Məhkəmə qərarları › İş №2(043)-1920/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1920/2022

03.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1920/2022 03.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktının müəyyən edilməsinə dair dair ərizənin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək 11 may 2005-ci ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş X3 və 24 iyul 2011-ci ildə anadan olmuş X1 atalarının 30 iyun 1982-ci ildə anadan olmuş X4 olmaları faktının müəyyən edilməsi, yeni doğum haqında şəhadətnamə verilərkən ata qrafasında ataları kimi “X4", anaları kimi “Ərizəçi” yazılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qanunla müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, ərizəçi 11 may 2005-ci ildə anadan olmuş X2 və 24 iyul 2011-ci ildə anadan olmuş X1 atalarının 30 iyun 1982-ci ildə anadan olmuş X4 olmaları faktının müəyyən edilməsini xahiş etmişdir. Əizəyə əlavə olunmuş ölüm şəhadətnaməsindən isə görünür ki, ərizəçi uşaqlarının atası hesab etdiyi şəxs ölmüşdür. Belə olan halda məhkəmə qeyd edir ki, atalıq faktının müəyyən edilməsi yalnız sağ olmuş şəxsə münasibətdə iddia icraatı qaydasında həyata keçirilir. Ölmüş şəxsə münasibətdə isə atalığın etiraf olunması faktı müəyyən olunmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 11.2-ci bəndində qeyd olunmuşdur ki, atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün Ərizəçi maraqlı şəxs Gəncə şəhər «Kəpəz rayon» Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın, atalığın müəəyn olunmasına dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi maraqlı şəxs Gəncə şəhər «Kəpəz rayon» Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın, atalığın müəəyn olunmasına dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar