Məhkəmə qərarları › İş №2(043)-2069/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-2069/2021

13.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2069/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X14 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 ona məxsus olan AZ 2000 ünvan 1 ünvanda yerləşən mülkdə, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Seriya RX № ********** saylı Çıxarış 23.08.2019-cu il tarixdə onun və qardaşının adına verilmişdir. Əmlakın mülkiyyət hüquqları tam səkildə onlara məxsusdur. Evi onlar alarkən, danışıqlar əsanasında cavabdehlərlə razılaşmalar əldə edilmişdir ki, bir ay müddətində qeydiyyatdan çıxacaqlar. Lakin cavabdehlər tərəfindən onlara verilmiş telefon nömrəsi ləğv edildiyindən əlaqələri kəsilmişdir. Hazırda cavabdehlərin harada, hansı ünvanda yaşamaları barədə heç bir məlumatları yoxdur. Gəncə Şəhər Kəpəz Polis İdarəsinə cavabdehlərin qeydiyyatdan çıxarılmaları barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, məhkəmə qaydasmda çıxarılmalıdırlar. Onlar evi alarkən ev tam boş vəziyyətdə olubdur, cavabdehlərə məxsus heç bir əmlak və ya əşya qalmamışdır. Cavabdehlərlə heç bir qohumluq əlaqələri yoxdur, onların evdən nə vaxt qeydiyyatdan çıxacaqları barədə aralarında heç bir müqavilə olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 ona məxsus olan AZ 2000 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Gəncə şəhəri Kəpəz rayonu H.Əliyev prospekti 1-ci döngə 13 ünvanda yerləşən fərdi yaşayış evi onun və qardaşı X12 ümumi paylı mülkiyyətindədir. Qardaşı notarial qaydada təsdiq edilmiş ərizə verərək onun cavabdehlərin mənzildən istifadə hüququnun xitam verilməsinə dair iddia qaldırmasına etiraz etmədiyini bildirmişdir. Hər ikisinin mövqeyi eynidir. Cavabdehlərdən Cavabdeh1 onların bacısı, X21 qardaşı, Cavabdeh2 isə Rübabənin oğludur. Həmin ev əvvəllər analarına məxsus olmuş, sonradan vərəsəlik qaydasında onlara keçmişdir. Bacısı Rübabə öz payını ona sataraq 2-3 il əvvəl ailəsi ilə birlikdə evdən köçüb getmişdir. Hal-hazırda aralarında əlaqə olmadığından harada yaşadığını bilmir. Qardaşı Azad isə 10 ildən artıqdır ki, həmin evdə yaşamır və Bakı şəhərinə köçmüşdür. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalmaları onun əlavə xərclər çəkməsinə səbəb olur. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək bildirmişdir ki, iddiaçı onun qonşusudur. Cavabdehləri isə keçmiş qonşuları kimi tanıyır. Həmin evə əvvəllər iddiaçının anası Minayəyə məxsus olmuşdur. Məryəmin anası öldükdən sonra evdə Məryəm yaşamağa başlamışdır. Minayə 3-4 il olar ki, vəfat etmişdir. Məryəm həmin evə ara-bir gəlib gedirdi. Evdə Rübabə öz ailəsi ilə birlikdə yaşayırdı. Təxminən 2-3 il əvvəl Rübabə evi Məryəmə sataraq çıxıb getmişdir. Azad isə təxminən 10 il olar ki, Bakı şəhərinə köçüb getmişdir. Hazırda həmin evdə iddiaçının kürəkəni Elnur və ailəsi yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, 40 ilə yaxındır ki mübahisəli evlə qonşuluqda yaşayır. Hazırda həmin evdə iddiaçının kürəkəni Elnur ailəsi ilə birgə yaşayır. Evin köhnə sahibi Məryəmin anası olmuşdur. Məryəmin anası 3-4 il bundan qabaq ölmüşdür. Məryəmin anası ilə həmin evdə Arif yaşayırdı, anası öldükdən sonra Arif də çıxıb getmişdir. Əziz isə Rübabənin oğludur. O, Rübabə və Əzizi təxminən 2-3 il olar ki, görməmişdir və bildiyinə görə onlar evi Məryəmə satıb getmişlər. Azad isə 10 ildən artıqdır ki, həmin evdə yaşamır və Bakı şəhərinə köçmüşdür. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarına əlavə edilmiş sübutları tədqiq edib onlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 1-ci döngədə yerləşən 13 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 07.05.2021-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və X5 şəhəri, H.Əliyev prospekti, 1-ci döngə, ev 13 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X22, bacısı İddiaçı ilə ikisinə məxsus olan ünvan 4 ünvanında yerləşən şəxsi evlərində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və X15 məhkəmə yolu ilə qeydiyyatdan çıxarılmalarına razılıq vermiş və bildirmişdir ki, bu adamlar uzun illərdir ki, həmin ünvanda yaşamırlar. İş materiallarına əlavə edilmiş Gəncə şəhər, Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06.07.2021-ci il tarixli, 871 nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və X5 şəhəri, Ş.İ.Xətai prospekti, 1-ci döngə, ev 13 ünvanında yaşamırlar və faktiki yaşayış yerləri barədə məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinin 24.06.2021-ci il tarixli, **********98 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 1-ci döngə, ev 13 (keçmiş Kirovabad şəhəri, Oktyabr prospekti, 1-ci dölmə, 11) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair 18 oktyabr 1960-cı il tarixli Torpaq qeydi X3 adına işlənilmişdir. Kirovabad şəhər 3 saylı notariat kontorunun 2K-50 reyestr nömrəli, 1983-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2K-51 reyestr nömrəli, 1983-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X4 (3/5 hissə), X12, Cavabdeh1, İddiaçı və X7 (2/5 hissə) mülkiyyətlərinə keçmişdir. Kirovabad şəhər 3 saylı notariat kontorunun 2K-50 reyestr nömrəli, 1983-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2K-51 reyestr nömrəli, 1983-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, Gəncə şəhəri Kəpəz rayonu İcra Hakimiyyəti başçısının 21.08.2006-cı il tarixli 225 nömrəli Sərəncamına əsasən X2 (6/10 hissə), X12 (1/10 hissə), Cavabdeh1 (1/10 hissə), İddiaçı (1/10 hissə) və Umani (Hüseynova) Həcər Emin qızının (1/10 hissə) adlarına 19.09.2006-cı il tarixli, **********18-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 2 saylı notariat kontorunun 24.04.2008-ci il tarixli, 3M-1-130 reyestr nömrəli evin bölgü müqaviləsinə əsasən sahələri 285.0 kv.m torpaq sahəsində liter “A” 47.1 kv.m iki yaşayış otağından, 50.2 kv.m köməkçi sahədən, 11.3 kv.m açıq eyvandan, liter “B” 14.8 kv.m hamamdan ibarət olan hissəsi X1, Cavabdeh1, İddiaçı və X9 (47.1 kv.m 2 yaşayış otağı, 50.2 kv.m köməkçi sahə, 285.0 kv.m torpaq sahəsi), X12 (17.56 kv.m 1 yaşayış otağı, 24.8 köməkçi sahə, 81.0 kv.m torpaq sahəsi) adlarına 05.06.2008-ci il tarixli **********18-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X6, X18 və İddiaçı onlara məxsus 285.0 kv.m torpaq sahəsində liter “A” 47.1 kv.m iki yaşayış otağından, 50.2 kv.m köməkçi sahədən, 11.3 kv.m açıq eyvandan, liter “B” 14.8 kv.m hamamdan ibarət olan hissəni Gəncə şəhəri 2 saylı notariat kontorunun 24.04.2008-ci il tarixli, 3M-1-130 reyestr nömrəli bölgü müqaviləsinə əsasən Cavabdeh1 bağışlamışlar və X12 (17.6 kv.m 1 yaşayış otağı, 24.8 kv.m köməkçi sahə, 0.0081 ha totrpaq sahəsi) və Cavabdeh1 (47.1 kv.m iki yaşayış otağı, 50.2 kv.m köməkçi sahədən, 285.0 kv.m torpaq sahəsi) adlarına 13.08.2010-cu il tarixli **********18-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notarita kontprunun 4Ə-85 reyestr nömrəlki 16.08.2019-cU il tarilxi bağşıalma müqviləsinə əsasən Cavabdeh1 (47.1 kv.m iki yaşayış otağı, 50.2 kv.m köməkçi sahədən, 285.0 kv.m torpaq sahəsi) ona məxsus hissəsi İddiaçı bağışlamışdır və X12 (17.6 kv.m 1 yaşayış otağı, 24.8 kv.m köməkçi sahə, 0.0081 ha totrpaq sahəsi) və İddiaçı (47.1 kv.m iki yaşayış otağı, 50.2 kv.m köməkçi sahədən, 285.0 kv.m torpaq sahəsi) adlarına 23.08.2019-cu il tarixli **********18- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlərin mübahisəli evdən istifadə hüquqları ilə bağlı hüquq münasibətləri 1983-cü ildən analarına məxsus evdən ailə üzvü kimi istifadə etmək hüququ formasında yaranmışdır. Mübahisəli hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Mübahisəli mənzildən cavabdehin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Bu hüquq münasibətlərinə aydınlıq gətirilmədikdə cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ qeyri-müəyyən müddətə saxlanılmış olacaqdır ki, bu da iddiaçının mülkiyyət hüququna əsaslandırılmamış müdaxilə hesab edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ilə X16 məxsusdur. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 həmin ünvanda qeydiyyatda olsalar da ən azı iki ildir ki, həmin evdə yaşamırlar. Cavabdehlərdən X21 isə 10 il əvvəl evi könüll olaraq tərk etmiş və özünə başqa yaşayış yeri seçmişdir. Qeyd olunanlara iddiaçının izahatı ilə yanaşı məhkəmə iclasında dindirilmiş və qərəzsizliyi şübhə doğurmayan şahidlərin ifadələri ilə, eləcə də yerli icra hakimiyyəti orqanının verdiyi məlumatla təsdiq edilir. Cavabdehlərin uzun müddətdir ki, mübahisəli evə yaşamaması onların özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehlərin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşıyır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus olan mənzildən istifadə hüququnun saxlanılması üçün hər hansı əsas olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 ünvan 7 ünvanda yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar