Məhkəmə qərarları › İş №2(043)-2471/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2471/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2471/2020 24.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh ASC Gəncə Sukanal TSC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC Gəncə Sukanal TSC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC Gəncə Sukanal TSC-nin onun hesab koduna əsassız olaraq qeyd etdiyi 60 manat 53 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, bu ilin may ayında adına olan mənzilin su və çirkab su xətti olmadığı üçün “ASAN” xidmətin Cavabdeh şöbəsinə yaxınlaşıb mənzilə su və çirkab su xətti çəkilməsi üçün müraciət etmişdir. Şöbənin əməkdaşı ünvanı elektron qaydada yoxladıqdan sonra xx.xx.2005-ci il tarixdən aktiv hesab kodu və xx.xx.2020-ci il tarixədək 58 manat 80 qəpik borc göstərildiyini demişdir. O, həmin mənzildə heç vaxt yaşayış olmadığını, ümumiyyətlə evin yaşayış üçün tam yararsız vəziyyətdə olduğunu və orada heç vaxt su xəttinin olmadığı halda çirkab suya borcun necə hesablandığını soruşduqda ona bu barədə Cavabdeh ASC Gəncə Sukanal TSC müraciət edərək məlumat ala biləcəyini söylənmişdir. Elə həmin gün Gəncə Sukanal TSCyə müraciət edərək bu borcun onun ünvanına necə hesablandığı ilə maraqlanmış, ona ünvan sahibləri haqda məlumatların MİS-dən götürüldüyünü demişlər. Belə olan halda MİS-in qeydiyyat kitabında onun mənzilinin qarşısında yaşayış olmadığı qeyd olunduğu nəzərə alınmadan, həmçinin mənzil sahibi ilə çəkiləcək və istifadə edəcəyi kommunal xidmətə görə ödəyəcəyi xərc üçün məsuliyyət daşıdığına dair heç bir sənəd imzalamadan yəni mənzil sahibinin xəbəri olmadığı halda necə borclu olduğu iddia edilə bilər. Əgər o, abonent kimi qeydə alınırsa deməli onun mənzilinə çəkilən çirkab su xətti idarənin aidiyyətı işçiləri tərəfindən Tİ qaydalarına uyğun olaraq yoxlanılaraq istifadəyə tam yararlı olduğu barədə ev sahibinin də imzası olduğu halda akt tərtib edilməlidir. Bunlar olmadığı halda onun borclu olduğunu necə iddia edə bilərsiz sualına cavab ala bilməmişdir. Borcu necə silmək olar? Cavab: bizim borc silməyə hüququmuz çatmır, məhkəməyə müraciət edib sildirə bilərsiz demişlər. Odur ki, məhkəmədən xahiş edir ki, istehlakçı hüquqlarının pozulmasına imkan verməsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ünvan 2 mənzil 5 əvvəllər Dəmiryol İdarəsinin balansında olan kitabxana olmuş, atam iş zamanı öldüyündən yaşayış üçün yararlı hala salaraq yaşamağımız üçün anama verilmiş, sonradan həmin mənzili anası ona bağışlamış, 2017-ci ildən onun mülkiyyətinə keçmiş, lakin həəmin mənzildə heç vaxt yaşayış olmamış, su və kanalizasiya xətti olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC Gəncə Sukanal TSC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, ünvan 2 mənzil 5 ünvanı əvvəllər İcra Hakimiyyətinin balansında olmuş, 2005-ci ildə onların balansına keçmiş, ünvan sahibi haqda məlumatlar MİS-dən olan məlumatlar əsasında götürülmüş və abonent kodu verilmiş, lakin abonentlə müqavilə bağlanılmamışdır. 2011-ci ilədək olan borclar bağışlandığından, həmin mənzilə çirkab suyu ilə bağlı 2011-ci ildən sonrakı dövr üçün borc hesablanmışdır. İddiaçı qeyd edilən mənzili 2017-ci ildə mülkiyyətinə keçirərkən çirkab suyu ilə bağlı borcunun olması ilə maraqlanmamış və bu barədə onlara heç bir məlumat verməmişdir. Qeyd edilən mənzilə xx.xx.2020-ci il tarixdə onlar tərəfindən baxış keçirilərkən su və çirkab şəbəkəsinin olmadığını müəyyən etmişlər və həmin vaxtdan borcun hesablanması dayandırılmışdır. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 mənzil 5 İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, X7 İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 222A nömrəli arayışın surətindən görünür ki, İddiaçı Əmiraslan qızının yaşadığı Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 28/9-5 ünvanında qaz xətti mövcud olmadığı üçün ünvanda təbii qazdan istifadə edilmir və bu səbəbdən də qeyd edilən ünvan abonent bazasında qeydiyyata alınmadığından təbii qaza görə “Azəriqaz” İB-nə heç bir borc mövcud deyildir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli 33 sayğacsız abonentin yoxlanılması məlumatlarından görünür ki, ünvan 4 mənzil 5 ünvanının yaşayış üçün yararsız olduğu, ünvanın su və çirkab şəbəkəsi olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli hesab fakturadan görünür ki, X1 və çirkab xidmətlərinə görə 60,53 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 4 mənzil 5 ünvanında iddiaçıdan başqa qeydiyyatda heç bir şəxs yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli abonent kartından görünür ki, Asya Əmiraslanovanın su və çirkab xidmətlərinə görə 2016-2020-ci illər üzrə 58,88 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC Texniki Xidmət və X4 Su Təsərrüfatı sahəsinin xx.xx.2020-ci il tarixli 07 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə şəhəri, Z.Hacıyev küçəsi, bina 28/5-də qeydiyyatdadır. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC Texniki Xidmət və X4 Su Təsərrüfatı sahəsinin suyundan istifadə etmir. 2003-cü ildən 2020-ci ilədək içməli su və çirkab su xətti yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı, Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Göründüyü kimi qanunvericilik yalnız göstərilən xidmətlərin əvəzinin ödənilməsini istehlakçıların üzərinə vəzifə kimi qoymuşdur. Lakin işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 5 mənzil 5-də yaşayış olmamaqla yanaşı heç vaxt su və çirkab xətti olmamış, cavabdehin heç bir xidmətindən istifadə etməmiş, tərəflər arasında müqavilə bağlanılmamışdır. Lakin cavabdeh tərəfindən çirkab suyu xəttindən istifadəyə görə əsassız borc hesablanmışdır. Məhkəmə yekun olaraq Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçının mülkiyyətində olan ünvan 5 mənzil 5-ə çirkab suyu xəttindən istifadəyə görə Cavabdeh ASC Gəncə Sukanal TSC tərəfindən hesablanmış 60 manat 53 qəpik borc silinməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 5 mənzil 5 ünvanına çirkab suyu xəttindən istifadəyə görə Cavabdeh ASC «Gəncə Sukanal» TSC tərəfindən hesablanmış 60,53 (altmış manat əlli üç qəpik) manat borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X8 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar