Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1882/2021 06.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon 3 saylı binada yerləşən 22 saylı mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin əmlak üzərində istifadə hüquqlarını itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil 24 yanvar 2012-ci il tarixdən şəxsi mülkiyyət hüququ əsasında onun (mərhum) X3nun adına qeydə alınmışdır. Həmin mənzili əri Cavabdeh2 24 yanvar 2012-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. Alqı-satqı zamanı cavabdehlər və onların ailə üzvləri tezliklə mənzildən qeydiyyatdan çıxacaqlarını bildirmişdir. Lakin indiyədək, dəfələrlə onlara xəbərdarlıq etmələrinə baxmayaraq cavabdehlər ona məxsus olan mənzildən qeydiyyatdan çıxmaqdan imtina etmişlər. X3 20 avqust 2020-ci il tarixdə vəfat etmiş və həmin mənzil vərəsəlik hüququ əsasında 11 fevral 2021-ci il tarixdə onun mülkiyyətinə keçmişdir. Hal-hazırda isə cavabdehlərin harada yaşamaları ona məlum deyildir. Bildiyinə görə onlar Rusiyaya köçüb getmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdehlər qeydiyyatda olduğu ünvanda yaşamadıqlarından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, ünvan 2 ünvanda yaşayır. İddiaçı onun qonşusudur. O, 1974-cü ildən həmin ünvanda yaşayır. Hazırda İddiaçı mülkiyyətində olan mənzili onun yoldaşı onunla birlikdə gedib Kərimov Arzu adlı şəxsdən almışdır. Cavabdehləri tanımır və orada elə adamların yaşadığını görməmişdir. O, Arzunun sözügedən ünvanda yaşamasının da şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, ünvan 3 ünvanda yaşayır. İddiaçı onun qonşusudur. O, 1972-ci ildən orada yaşayır. İddiaçının evində əvvəllər Arzu adlı bir nəfər yaşayırdı, lakin onunla elə də münasibətləri olmamışdır. Cavabdehlərin isə həmin mənzildə yaşamalarının şahidi olmamışdır. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X10, X15, X16, Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh3 Oqtay qızı və Cavabdeh4 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 10 nömrəli Xidmət sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı, X10, X15, X7 şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 3, mənzil 22 ünvanında yaşayır. Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh3 Oqtay qızı və Cavabdeh4 isə ünvan 4 ünvanında yaşamır. İş materiallarına əlavə edilmiş 21.12.2011-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 3 ünvanında 22 saylı mənzili X14 almışdır. İş materiallarına əlavə edilmiş 25.01.2012-ci il qeydiyyat tarixli, MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ ilə X5 məxsus olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 31 iyul 2020-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş İV-ЖГ seriyalı, 283630 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə İddiaçı arasında 16.05.1986-cı il tarixdə nikah bağlanılmış, nikahın bağlanması akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Kazımova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 31.07.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş 29.04.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdehlərin mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Mübahisəli mənzildən cavabdehin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Bu hüquq münasibətlərinə aydınlıq gətirilmədikdə cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ qeyri-müəyyən müddətə saxlanılmış olacaqdır ki, bu da iddiaçının mülkiyyət hüququna əsaslandırılmamış müdaxilə hesab edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 4 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdehlər həmin ünvanda qeydiyyatda olsalar da təxminən 10 ildir ki, ünvan 4 ünvanında yaşamırlar. 2011-ci ildə iddiaçının əri X1 mənzili almış və 2020-ci il tarixdə öldükdən sonra onun vərəsəsi, yəni arvadı İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onların özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehlərin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşıyır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus olan mənzildən istifadə hüququnun saxlanılması üçün hər hansı əsas olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 4 ünvanda yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1882/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1882/2021
06.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver