Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2312/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X20, Cavabdeh3 və onun vəkili X4, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X14, X15 və X16 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Gəncə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı ilkin olaraq ona ünvan 1 ünvanda yerləşən ev üçün qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, həmin əmlak onun mərhum babası X7 adına qeydə alınmışdır. Q.Məmmədov 12.06.1983-cü il tarixdə vəfat etmişdir. Babasının övladları içərisində yalnız atası onunla yaşamış və mirası qəbul etmişdir. X9 25.02.2008-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən evdə anası X24, bacısı Cavabdeh1, qardaşı Cavabdeh2 və özü yaşamışdır. Miras əmlak irsi transmissiya qaydasında babasından atasına, atasından isə onlara keçmişdir. Miras əmlakla bağlı mübahisə ondan ibarətdir ki, vərəsələr mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etmirlər. Buna görə də miras əmlaka dair vərəsəlik şəhadətnaməsi ala bilmir. İddiaçının nümayəndəsi iddianın həcminin artırılması barədə ərizə verərək ünvan 1 ünvanda yerləşən evin miras əmlak qismində İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, miras əmlak iddiaçının babası X10 məxsus olmuş, iddiaçının babasının uşaqları X27, X28, X29, X30, Cavabdeh3 və X31 adlı altı övladı olmuşdur. X17 12.06.1983-cü il tarixdə vəfat etmişdir. Q.Məmmədovun uşaqlarından yalnız iddiaçının X9 mirası qəbul etmiş, miras əmlaka faktiki sahiblik edərək əmlakı idarə etmişdir. Q.Məmmədovun qızları uzun illər öncə ailə quraraq evi tərk etmiş, ailə qurduqdan sonra evdə yaşamamış, beləliklə həmin mirası qəbul etməmişlər. İddiaçının atası 25.02.2008-ci il tarixdə vəfat etmişdir. İddiaçının atası vəfat etdikdən sonra ev faktiki olaraq onun arvadı və uşaqları arasında bölünmüşdür. Belə ki, evin bir otağında Cavabdeh2 öz ailəsi ilə yaşayır, evin digər otağında isə X18 arvadı X24, İddiaçı və Cavabdeh1 yaşayırlar. Həmin otaqda onların əşyaları yerləşir, otağın açarı da bu şəxslərdədir. Buna baxmayaraq digər vərəsələr mirasın qəbulu barədə notariat orqanına ərizə ilə müraciət etmirlər. Buna görə də miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və miras əmlaka iddiaçının mülkiyyət hüququ tanınmalıdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli əmlak onun babası X5 X9na, atasından isə ona keçmişdir. Bacıları İddiaçı və Cavabdeh1 ailə qurublar və öz evləri vardır. Buna baxmayaraq onlar atasından qalmış evin bir otağını tutaraq öz əşyalarını yerləşdirmişlər və həmin otağın açarını da özlərində saxlayırlar. O, ailəsi ilə birlikdə evin bir otağında yaşamağa məcbur olmuşdur. Bibiləri isə hələ babasının sağlığında ailə quraraq evi tərk ediblər və indiyə qədər də miras əmlaka dair heç bir tələb irəli sürməyiblər. Bibiləri həmin evdə yaşamamış, evin idarə olunmasında iştirak etməmişdir. Hesab edir ki, atasından qalan əmlak bütöv şəkildə ona çatmalıdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli ev onun atası X10 məxsusdur. Atası 1983-cü ildə vəfat etmişdir. Onlar ailədə 6 uşaq olmuşdur. Bacıları Dilbər, Dilarə və Fazilə atasının ölümündən qabaq ailə quraraq evdən köçüb getmişlər. Atasının ölümündən sonra həmin evdə qardaşı Ələddin öz ailəsi ilə, bacısı Rahilə və özü yaşamışdır. Bacısı Rahilə 1986-cı ildə, o isə 1988-ci ildə ailə quraraq evdən köçüb getmişlər. Ailə qurduqdan sonra ara-sıra anasına baş çəkmək üçün həmin evə getmişdir. Atasından başqa hər hansı miras qalmamışdır. Anası da vəfat etdikdən sonra demək olar ki, ata evinə getməmişdir, çünki, gəlinləri Almaz buna imkan verməmişdir. Hesab edir ki, mübahisəli əmlak onun ata mülkü olduğu üçün onun və bacılarının həmin əmlakda payları vardır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli ev onun atası X10 məxsusdur. Atası 1983-cü ildə vəfat etmişdir. O, atasının sağlığında, yəni 1960-cı ildə ailə quraraq evdən köçüb getmişdir. Atası vəfat etdikdən sonra qardaşı Ələddin onu evə buraxmadığı üçün atasının evinə gedib gəlməmişdir. Atasından hər hansı başqa əmlak qalmamışdır. Hazırda ata mülkündən ona düşən payı tələb edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli ev onun atası X10 məxsusdur. Atası 1983-cü ildə vəfat etmişdir. O, atasının sağlığında, yəni 1980-ci ildə ailə quraraq evdən köçüb getmişdir. Atası vəfat etdikdən sonra qardaşı Ələddin onu evə buraxmadığı üçün atasının evinə gedib-gəlməmişdir. Atasından hər hansı başqa əmlak qalmamışdır. Hazırda ata mülkündən ona düşən payı tələb edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli ev onun atası X10 məxsusdur. Atası 1983-cü ildə vəfat etmişdir. O, atasının sağlığında, yəni 1979-cu ildə ailə quraraq evdən köçüb getmişdir. Atası vəfat etdikdən sonra qardaşı Ələddin onu evə buraxmadığı üçün atasının evinə gedib-gəlməmişdir. Atasından hər hansı başqa əmlak qalmamışdır. Hazırda ata mülkündən ona düşən payı tələb edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli ev onun qaynatası X10 məxsusdur. O, X27 ilə 1974-cü ildə ailə qurub həmin evə gəlin köçmüşdür. Qaynatası 1983-cü ildə vəfat etmişdir. Baldızları uzun illər öncə ailə quraraq ata evini tərk etmiş, öz evlərində yaşamışdır. Qaynatasının vəfatından sonra həmin evdə onların ailəsi yaşamışdır. Evi miras kimi əri X27 qəbul etmişdir. Əri 25.02.2008-ci il tarixdə vəfat etmişdir. Oğlu Cavabdeh2 həmin evdə öz ailəsi ilə birlikdə yaşayır. Eyni zamanda həmin evin bir otağında onun və qızları Günay və Ruhiyənin əşyaları vardır və həmin otağın açarı onlardadır. Gəncə şəhərində gəldikdə həmin otaqda qalırlar. Buna görə də hesab edir ki, miras əmlaka onların da payı vardır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Gəncə “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kərimova (Məmmədova) Rahilə Qoca qızı məhkəmə iclasına gəlməmişdir. Gəncə “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Məhərrəm Talıbov məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. X35 məhkəməyə ərizə ünvanlayaraq ona çatası miras payından bacısı Cavabdeh3 xeyrinə imtina etdiyini bildirmişdir. Məhkəmə iclasa gəlməmiş şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 28.04.2021-ci il tarixli məktubundan görünür ki, Kirovabad şəhər notariat kontorunun 06.04.1954-cü il tarixli 35/8829 saylı alğı-satqı müqaviləsinə əsasən Kirovabad şəhəri, 3cü vağzal küçəsi, 42 saylı fərdi yaşayış evi X25 tərəfindən X1. X7 adına sonradan ünvanı 4-cü Vağzal küçəsi, 42 olan bu fərdi yaşayış evinin yerləşdiyi 498 m2 torpaq sahəsinə dair 21.04.1954-cü il tarixli torpaq qeydi tərtib edilmişdir. Hazırda ünvanı ünvan 2mlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 13 iyun 1983-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 12 iyun 1983-cü il tarixdə ölmüşdür. 22 aprel 2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X27 25 fevral 2008-ci il tarixdə ölmüşdür. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 02 mart 1949-cu il tarixdə doğulmuş X18 atası X11r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X32 12 noyabr 1974cü ildə Kirovabad şəhər VVAQ şöbəsində nikaha daxil olmuşlar. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25.08.1975-ci il tarixdə doğulmuş Cavabdeh2 X9, anası X22r. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə doğulmuş X6 X9, anası X22r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28.09.1977-ci il tarixdə doğulmuş X8 X9, anası X22r. Yaşayış yeri üzrə qeydiyyat haqqında 03.05.2021-ci il tarixli arayışdan görünür ki, X24, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 3 ünvanda pasport qeydiyyatındadırlar. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 11 noyabr 1958-ci il tarixdə doğulmuş Cavabdeh3 və 16 mart 1962-ci il tarixdə doğulmuş X19 atası X11r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X31 15 avqust 1986-cı il tarixdə X23 ilə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra ona Kərimova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 29 iyul 1988-ci il tarixdə X33 ilə nikaha daxil olmuşdur. Gəncə “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Məhərrəm Talıbov tərəfindən İddiaçı ünvanlanmış 08 may 2021-ci il tarixli 1368 saylı məktubdan görünür ki, X7 vərəsələri arasında mirasın qəbuluna dair mübahisə olduğundan İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ilk növbədə miras əmlakın statusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş daşınmaz əmlak olmasına baxmayaraq həmin əmlakın dövlət qeydiyyatına alınması üçün bütün əsaslar mövcuddur. Belə ki, daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş alğısatqı müqaviləsinə əsasən X2, əmlakın yerləşdiyi torpaq sahəsinə dair torpaq qeydi tərtib edilmişdir. Həmin sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində mövcuddur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.3cü və 8.0.8-ci maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.1-ci və 1.2-ci bəndlərində yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri və yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, Gəncə şəhəri, Kəpəz rayonu, G.Zeynalov küçəsi 42 ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına baxmayaraq mülkiyyət hüququna bərabər tutulan hüquqla X3 məxsus olduğu üçün miras əmlak hesab edilməlidir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras əmlakla bağlı iki mübahisə mövcuddur. Birinci mübahisə X7 vərəsələri arasında olan mübahisə, ikinci mübahisə isə X18 vərəsələri arasında olan mübahisədir. X17 12.06.1983-cü il tarixdə vəfat etdiyindən birinci mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X7 qanun üzrə birinci növbə vərəsələri Məmmədov Ələddin, Məmmədova Dilbər, Məmmədova Dilarə, Məmmədova Fazilə, Cavabdeh3 və Kərimova (Məmmədova Rahilə) olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından müəyyən edilir ki, həmin şəxslərdən X27 atasının sağlığında onunla birlikdə yaşamış, atasının vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişdir. Digər vərəsələrdən Məmmədova Dilbər, Məmmədova Dilarə və Məmmədova Fazilə hələ atalarının sağlığında həmin evi tərk edib getmiş, atalarından hər hansı miras qəbul etməmiş, atalarının ölümündən sonra da evdə pay iddia etməmiş, nə notarial qaydada ərizə vermək yolu ilə, nə də miras əmlakı idarə edərək ona faktiki yiyələnməklə mirası qəbul etməmişlər. Cavabdeh3 və X35 atalarının vəfatından sonra bir müddət həmin evdə yaşasalar da R.Kərimova 1987-ci ildə, Cavabdeh3 isə 1988-ci ildə ailə quraraq evi tərk etmiş, sonradan həmin evə sahiblik etdiklərini, həmin evi idarə etdiklərini təsdiq edən heç bir hərəkət etməmişlər. R.Kərimova və Cavabdeh3 mirasqoyanın ölümündən sonra miras qalmış evdə bir müddət yaşamaları özlüyündə onların mirası qəbul etməsi anlamına gəlmir. Çünki, mülki qanunvericiliyin yuxarıda istinad edilən norması mirasın faktik qəbul edilməsi dedikdə miras əmlakı idarə etməyə başlamağı və mirasa yiyələnməyi nəzərdə tutur. Göstərilən hərəkətlər isə miras əmlakla öz mülkiyyəti kimi rəftar etməkdən ibarətdir. R.Kərimovanın və Cavabdeh3 atalarından miras qalmış evi idarə etmələri, eləcə də həmin evə yiyələnmələri barədə hər hansı sübut təqdim edilməmişdir. Onların ailə qurduqdan sonrakı davranışı, yəni evi tərk edərək həmin evlə əlaqələrini kəsmələri, evə hər hansı sahiblik iddia etməmələri onların miras qalmış əmlaka yiyələnmədiklərini və həmin əmlakı heç vaxt idarə etmədiklərini, evdə müəyyən müddət yaşamalarının isə sadəcə həmin mənzildən istifadə hüquqlarını həyata keçirmələri ilə bağlı olduğunu göstərir. Beləliklə məhkəmə birinci mübahisə ilə bağlı belə qənaətə gəlir ki, mərhum X7 mirasını onun vərəsələrindən yalnız X27 mirası idarə etməyə başlamaq və mirasa yiyələnmək yolu ilə qəbul etmişdir. Mülki işdəki ikinci mübahisə, yəni X18 vərəsələri arasındakı mübahisə isə X18 vəfat etdiyi 25.02.2008-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları ilə həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). X18 vərəsələri onun arvadı X24, uşaqları Cavabdeh2, İddiaçı və Cavabdeh1dır. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, X18 ölümündən sonra onun vərəsələri mübahisəli evi öz aralarında faktiki olaraq bölmüşdür. Miras qalmış evin bir otağında Cavabdeh2 öz ailəsi ilə yaşayır, digər otağında isə X24, İddiaçı və Cavabdeh1 əşyaları yerləşməklə həmin otağın açarı onlarda saxlanılır. Eləcə də həmin şəxslər Gəncə şəhərində olduqları zaman həmin otaqda yaşayırlar. Bütün bunlar miras əmlakın X18 birinci növbəli vərəsələrinin dördü tərəfindən də mirasa faktik sahiblik etmək yolu ilə qəbul edildiyini və bunun aşkar nümayiş etdirildiyini təsdiq edir. X18 vərəsələri arasında miras paylarının həcmi ilə bağlı da mübahisə mövcuddur. Belə ki, iddiaçı ilkin olaraq qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi barədə notariusa müraciət etsə də notarius vərəsələr arasında mübahisənin olmasını əsas gətirərək qanun üzrə vərəsəlik şəhadətnaməsnin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. İddiaçı digər vərəsələrin notariat orqanına ərizə verməkdən boyun qaçırdığını əsas gətirərək miras əmlaka mülkiyyət hüququnun tanınmasını, yəni miras əmlaka tam payının müəyyən edilməsini tələb etmişdir. Məhkəmə bununla razılaşmır və qeyd edir ki, miras əmlak dörd vərəsə tərəfindən qəbul edildiyindən və həmin vərəsələrin hamısı bərabər pay hüquqlu vərəsələr olduğundan iddia yalnız qismən təmin edilə bilər və adları qeyd edilən vərəsələrin hər birinin miras əmlakda bərabər, yəni ¼ hissədə payları müəyyən edilər bilər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X3 məxsus olmuş, X13 miras qalmış, Gəncə şəhəri, Kəpəz rayonu, G.Zeynalov küçəsi 42 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X3 məxsus olmuş, X13 miras qalmış, Gəncə şəhəri, Kəpəz rayonu, G.Zeynalov küçəsi 42 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət mirasda İddiaçı, Cavabdeh2, X24 və Cavabdeh1 hər birinin ¼ (dörddə bir) hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2312/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2312/2021
02.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver