Məhkəmə qərarları › İş №2(043)-247/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-247/2020

08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-247/2020 08.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, İddiaçı və Cavabdeh ASC «x9» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi x1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC «x9» Törəmə Səhmdar Cəmiyyətinə qarşı «hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC «x9» TSC tərəfindən su təchizatı xidmətindən istifadəyə görə hesablanmış 824,88 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsi, 1-ci döngə, 10 nömrəli evə bir neçə il su borularının tutulması nəticəsində su gəlməmişdir. Həmin evdə o, ailə üzvülər ilə birlikdə yaşayır. Evinə su gəlmədiyi üçün illər ərzində o, Cavabdeh ASC «x9» TSC-nə dəfələrlə müraciət edərək, evinə su verilməsini tələb etsə də, bu bir nəticə verməmişdir. Ona sonradan məlum olmuşdur ki, evinə su gəlmədiyi halda su gəlməyən müddətdə ona hər ay su pulu hesablanmışdır. Cavabdeh ASC-nin “x9” TSC tərəfindən ona və ailə üzvünə orta su sərfiyyatına görə 824,88 manat borc yazılmışdır.Özü birinci qrup əlil olmaqla, ailə üzvlərindən oğlu Ruslan Qurbanov və qızı Qərənfil Nağıyeva birinci qrup əlil, nəvəsi Fatimə isə əlildir. Hesab edir ki, ona hesablanmış 824,88 manat pul sudan istifadə etmədiyi halda əsassız hesablandığı üçün silinməlidir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC “x9” TSC-in nümayəndəsi x4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. İddiaçı sözügedən evdə sudan istifadə etmiş və evinə su gəlməməsi barədə rəsmi və qeyri rəsmi şəkildə STKM müraciət etməmişdir və həmin ünvanda sudan istifadə və tullantı suların axıdılmasına görə qanunvericiliyə əsasən müvafiq hesabat verilmişdir. Bununla «Gəncə Sukanal» TSC üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı tərəfindən üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən x2 ifadəsində göstərdi ki, Cavabdeh ASC “x9” TSC-də işləyir. İddiaçının evinə su borusu çəkilmiş, lakin Cavabdeh ASC-in sifarişi ilə Gəncə şəhərində yeni su və kanalizasiya xətti çəkilərkən iddiaçının evinə gedən su borusunun zədələnməsi ilə əlaqədar həmin vaxt borunu bərpa edərkən müəyyən olunmuşdur ki, iddiaçının evinə gedən su borusunun içərisi mamırlanaraq borunun içərisinidə ağac kötükləri olduğu üçün su getməmişdir.Bundan sonra borunun içərisi təmizlənərək iddiaçının evinə verilən su bərpa olunmuşdur. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsi, 1-ci döngə, ev 10-da qeydiyyatdadır; DSMF-in Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən verilmiş 017624 və 017625 nömrəli vəsqələrin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, iddiaçı və oğlu x3 birinci qrup əlildir. İşə əlavə olunmuş hesab fakturadan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsi, 1-ci döngə, ev 10-da sudan istifadəyə görə İddiaçı 4 nəfər ailə üzvünə görə sudan istifadəyə 824,88 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı, Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Göründüyü kimi qanunvericilik yalnız göstərilən xidmətlərin əvəzinin ödənilməsini istehlakçıların üzərinə vəzifə kimi qoymuşdur. Lakin məhkəmə araşdırması zamanı istər şahid qismində dindirilimiş şəxsin ifadəsindən istərsə də iddiaçının izahatından müəyyən olunmuşdur ki, iddiaçının evinə gedən su borusunun tutulması nəticəsində iddiaçı sudan istifadə etmədiyi halda cavabdeh tərəfindən sudan istifadəyə görə iddiaçıya borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsi, 1-ci döngə, 10 nömrəli evdən sudan istifadəyə görə İddiaçı hesablanmış 824,88 manat borc silinməlidir. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməli və ödənilməmiş 20 manat dövlət rüsumu Cavabdeh ASC «Gəncə Sukanal» TSC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsi, 1-ci döngə, 10 nömrəli evdən sudan istifadəyə görə İddiaçı hesablanmış 824,88 manat borc silinsin. İş üzrə ödənilməmiş 20 manat dövlət rüsumu Cavabdeh ASC «Gəncə Sukanal» TSC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x8 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar