Məhkəmə qərarları › İş №2(043)-2563/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-2563/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2563/2020 12.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim - Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı - “xxxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi tələbinə dairiddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsi 23 saylı fərdi yaşayış mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(045)-178/2017 saylı qətnaməsinə əsasən cavabdehlər X4, ``Karvansaray- Turay``MMC, X5 və X3 müştərək qaydada cəmi 1537735,23 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsi 23 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-656/2018 saylı qətnaməsi ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli,2(045)-178/2017 saylı qətnaməsi cərimə borcuna aid hissədə dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsi 23 saylı fərdi yaşayış evi “xxxxxxxxxxx” QSC-nin mülkiyyətindədir və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeyydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışı alinmışdır. Cavabdehlərin ümumiyyətlə iddiaçının xüsusi mülkiyyətində olan mənzilə heç bir hüquqları yoxdur və onların həmin mənzildə qeydiyyatda qalmaqda davam etmələri bir mülkiyyətçi olaraq onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında iddiaçı X6 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatının dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: Gəncə Apelyasiya Məhkəməsinin 2(104)656/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(045)-178/2017 nömrəli qətnaməsi cavabdehlər X4, ``Karvansaray-Turay``MMC, X5 və X3 müştərək qaydada iddiaçı “xxxxxxxxxxx” QSC-nin xeyrinə tutulacaq xx.xx.2011-ci il tarixli, 06R000007107 saylı kredit razılaşması üzrə 98691,15 ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılaraq 10000(on min) ABŞ dolları məbləğində, xx.xx.2011-ci il tarixli, 06R000007109 saylı kredit razılaşması üzrə 95209,41 ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılaraq 10000(on min) ABŞ dolları məbləğində, xx.xx.2012-ci il tarixli, 06R000007509 saylı kredit razılaşması üzrə 74850,86 ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılaraq 8000(səkkiz min) ABŞ dolları məbləğində, xx.xx.2012-ci il tarixli, 06R000008426 saylı kredit razılaşması üzrə 35063,49 ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılaraq 4000(dörd min) ABŞ dolları məbləğində, xx.xx.2013-cü il tarixli, 06R000013357saylı kredit razılaşması üzrə 114734,13 ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılaraq 12000(on iki min) ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli, 06R000016867 saylı kredit razılaşması üzrə 101495,16 ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılaraq 11000(on bir min) ABŞ dolları məbləğində, xx.xx.2014-cü il , tarixli, 06R********** saylı kredit razılaşması üzrə 55889,49 ABŞ dolları məbləğində cərimənin miqdarı azaldılaraq 5000 (beş min) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsi 23 saylı fərdi yaşayış evi “xxxxxxxxxxx” QSC-nin xüsusi mülkiyyətindədir və onun bu hüququ xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. “Elektron notariat“ X1 çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsi 23 saylı evdə xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh4, qeydiyyatdadırlar. Məhkəmə izahatı dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən buhərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İş materiallarına əlavə olunmuş və yuxarıda adı çəkilən çıxarışdan göründüyü kimi Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsi 23 saylı fərdi mənzili “xxxxxxxxxxx” QSC-nin xüsusi mülkiyyətidir. ``İpoteka haqqında`` Azərbaycan Respublikasının Qanununun 59.3 maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Lakincavabdehlər hələ də formal olaraq həmin evdə qeydiyyatda qalmışdırlar. Mənzilin özgəninkiləşdirilməsi və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə cavabdehlər evə olan istifadə hüquqları da daxil olmaqla, bütün hüquqlarını itirmişdirlər. Odur ki, məhkəmə şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub qət etdi: İddia təmin olunsun. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsi 23 saylı fərdi yaşayış mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh qiyabi qətnamənin surətini rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində onun ləğvi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X10 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar