Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2695/2021 16.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 və cavabdeh “X3”-nın etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X3”-na qarşı «əmək müqaviləsinə xitam verilmə səbəbinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh “X3”-na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əmək kitabçasında qeyd edilmiş əmək müqaviləsinə xitam verilmə səbəbinin dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə isclasında MPM-in 184-cü maddəsinə əsasən işin və mübahisənin vəziyyəti müzakirə edilib bütün sübutların təqdim edib-etməməsi, və iş materialları ilə tanış olunub-olunmaması aydınlaşdırılarkən cavabdehin nümayəndəsi cavabdehin hüquqi ünvanı ünvan 1n ərazi aidiyyəti üzrə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə etirazı olmadığını bildirdi. Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, “X3” (Synergy Medical MMC-nin) hüquqi ünvanı ünvan 3 ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla icraata qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-in 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə olan halda məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə cavabdehin hüquqi ünvanı olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 35, 44, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdeh “X3”-na qarşı cavabdeh tərəfindən əmək kitabçasında qeyd edilmiş əmək müqaviləsinə xitam verilmə səbəbinin dəyişdirilməsi tələbinə dair 2(043)- 2695/2021 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2695/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2695/2021
16.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver