Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2059/2021 21.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsində mərhum X1 adına olan 400 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, İddiaçı eyni predmet barədə verdiyi iddia tələbinə məhkəmədə əvvəllər baxılmış və yekun məhkəmə aktı çıxarılmışdır. Bundan əvvəl İddiaçı iddia ərizə ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, onun Gəncə şəhəri, Sevinc qəsəbəsində mərhum X1 adına olan 400 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə uşaqları ilə birlikdə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim F.Mirabov) 18 iyul 2018-ci il tarixli, 2(043)-2342/2018 nömrəli qətnaməsi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüqununun tanınması və evə köçürülmə” tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı Gəncə şəhəri, Sevinc qəsəbəsində mərhum X1 adına olan 400 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin əsas kirayədarı olan (gələcəkdə gözlənilən mülkiyyətçisinin) Cavabdeh2 nə ailə üzvü, nə də digər qohumu sırasına daxil deyildir, mübahisəli fərdi yaşayış evinin əsas kirayədarı (istifadəçisi) və gələcəkdə gözlənilən mülkiyyət hüququ olan Cavabdeh2 gözlənilən mülkiyyət hüququ qanunla qorunduğundan, Cavabdeh2 istifadəsində olan evdən istifadə və sahiblik etmək hüquqlarının digər şəxslər tərəfindən məhdudlaşdırılması yol verilməzdir, İddiaçı (övladı ilə birgə) Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmadığından və iddiası əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Məhkəmə hazırki iddia tələbinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə qətnaməsi ilə Gəncə şəhəri, Sevinc qəsəbəsində mərhum X1 adına olan 400 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin əsas kirayədarı (gələcəkdə gözlənilən mülkiyyətçisi) Cavabdeh2 müəyyən edilmiş və bu hala məhkəmə tərəfindən qiymət verilərək iddia rədd edilmiş, keçən müddət ərzində mübahisə predmeti olan fərdi yaşayış evinə dair işə baxılarkən mövcud olmuş hallarda heç bir dəyişiklik baş verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2.-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, Həmin Məcəllənin 153.2.-ci maddəsinə əsasən hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəlləsinin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdim: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı “istifadə hüqununun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. Ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-2059/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2059/2021
21.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver