Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2062/2020 11.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı hüquqi varisi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Gəncə şəhəri Kəpəz rayonu, X7 küçəsi, 2-ci dalanda yerləşən, 6 nömrəli fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi verdikdən sonra öldüyü üçün aravadı X3 onun hüquqi varisi qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi varisi Hüseynova AdiləƏhvərdi qızı iddianı müdafiə edərək göstərdi ki, Gəncə şəhəri Kəpəz rayonu, X7 küçəsi, 2-ci dalanda yerləşən, 6 nömrəli fərdi yaşayış evi mərhum əri İddiaçı mülkiyyətindədir. Sözügedən evi əri 1996-cı il tarixdə Gəncə şəhəri 2 saylı Dövlət notariat ofisində X1 alqı-satqı yolu ilə almışdır.Həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə mərhum əri İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınaraq bu barədə müvafiq çıxarış verilmişdir. Cavabdehin hansı qaydada onlara məxsus fərdi yaşayış evində qeydiyyata alınması barədə məlumatları olmamışdır və ümumiyyətlə cavabdehi tanımırlar. Cavabdehin onların mülkiyyətində qeydiyyatda qalması onun barəsində müxtəlif orqanlardan göndərilən bildirişlərin onların ünvanına gəlməsi, habelə gələcəkdə mülkün üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırdırmaqla əlavə kommunal xərclərinin ödənməsinə səbəb olur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu yer üzrə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq həmin ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının hüquqi varisinin izahatını dinləyib, iş materiallarını araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, iddia təmin edilməlidir. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - RX seriyalı, ******* nömrəl çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X7 küçəsi, 2-ci dalanda yerləşən, 6 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə mərhum İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır; Gəncəşəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1443 nömrəli arayışından görünür ki, Cavabdeh Gəncə şəhəri Kəpəz rayonu, X7 küçəsi, 2-ci dalanda yerləşən, 6 nömrəli fərdi yaşayış evində qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. DİN-i tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri Kəpəz rayonu, X7 küçəsi, 2ci dalanda yerləşən, 6 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır. AZ-İİ 096156 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən göürünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüşdür. İ-JQ 431703 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə X3 arasında olan nikah xx.xx.1977-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinəəsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının xx xxxxxx 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının hüquqi varisinin iddia etdiyi ev mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla cavabdehin istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh Bayramli Elton Zı̇rəddı̇n oğlunun Gəncə şəhəri. Kəpəz rayonu, X7 küçəsi, 2-ci dalanda yerləşən 6 nömrəli fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsiilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(043)-2062/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2062/2020
11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver