Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2647/2021 25.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X5nın 25.06.1965-ci ildə Ermənistan, Vardenis rayonunda doğulmasının qeydə alınması, doğum akt qeydi aparılarkən valideynləri qrafasında atasının X23, anasının Ərizəçi, milliyətinin azərbaycanlı kimi qeyd olunması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi o, 1936-cı ildə Ermənistan SSR, Vardenis rayonunda doğulmuşdur. 1954-cü ildə X23 ilə ailə qurmuşdur. Birgə nikahlarından 2 oğlan və 4 qız övladı, 1955-ci ildə Hürü, 1959-cu ildə İsmayıl, 1962-ci ildə Mirkaim, 1965-ci Elminaz, 1967-ci ildə Nənəş və 1969-ci ildə Tamaşa adlı uşaqları doğulmuşdur. Uşaqlarının hamısı Ermənistan SSR, Vardenis rayonunda doğulmuş və onların hər birinə doğum şəhadətnaməsi almışlar. Uşaqlardan oğlanları evləndirib, qızları isə ərə vermişlər. X17 13.07.2019-cu ildə keçirdiyi xəstəlikdən vəfat etmişdir. X5 1984-cü ildə X6 ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından uşaqları olmamışdır. X1 Qarabağ müharibasi zamanı 1992-ci ildə şəhid olmuşdur. X5 05.02.2020-ci ildə avtomobil qəzası (vurması) nəticəsində vəfat etmişdir. Qızı X3, 01.05.2019-cu il tarixdə "xxxx" ASCyə əmanət qoymuşdur. X5 vəfat etdikdən sonra onun vərəsəsi kimi onun adına olan əmanəti bankdan götürmək üçün banka müraciət etmişdir. Bank qızının vərəsəsi olmağına dair vərəsəlik şəhadətnaməsini banka təqdim edildikdən sonra, qızının adına bankda olan əmanəti ona verə biləcəklərini bildirmişlər. O, vərəsəlik şəhadətnaməsi almaq üçün Gəncə «Asan xidmət» mərkəzinin notariat ofisinə müraciət etmiş, notariat ofisindən ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün lazım olan sənədləri təqdim etməsini bildirmişlər. Lazımı sənədlərdən X9 doğum şəhadətnaməsinin əsli olmadığından doğum şəhadətnaməsinin surətini notariat ofisinə təqdim etmiş, Notariat Ofisindən həmin sənədin əslini təqdim etməyini ona bildirmişlər. O, X5nın doğum şəhadətnaməsinin əslini almaq məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsinə lazımi sənədlər təqdim edə bilmədiyindən 29.06.2021-ci il tarixdə qeydiyyat şöbəsindən ona doğum haqqında şəhadətnamənin verilməsinin imkan xaricində olması bildirilmişdir. O, qızının doğumunun qydə alınması faktını yəni doğum şəhadətnaməsini əldə edə bilmədiyi üçün qəzından miras qalmış əmanəti əldə edə bilməmişdir. Qeyd olunan faktı məhkəmədən kənar qaydada həll edə bilmədiyi üçün məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə qarşı rəy və etirazlarının olmadığını bildirərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, Ərizəçi onun Ermənistan SSR Vardenis rayonunun Nərimanlı kəndində qonşusu olmuşdur. Ərizəçi ilə X18 6 uşağı olmuşdur. Uşaqlardan biri olan X12 Ermənistanın Vardenis rayonun Nərimanlı kəndində doğulmuş, X6 ilə yaşadıqları kənddə ailə qurmuşdur. Gəncə şəhərində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi ilə X18 2 oğlan və 4 qız övladı doğulmuşdur. Uşaqlardan biri olan X12 Ermənistanın Vardenis rayonunda doğulmuş, Gəncə şəhərində avtomobil qəzasında ölmüşdür. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE Seriyaalı 15606742 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 25.06.1965-ci il tarixdə Ermənistan, Vardenis rayonunda doğulmuşdur. İİ-SL 470455 nömrəli 07 dekabr 1984-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 20 dekabr 1959-cu ildə Ermənistan SSR Vardenis rayonunun Zod kəndində doğulmuş X6 ilə 25 iyun 1965-ci ildə Ermənistan SSR Vardenis rayonunun Nərimanlı kəndində doğulmuş X16 arasında 07 dekabr 1984-cü ildə nikah bağlanmış, ərə və arvada Məmmədova soyadı verilmişdir. İİ-SL 476131 nömrəli 05 oktyabr 1984-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 1930-cu ildə Ermənistan SSR Vardenis rayonunun Nərimanlı kəndində doğulmuş X23 ilə 1936-cı ildə Ermənistan SSR Vardenis rayonunun Nərimanlı kəndində doğulmuş X19 arasında 02.12.1955-ci ildə nikah bağlanmış, ərə və arvada Seyidova soyadı verilmişdir. 13 iyul 2019-cu il tarixli AZ-İİ 024813 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 12.07.2019-cu il tarixdə ölmüşdür. 11 fevral 2020-ci il tarixli AZ-İİ 073401 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 05.02.2020-ci il tarixdə ölmüşdür. İİ-SL 470455 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X16 07 dekabr 1984-cü ildə Ermənistan SSR Vardenis rayonunda nikaha daxil olmuşlar, ərə və arvada Məmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin 30 iyul 2015-ci il tarixli 238 saylı arayışından görünür ki, X4 03.07.1992-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 01.05.2019-cu il tarixli əmanət müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə X12 arasında həmin tarixdə əmanət müqaviləsi bağlanmışdır. Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsinin 29.06.2021-ci tarixli 64 saylı məktubundan görünür ki, 25.06.1965-ci il tarixdə Ermənizstan, Vardenis rayonunda anadan olmuş, 05.02.2020-ci il tarixdə vəfat etmiş (Seyidova) X9 doğumu barədə “Vətəndaşlıq vəziyyəti aktları” X2 Sistemi üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. X12 vəfat etdiyindən ərizənin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və içtimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Ailə Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Ailə Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə də işlərə baxır.(MPM. mad. 307.2.3) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Seyidova (Məmmədova) Elminaz Yunis qızının 25 iyun 1965-ci ildə Ermənistan, Vardenis rayonunda doğulmasına dair doğum akt qeydi aparılmış, doğum akt qeydi aparılarkən ata qrafasında X23, anası qrafasında Ərizəçi kimi qeyd olunmuşdur. Hazırda ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün qızından miras qalmış əmanətin vərəsəlik qaydasında əldə olunmasına nail ola bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. Məmmədova (Seyidova) Elminaz Yunis qızının 25 iyun 1965-ci ildə Ermənistan, Vardenis rayonunda doğulmasına dair doğum akt qeydinin aparılması, doğum akt qeydi aparılarkən ata qrafasında atasının X21, ana qrafasında anasının Ərizəçi kimi qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2647/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2647/2021
25.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver