Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-24/2022 04.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X9 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarma və həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarma və həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Talib qızının mülkiyyətlərində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi məh.A-4 ünvanında 0,045 ha yerləşən torpaq sahəsindən çıxarılmasını və həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh.A-4 ünvanında 0.045 ha yerləşən torpaq sahəsi X1nun mülkiyyətində olmuş və ona DƏDRX tərəfindən ******* saylı çıxarış verilmişdir. X1 14.11.2018-ci ildə vəfat etmişdir. Bundan sonra o, notariat orqanına müraciət etmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra o, DƏDRX-nin Gəncə ərazi idarəsinə çıxarış almaq üçün müraciət etmişdir, lakin ona imtina edilərək torpaq sahəsi üzərində mübahisə olmasının müəyyən edilməsi bildirilmişdir. O, özü də araşdırma apararkən ona məlum olmuşdur ki, adı çəkilən torpaq sahəsi üzərində cavabdeh tərəfindən ev inşa edilmişdir. Belə ki, cavabdeh tərəfindən inşa edilən evin bir hissəsi onların torpağın üzərinə düşür. O, cavabdehdən həmin tikilinin sökülməsini tələb etsə də, o bundan imtina edir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil İnqilab oğlu məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab emişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ekspert və mütəxəsis rəylərini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.10.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0,045 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.10.211-ci il tarixli, 009259 nömrəli torpaq sahəsinin planı və ölçüsündən və hüquqların X12 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhər, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh.A-4 ünvanında yerləşən 0,045 ha torpaq sahəsi X3 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş “qanun üzrə vərəsəlik hüququ” haqqında 16.06.2019cu il tarixli, 2V-934 nömrəli reyestrlə qeydə alınmış şəhadətnamələrin surətindən görünür ki, mərhum X5 məxsus olan Gəncə şəhər, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh.A-4 ünvanında yerləşən ümumi sahəsi 0.045 ha torpaq sahəsinə dair X8, İddiaçı miras əmlakdan bərabər hissədə pay verilməklə onlara bu barədə qanun üzvrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş 16.06.2019-cu il tarixli “miras payın bağışlanması müqaviləsi” haqqında müqavilədən görünür ki, X2 şəhər, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh.A-4 ünvanında yerləşən ümumi sahəsi 0.045 ha torpaq sahəsindən özünə məxsus miras payını qızı İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15.04.2021-ci il tarixli, 75 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılmış araşdırma zamanı, hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən mərhum X3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh.A-4 ünvanında yerləşən 0,045 ha (450,00 kv.m) torpaq sahəsinin 81,88 kv.m hissəsinin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Aparılmış araşdırma zamanı, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 76,64 kv.m hissəsinin, hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən mərhum X3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi məh A-4 ünvanında yerləşən 0,045 ha (450,00 kv.m) torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin texniki-tikinti ekspertizasının 16 sentyabr 2021-ci il tarixli, 10/2458 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə LTİ-nin mühəndisi Elmar Aslanovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən mərhum X3 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Sevinc qəsəbəsi məh.A-4 ünvanında yerləşən 0.045 ha (450.00 kv.metr) torpaq sahəsinin 81.88 kv.metr hissəsinin Cavabdeh Talib qızının faktiki istifadəsində olduğu müəyyən olundu. Cavabdeh Talib qızının tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 76.64 kv.metr hissəsinin, hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən mərhum X3 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Sevinc qəsəbəsi məh.A-4 ünvanında yerləşən 0.045 ha (450.00 kv.metr) torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olundu. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.10.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 3 ünvanda yerləşən 0,045 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Qanun üzrə vərəsəlik hüququ” haqqında 16.06.2019-cu il tarixli, 2V-934 nömrəli reyestrlə qeydə alınmış şəhadətnamə ilə 14.11.2018-ci il tarixdə ölmüş X3 vərəsələri arvadı – X8 – Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 46, mənzil 36 və qızı – İddiaçı – Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 46, mənzil 36 miras əmlakdan bərabər hissədə irs almışlar. “Miras payın bağışlanması” haqqında müqaviləyə əsasən X2 şəhər, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh.A-4 ünvanında yerləşən ümumi sahəsi 0.045 ha torpaq sahəsindən özünə məxsus miras payını qızı İddiaçı bağışlamışdır. Cavabdeh mübahisəli torpaq sahəsinin 81.88 kv.m hissəsini zəbt etməklə yanaşı, səbt edilmiş sahənin 76.64 kvadratmetr hissəsində qanunsuz olaraq tikili (ev) inşa etməklə oradan istifadə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavadehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qeyd olunan hissəsi, yəni 81.88 kv.m faktiki olaraq cavabdehin istifadəsində və sahibliyindədir. Hətta, cavabdeh qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsinin 76,64 kv.m hissəsində tikili inşa etməklə oradan istifadə edir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı inşa edilmiş tikilinin sökülməsi ilə bağlı tələb hüquqları yaranmışdır. Ona görə də məhkəmə həmin torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsinə aid tələbini həmin torpaq sahəsinə münasibətdə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 162-ci maddəsinin tələblərinə görə əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Mülki Məcəllənin 163.1.-ci maddəsinin tələblərinə görə Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Mülki Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 180.1-ci mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4.-cü mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İnsan Hüquqları və X4 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.10.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən mərhum X3 mülkiyyətində olmuş və “qanun üzrə vərəsəlik hüququ” haqqında 16.06.2019cu il tarixli, 2V-934 nömrəli reyestrlə qeydə alınmış şəhadətnamə əsasında İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 0,045 ha torpaq sahəsinin 81,88 kvadratmetr hissəsindən Cavabdeh çıxarılmalı, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin zəbt edilmiş əraziyə düşən 76.64 kvadratmetr hissəsi Cavabdeh vəsaiti hesabına sökülməli və torpaq sahəsi İddiaçı təhvil verilməlidir. İddia tələbi qalan hissədə əsasız olduğundan təmin edilməməlidir. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN**********, Hesab AZ34CTRE********************), torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 311 (üç yüz on bir) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına (Kapital Bank ASC-nin Xətai filialı, filialın kodu: 200071, VÖEN **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab AZ37NABZ013501**********1944, Benefisiarın hesabı adı: AZ23AİİB********************, VÖEN **********) köçürülməlidir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən 0,045 ha torpaq sahəsinin 81,88 kvadratmetr hissəsindən Cavabdeh çıxarılsın, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin zəbt edilmiş əraziyə düşən 76.64 kvadratmetr hissəsi Cavabdeh vəsaiti hesabına sökülsün və torpaq sahəsi İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə əsasız olduğundan təmin edilməsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN**********, Hesab AZ34CTRE********************), torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 311 (üç yüz on bir) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına (Kapital Bank ASC-nin Xətai filialı, filialın kodu: 200071, VÖEN **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab AZ37NABZ013501**********1944, Benefisiarın hesabı adı: AZ23AİİB********************, VÖEN **********) köçürülsün. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-24/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-24/2022
04.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver