Məhkəmə qərarları › İş №2(043)-2243/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2243/2021

10.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2243/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atasına məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsi 133 nömrəli mülklər mütəxəssis (ekspert) vasitəsi ilə ölçülsün və zəbt edilmiş torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 09.04.2015-ci il tarixli 2(043)-540/2015 saylı qətnaməsindən görünür ki, bundan əvvəl də İddiaçı Cavabdeh qarşı “əmlakın müdafiəsi, pəncərənin önünün açılması, döşəmənin təmir edilməsi, zəbt edilmiş hissənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin həmin qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi 133 saylı ev Cavabdeh deyil, X1 adına qeyd olunmuşdur. İddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunsa da, o, hazırda mülkdə Cavabdeh yaşadığını qeyd edərək iddianın ona qarşı təmin olunmasını xahiş etmişdir. Məhkəmə isə hesab etmişdir ki, Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıya bilmədiyindən ona qarşı iddia tələbi rədd olunmalıdır. Digər tərəfdən məhkəmə iddianı ona görə rədd etmişdir ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi 131 saylı fərdi yaşayış evi iddiaçının adına deyil, 1964-cü il tarixdə aparılmış inventarlaşdırma zamanı hüquq müəyyənedici sənədlər olmadan atası X2 faktiki istifadəsində olduğu göstərilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qeyd olunan mülk iddiaçının adına qeyd olunmadığından, onun belə bir tələblə məhkəmədə iddia qaldırmasına subyektiv hüququ yoxdur. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi əvvəlki iddia tələbinin bir hissəsi ilə faktiki olaraq eynilik təşkil edir və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun iddiası rədd edilmişdir. İddiaçı əvvəlki iddiasının rədd edilməsinə əsas olmuş halların aradan qalxdığını, yəni Gəncə şəhəri, V.Xuluflu küçəsi 133 saylı evin Cavabdeh adına qeydə alınmasını, Gəncə şəhəri, V.Xuluflu küçəsi 131 saylı evin isə özünün adına qeydə alınmasını təsdiq edən sübutlarını iddia ərizəsinə əlavə etmiş olsa idi, hazırki iddia ərizəsinə məhkəmədə baxılması mümkün olardı. Lakin, iddiaçı bu barədə sübutlarını iddia ərizəsinə əlavə etmədiyindən, eləcə də onun hazırki iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar