Məhkəmə qərarları › İş №2(043)-2446/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2446/2021

25.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2446/2021 25.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, İddiaçı X1 cavabdehlər X3 və Cavabdeh Fizuli oğluna qarşı “pasport qeydiyyatından və mülkdən çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdehlər X3 və Cavabdeh Fizuli oğluna qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehlər X3 və Cavabdeh Fizuli oğlunun ona məxsus olan Gəncə şəhəri, Tomris küçəsi, ev 69-dan pasport qeydiyyatından və mülkdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb məhkəmə hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan iki tələb birləşdirildiyi üçün və iddia ərizəsinin forma və məzmununa riayət olunmadığı üçün ərizə geri qaytarılmalıdır. İddiaçı cavabdehlərin ona məxsus fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması və onların mülkdən çıxarılmasını tələb etmişdir. İddia ərizəsində iddiaçı göstərir ki, cavabdeh Zülfiqarova Sevinc 2015-ci ildən Bakı şəhərində, Cavabdeh Firdovsi oğlu isə 2014-cü ilin avqust ayından Almaniya Federativ Respublikasında yaşayır. İddiaçı özü cavabdehlərin ona məxsus əmlakda yaşamadıqlarını göstərsə də onların mülkdən çıxarılması tələbini irəli sürmüşdür. Belə olan halda iddianın əsasını təşkil edən halların iddia ərizəsində göstərilmədiyi müəyyən olunur. Digər tərəfdən iddiaçı cavabdehlərin pasport qeydiyyatından çıxarılması üçün Kəpəz Rayon Polis Şöbəsinə müraciət etdiyini, lakin onun ərizəsinin təmin olunmasından imtina edildiyini bildirir. Məhkəmə qeyd edir ki, pasport qeydiyyatından çıxarma inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyətindən irəli gəlir və bununla bağlı mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı iddia ərizəsində mülki mühakimə icraatı qaydasında baxılmalı olan tələblə inzibati icraat qaydasında baxılmalı tələb birləşdirilmiş, eləcə də iddiaçı cavabadehlərin ona məxsus mülkdən çıxarılmasının əsasını təşkil edən halları iddia ərizəsində göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.7-ci maddəsinə əsasən isə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı X1 cavabdehlər X3 və Cavabdeh Fizuli oğluna qarşı “pasport qeydiyyatından və mülkdən çıxarılma” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar