Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2437/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, M.Y.Axundzadə küçəsi, 9 saylı ünvanda yerləşən evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinə düzəliş edərək cavabdehin Gəncə şəhəri, Kəpəz rayonu M.Y.Axundzadə küçəsi 9 saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Mülkə dair hüquqları Dövlət reyestrində qeydiyyata alınaraq bu barədə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mülkə dair çıxarış alanda Cavabdeh mənzildə qeydiyyatı haqqında heç bir məlumatı olmamışdır. Həmçinin həmin evi adına qeydiyyata aldıranda müvafiq orqanlar tərəfindən həmin şəxsin qeydiyyatı haqqında ona heç bir məlumat verilməmişdir. İndi isə cavabdehin evdə qeydiyyatda olmağı mülkiyyətçi olaraq onun mülkə dair hüquqlarını məhdudlaşdırır. O əlavə olaraq ailə üzvlərinin sayına görə kommunal xərcləri ödəmək məcburiyyətində qalmışdır. Cavabdehin onun xüsusi mülkiyyətində olan mübahisəli evdə pasport qeydiyyatında durmağı ev üzərində qanunvericiliyin tələblərinə uyğun sərəncam verməyini və qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib əlavə olaraq bildirdi ki, iş üzrə cavabdehi tanımır. Hazırda cavabdehin ucbatından onun mülkiyyət hüququnun pozulması davam edir. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, iddiaçı ilə qonşu olmaqla yanaşı həm də qohumdurlar. O, Gəncə şəhəri, X2 küçəsi ev 7 ünvanda 1988-ci ildən yaşayır. İddiaçı isə mübahisəli evə 2004-cü ildə köçmüşdür. İddiaçıdan qabaq evdə Laçın rayonundan olan məcburi köçkün ailəsi yaşamışdır. İddiaçı evi alqı-satqı müqaviləsinə əsasən məcburi köçkün ailəsindən almışdır. Məcburi köçkün ailəsindən öncə ev onun doğma bibisinə məxsus olmuşdur. İş üzrə cavabdehi tanımır və sözügedən evdə yaşamasının heç vaxt şahidi olmamışdır. Hazırda evdə iddiaçı ailə üzvləri ilə birlikdə yaşayırlar. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X3 küçəsi 9 saylı fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, cavabdeh yaşayış yeri üzrə Gəncə şəhəri, Kəpəz rayonu, X3 küçəsi 9 saylı fərdi yaşayış evində qeydiyyatdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 120-13596C-3220 nömrəli xx.xx.2020-ci il tarixli ərizəyə cavab məktubundan görünür ki, cavabdehin Gəncə şəhəri, Kəpəz rayonu, X2 küçəsi, ev 9 ünvanından pasport qeydiyyatından çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəməbaxışındamüəyyənedilmişdirki, Gəncə şəhəri, Kəpəz rayonu, X2 küçəsində yerləşən 9 saylı ev Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindir. Cavabdeh mübahisəli evin keçmiş sakini olsa da belə, ən azı 2004-cü ildən həmin evdə yaşamadığından onun mübahisəli evdən istifadə hüququnun saxlanması üçün qanuni əsas yoxdur. Cavabdeh evi könüllü olaraq tərk edib getməklə həmin evlə bütün əlaqələrini kəsmişlər ki, bu da onun artıq daimi olaraq başqa yaşayış yeri seçməsinə dəlalət edir. Cavabdehin evdə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Mübahisəli evdən cavabdehin istifadə hüquqlarının itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olubolmaması baxımından əhəmiyyət kəsb edir. Bu hüquq münasibətlərinə aydınlıq gətirilmədikdə cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququ qeyri-müəyyən müddətə saxlanılmış olacaqdır ki, bu da iddiaçının mülkiyyət hüququna əsaslandırılmamış müdaxilə hesab edilməlidir. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, X3 küçəsində yerləşən 9 nömrəli fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2437/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2437/2020
29.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver