Məhkəmə qərarları › İş №2(043)-2474/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2474/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2474/2020 04.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və X1 Cəmiyyətinin Gəncə filialına qarşı ipoteka müqaviləsinin və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 Cəmiyyətinin Gəncə filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə X1 Cəmiyyəti arasında bağlanmış 12.09.2008-ci il tarixli ipoteka müqaviləsinin və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini öyrənərkən müəyyən edilmişdir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. İddia ərizəsində cavabdehin, eləcə də üçüncü şəxslər kimi qeyd edilmiş Gəncə şəhəri 4 saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin ünvanları göstərilməmişdir. Bununla yanaşı iddia ərizəsində iddiaçının xahişi qeyri-müəyyən formada ifadə edilərək ipoteka müqaviləsindən irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması xahiş edilmişdir. İpoteka müqaviləsindən hansı hüquqi nəticələrin törədiyini, həmin hüquqi nəticələrin hansı əsaslarla ləğv edilməli olduğunu isə ərizədən müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci və 149.2.3-cü maddələrinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qanunun göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq QƏRAR A A L D İM: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 Cəmiyyətinin Gəncə filialına qarşı ipoteka müqaviləsinin və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiaərizəsivəona əlavəolunmuşsənədlər geriqaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar