Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2466/2020 13.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 831 nömrəli sərəncamı ilə ayrılmış və ona məxsus olan Şərq küçəsinin qurtaracağında yerləşən, sahəsi 500,0 kv.m olan torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin üzərində tikilmiş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 831 nömrəli sərəncamı ilə Şərq küçəsinin qurtaracağında bağ evinin tikintisi üçün sahəsi 500,0 kv.m olan torpaq sahəsi ayrılmışdır. X6 həmin torpaq sahəsini etibarnamə əsasında 11000 manata cavabdehin atası Xalik Cəfərova, sonuncu isə vəfat etməmişdən əvvəl torpaq sahəsini X1. X5 isə aralarında olan razılaşmaya əsasən sözügedən torpaq sahəsini 15000 manata xx.xx.2020-ci il tarixdə iddiaçıya satmış və həmin torpaq sahəsinə dair sərəncam verilməsi və digər hüququların həyata keçirilməsi barədə 44 il müddətinə Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli AR-İİ 049405 saylı etibarnamə vermişdir. Hal-hazırda qeyd edilən torpaq sahəsi heç bir qanuni əsas olmadan qonşuluqda yaşayan cavabdeh tərəfindən zəbt edilmiş və öz torpaq sahəsinə birləşdirilərək hasarlanmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, o qanunsuz olaraq kiminsə torpaq sahəsinə daxil olmamışdır, 10 ildir ki, bu torpaq sahəsində yaşayır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş xx xxxx 2008-ci il tarixli, 775/5 saylı arxiv arayışından görünür ki, Gəncə şəhər İcra hakimiyyəti Başçısının xx xxx 1993-cü il tarixli 831 saylı sərəncamdan çıxarışa əsasən X3 ərizəsini nəzərə alaraq ona Şərq küçəsinin qurtaracağında bağ evinin tikintisi üçün 500.0 kv.m torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 869/3 saylı sorğuya cavab məktubundan görünür ki, vətəndaş Asəf Məmmədov cari ilin 18 iyun tarixində X8 Xidmət mərkəzindən sözügedən sərəncamla əlaqədar Dövlət Arxivinin Gəncə filialına sorğu ünvanlamışdır. Sorğu əsasında fondun sərəncamları yoxlanılmış, X3 adına hər-hansı sərəncam aşkar olunmamışdır. Həmçinin Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamı mövcud deyil, qeyd olunan 1993-cü il tarixli 831 saylı sərəncam xx xxxx 1993-cü il tarixlidir. Arxiv idarəsi eyni mövqeyi məhkəmənin sorğusuna xx xxxxxxxx 2020-ci il tarixli cavab məktubunda bildirmişdir. Məhkəmə tədqiq olunan bu sənədlərə istinadən belə qərara gəlir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası MM-in 139,146 maddələrinə görə daşınmaz əmlak üzərində tam mülkiyyət hüququnun əmələ gəlməsi üçün müvafiq əmlakı əldə etmə barədə əqd, yəni alqı-satqı müqaviləsi notarial qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Hazırki iş üzrə isə iddiaçı konkret ünvanda və konkret koordinatlar hüdudları daxilində torpaq sahəsini bu cür mülkiyyət hüququ ilə həqiqətən əldə etməsini təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim edə bilmir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 14 və 77-ci maddələrinin tələblərinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hallar özü sübut etməlidir və məhkəmə işə baxan zaman yalnız bu sübutlara istinad edə bilər. Ona görə də məhkəmə belə qarara gəlir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin konkret ünvanda və konkret hüdudlar daxilində mövcudluğunu və mülkiyyət hüququ ilə ona məxsusluğunu sübut edə bilmədiyindən iddia rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-2466/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2466/2020
13.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver