Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-229/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X13 iştirakı ilə, İddiaçı Məhərrəm qızının Cavabdeh qarşı vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin və bunun əsasında cavabdehin adına verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Məhərrəm qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 3 otaqlı, ümumi sahəsi 47,2 kv.m olan yaşayış evinə və 0,006 torpaq sahəsinə dair cavabdehin adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin və bunun əsasında cavabdehin adına Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə ərazi idarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reseyestrindən çıxarışın qismən etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X19 iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 47,2 kv.m olan yaşayış evindən və 0.006 torpaq sahəsindən ibarət miras əmlak ilkin olaraq iddiaçının atası X4 adına qeydə alınmışdır. Atası Məhərrəm 1981-ci ildə rəhmətə getdikdən sonra 4 saylı Gəncə şəhəri Dövlət notariat ofisinin 2k-17 reyestr nömrəli, xx.xx.1984-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk iddiaçının ögey anası X5 və qardaşı X6 adlarına keçmiş və onların adlarına xx.xx.1992-ci il tarixli 8446 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bu qeydiyyat vəsiqəsinin əvəzinə iddiaçının ögey anası X5 və qardaşı X6 adlarına hal- hazırda ünvanı Qurtuluş küçəsi, ev 41 olan həmin fərdi yaşayış evinə dair xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli 2V-199 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X5 bu əmlaka olan payı nəvəsi Cavabdeh adına keçmiş və Cavabdeh adına həmin fərdi yaşayış evinə dair xx.xx.2019cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçının atası Məhərrəm rəhmətə getdikdən sonra miras əmlak hesab olunan Kəpəz rayonu, Qurtuluş (keçmişdə Aydınbəyov) küçəsi, ev 41 ünvanında yerləşən evinə iddiaçının qardaşı X9 qanuni vərəsə kimi faktiki sahiblik etmişdir. İddiaçının qardaşı X9 psixi xəstəliyə tutulduğundan sonuncu dəfə 2017-ci ilin iyun ayında Gəncə şəhər Psixatiriya Xəstəxanasında "şizofreniya paranoid ağır forma" diaqnozu ilə müalicələrdə olmuşdur. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilərək iddiaçının qardaşı X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Gəncə Şəhər Kəpəz Rayon İHB-nın 561 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə iddiaçı qardaşı X9 üzərində qəyyum təyin olunmuşdur.İddiaçının Qardaşı Məmməd hazırda Bakı şəhərində Mərdəkan qəsəbəsində psixatriya xəstəxanasındadır. Həmçinin iddiaçının ögey anası 1942-ci il təvəllüdlü X10 xx.xx.2011-ci ildən, ölən günədək, yəni xx.xx.2017-ci ilədək X21 Disponserində “üzvi mənşəli şəxsiyyət dəyişkənliyi, psixi hallarla ağıl zəifliyi” diaqnozu ilə ilə qeydiyyatda durmuş və dəfələrlə müalicələrdə olmuşdur. O, öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətində olmamış və mütamadi ağıl zəifliyi psixi hallarına görə dərmanlar qəbul etmişdir. Kim nə demişsə fərqinə varmadan onu etmişdir. Belə olan halda Xəzəngül Məmmədova öz iradəsi ilə xx.xx.2011-ci ildə Gəncə şəhəri 4 saylı notariat ofisində Cavabdeh vəsiyyətnamə verə bilməzdi. Çünki, Notariat haqqında qanuna görə əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti yoxlanmalı idi. Gəncə şəhəri 4 saylı notariat ofisi vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verərkən həm Azərbaycan Respublikası Konstitusiyası, həm Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, həm də Notariat haqqında qanunvericiliyin tələblərini nəzərə almamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilsə də o, məlum olan axırıncı yaşayış yerində yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- İ-İE 003266 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1948-ci il təvəllüdlü Quluyeva (Mamedova) Almaz Məhərrəm qızının atası X2 qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1981-ci il tarixdə ölmüşdür. AZ-İİ 006057 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə ölmüşdür. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.2011-ci ildən xx.xx.2017-ci ilədək X17 üzvi mənşəli şəxsiyyət dəyişkənliyi, ağıl zəifliyi, psixotik hallarla qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş arxiv sənədlərində olan:-RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi, 41 ünvanda yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə mərhum X5 adına qeydə alınmışdır; Vəsiyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 vərəsəsi nəvəsi Cavabdeh payı Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi, ev 41 ünvanda istifadədə olan 0,006 ha torpaq sahəsində yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 47,2 kvm olan fərdi yaşayış evinin X7 məxsus hissəsindən ibarət olmuşdur. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi, 41 ünvanda yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə xx xxxxxx 2019-cu ildə Cavabdeh adına qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfinin verilmiş xx.xx.2019-cu il tarixli, **********04 nömrəli məktubun surətindən görünür ki, 4 saylı dövlət notariat ofisinin xx.xx.1984-cü il tarixli 2k-17 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X5 və X16 oğlunun adlarına keçmişdir və onların adlarına xx.xx.2017-ci il tarixli 8446 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bu qeydiyyat vəsiqəsinin əvəzinə X5 və X6 adlarına hal-hazırda ünvanı Qurtuluş küçəsi, 41 olan bu fərdi yaşayış evinə dair xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli 2V-199 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X5 bu əmlakda olan payı Cavabdeh adına keçmişdir. X6 və Cavabdeh adlarına bu fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 233/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyət olmayan şəxs hesab edilmişdir. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyət Başçısının xx.xx.2018-ci il tarixli, 561 nömrəli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı qardaşı X9 üzərində qəyyum təyin edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı X8 atası X3 miras qalmışdır. İddiaçının atası 1981-ci il ilə vəfat etdikdən sonra onun vərəsələrindən X10 və X9 miras əmlakı qəbul edərək ümumi birgə mülkiyyət hüququ üzrə rəsmi qeyestrdə qeydiyyat aparılmışdır. Həmin vərəsələrdən X10 iddiaçının analığı, X9 isə qardaşı olmuşdur. X10 qeyd olunan ümumi birgə mülkiyyətdə olan payını nəvəsi Cavabdeh vəsiyyət etmiş və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 əmlaka olan payı nəvəsi Cavabdeh adına keçmiş və Cavabdeh və X6 adına paylı mülkiyyət hüququ üzrə həmin fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı iddia etmişdir ki, X1 Alim İsgəndər oğluna vəsiyyətnamə verərkən anlaqsız olmuşdur. Ona görə də hesab edir ki, vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında cavabdehin adına verilmiş çıxarış cavabdehə münasibətdə etibarsız hesab edilməlidir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının miras qoyanla hər hansı bağlılığı olmamış, miras qoyanın öz əmlaknı hər hansı şəxsə vəsiyət etməsi iddiaçının hüququna toxunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İkinci növbədə - ölənin bacıları və qardaşları. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqlarıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Məhərrəm qızının Cavabdeh qarşı vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin və onun əsasında cavabdehin adına verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd olunsun. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-229/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-229/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver