Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-23/2022 11.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilmiş evin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində ola torpaq sahəsindən cavabdehlərin çıxarılması və torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına inşa edilmiş evin cavabdehlərin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşən Məhsəti (Sevinc) qəsəbəsində hər birinin 0,04 ha olmaqla torpaq sahələri vardır. Mülkiyyətlərində olan torpaq sahəsinin qonşuluğunda 3 həyətyanı torpaq sahəsi vardır.Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz olaraq onların cəmi 0,12 ha torpaq sahəsini zəbt edərək özbaşına ev tikmişdirlər. Bu haqda onlar dəfələrlə Gəncə şəhəri Kəpəz Polis İdarəsinə müraciət etmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində torpaq sahələri zəbt edilmiş, özbaşına tikinti işləri aparılmışdır. Bu səbəbdən də onlar mülkiyyətlərindən istifadə edə bilmirlər. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 iddia ərizəsinin məzmununa üyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək onun tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin zəbt olunmadığını göstərərək iddianın əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər Cavabdeh1 iddianı qəbul etməyərək istifadəsində olan torpaq sahəsinin iddiaçılara heç bir aidiyyəti olmadığından iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, həmin ünvanda yaşamadığı üçün bildirişi ona təqdim etmək mümkün olmamışdır. Məhkəmə bildirişin Cavabdeh2 təqdim olunması üçün iddia ərizəsində göstərilən sonuncu yaşayış yeri üzrə müfafiq icra hakimiyyəti orqanına göndərmiş, Gədəbər rayon İHB-ın Düzyurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.11.2021-ci il tarixli məktubdan məlum olmuşdur ki, həmin ünvanda qeyd olunan şəx yaşamır və qeydiyyatda yoxdur.Şəxsiyyət vəsiqəsi məlumatı üzrə elektron məlumat portalından çıxarışdan müəyyən olunmuşdur ki, Cavabdeh2 adlı 2 nəfər şəxs mövcud olmaqla onlardan biri Zaqatala rayonunda digəri isə Sabirabad rayonunda qeydiyyatdadırlar. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 26.04.2007-ci il tarixli, MH ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi İddiaçı3 məxsusdur. 26.04.2007-ci il tarixli, MH ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi İddiaçı1 məxsusdur. 02.05.2007-ci il tarixli, MH ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi İddiaçı2 məxsusdur. 17.01.2013-cü il tarixli , A 418219 nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Cavabdeh3 Kirovabad şəhər XDS İK-nin 23.08.1988-ci il tarixli 11 saylı protokolundan çıxarışa və Həmkarlar Təşkilatının 26.11.1988-ci il tarixli 02 saylı protokol qərarından çıxarışa əsasən 400 kv/m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03.02.2021-ci il tarixli, 10/3303 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən sözü gedən mübahisəli torpaq sahələrinin yerində ekspertiza baxışı keçirilərkən ərazinin döngə nöqtələrinin koordinatları götürülmüşdür. Lakin ekspertiza baxışı zamanı iddiada adları qeyd edilən cavabdehlərdən yalnız Cavabdeh3 iştirak etmişdir. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, yuxarıda qeyd edilən iddiaçılara məxsus Seriya MN ******* nömrəli çıxarış üzrə X1 mülkiyyətində olan 0.04 ha, Seriya MN 00G7219 nömrəli çıxarış üzrə İddiaçı1 mülkiyyətində olan 0.04 ha və Seriya MN ******* nömrəli çıxarış üzrə İddiaçı3 mülkiyyətində olan 0.04 ha torpaq sahələri Cavabdeh3 tərəfindən zəbt edilməmişdir. Lakin ekspertiza zamanı cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 iştirak etmədiyindən və mülki iş materiallarına onlarla bağlı heç bir hüquqi və texniki sənəd əlavə edilmədiyindən onların torpaq sahələrini zəbt edib etmədiklərini müəyyən etmək mümkün olmamışdır. A 41819 nömrəli torpaq sahəsinin plan və ölçüsü üzrə Cavabdeh3 aid 400 kv.m torpaq sahəsi iddiaçılara aid torpaq sahəsi ilə üst-üstə düşmür. 10 mart 2022-ci il tarixdə məhkəmə mübahisəli torpaq sahəsinə yerində baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehlərdən yalnız Cavabdeh3 istifadəsində olan torpaq sahəsi iddiaçıların iddia etdikləri torpaq sahəsi ilə sərhəd olmaqla cavabdehlərdən Cavabdeh3 və Cavabdeh1 tərəfindən iddiaçılara məxsus torpaq sahəsi zəbt olunmamışdır. İddiaçılar iddia ərizəsində Cavabdeh2 Faxrəddin oğlu adlı şəxsi cavabdeh qismində göstərsələr də belə bir şəxsin qeydiyyatda olması və yaşaması barədə hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi iddiaçılara məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilməsi tədqiq edilmiş sübutlarla, eləcə də mütəxəssis və ekspert rəyi ilə təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilmiş evin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə xərcləri iddiaçıara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilmiş evin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 müştərək qaydada alınaraq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-23/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-23/2022
11.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver