə üzvləri kimi X7, X8, Cavabdeh qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 120-347R-3220 nömrəli xx.xx.2020-ci il tarixli ərizəyə cavab məktubundan görünür ki, cavabdehin ünvan 2 mənzil 5 ünvanından pasport qeydiyyatından çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Yolqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhər Kəpəz Rayon, Ş.Hüseynov küçəsi, bina 16, mənzil 5-də qeydiyyatda olamağına baxmayaraq Goranboy rayonunun Yolqullar kəndində mərhum nənəsi X2 məxsus mülkdə yaşamışdır. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 19 saylı arayışdan məlum olur ki, Cavabdeh ünvan 3, mənzil 5-də qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla mübahisə Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzimlənməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 60-cı maddəsinin tələbinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəməbaxışındamüəyyənedilmişdirki, ünvan 3, 5 saylı mənzil Kirovobad şəhər X3 xx.xx.1978-ci il tarixli qərarına əsasən iddiaçının adına verilmişdir. Hazırda İddiaçı həmin mənzili özəlləşdirmək istəyir. Cavabdeh iddiaçının oğlu olmaqla vaxtı ilə həmin mənzildən istifadə hüququ əldə etmişdir. Lakin, məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatından, şahidin ifadəsindən və tədqiq edilmiş arayışlardan cavabdehin uzun illərdir ki, həmin mənzildə yox, Goranboy rayonunun Yolqullar kəndində yaşadığı müəyyən edilmişdir. Cavabdeh məhkəmə göndərdiyi etirazında iddianın həmin hissəsini mübahisələndirməmiş, yalnız həmin mənzildə qeydiyyatda olmasının onun mənzildən pay almaq və mənzildə yaşamaq hüququnu təmin etdiyini irəli sürmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdeh uzun illər ərzində həmin mənzildə yaşamamış və faktiki olaraq Goranboy rayonunun Yolqullar kəndində daimi yaşamışdır. Bu isə cavabdehin ünvan 3 ünvanda yerləşən 5 saylı mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 4 mənzil 5 ünvanda mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X18 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1836/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1836/2020
08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver