Məhkəmə qərarları › İş №2(043)-2/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2/2022

05.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2/2022 05.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı cavabdehin əşyaları ilə birlikdən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə isdas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əşyaları ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 42 saylı mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən 42 saylı mənzil mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Əvvəllər yuxarıda göstərilən ünvanda yerləşən mənzil Cavabdeh məxsus olmuşdur. Daha sonra iddiaçı həmin mənzili cavabdehdən 13.04.2018-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 35000 manat məbləğində pul qarşılığında almışdır. ünvan 2, 42 saylı mənzil 16.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** nömrəli çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətinə keçmişdir. Müqavilənin 8-ci maddəsinə görə satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Lakin cavabdeh indiyə kimi iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 42 saylı mənzildə yaşayır, evdən çıxmır. Hazırda cavabdehin təqsiri üzündən iddiaçı mülkiyyətindən istifadə edə bilmir. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-16.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 42 saylı mənzil tam mülkiyyət hüququ üzrə rəsmi reyestrdə İddiaçı adına qeydiyyata alınmışdır. 13.04.2018-ci il tarixli, 4Ə-93 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 42 saylı mənzili İddiaçı alqı-satqı əsasında Cavabdeh almışdır. Müqavilənin 13-cü bəndindən görünür ki, Cavabdeh 13.05.2018-ci il tarixədək mənzildən çıxmağı öz öhdəsinə götürmüşdür. Gəncə İnzibati Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2-1(114)-1388/2021 saylı qərarından görünür ki, Cavabdeh, X4 və X2, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Göründüyü kimi iddiaçının iddia etdiyi mənzil onun xüsusi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydə alınmışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh onun mülkiyyətində olan mənzili zəbt etməklə onun mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hgrəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan dinc istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu,Qurtuluş küçəsi,1-ci döngə, ev 61,42 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi,1-ci döngə, ev 61, 42 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar