Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2717/2021 16.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Berno Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Berno Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 8 nömrəli evin 35 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, oğlu Nizami Gəncə şəhəri Kəpəz rayonu 1-ci mikrorayon, 8 nömrəli evin 35 nömrəli mənzilini alqı-satqı müqaviləsi əsasında cavabdehlərdən Cavabdeh5 almışdır. Həmin mənzil tam mülkiyyət hüququ üzrə rəsmi reyestrdə oğlu Nizaminin adına qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Cavabdehlərdən Cavabdeh5 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh6 və Cavabdeh4 həmin evin köhnə sakinləri olmuşdur. Berno Cavabdeh2 və Cavabdeh3 iddiaçının keçmiş arvadı və oğludur.İddiaçı ilə Berno Cavabdeh2 arasında olan nikah pozulmuş uşaqları Milad anası Cavabdeh2 yanında qalmışdır. Hazırda savabdehlərin yaşadıqları ünvan məlum deyildir. Cavabdehlərin iddiaçıya məxsus evdə qeydiyyatda qalmaları əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Bu da onun şəxsi büdcəsinə mənfi təsir edir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə sonuncu yaşayış üzrə qeydiyyatda olduqları ünvana bildiriş göndərilməklə, MPM-in 147-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- 07.01.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 8 nömrəli evin 35 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır; 25.12.2014-cü il tarixli, 4Ə-4188 reyestr nömrəli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 8 nömrəli evin 35 nömrəli mənzilini İddiaçı Cavabdeh5 almışdır. Həmin müqavilənin 13-cü bəndindən görünür ki, Cavabdeh5 1 ay ərzində qeydiyyatdan çıxmasını öhdəsinə götürmüşdür. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10.09.2020-ci il tariixli, 2(043)- 156/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Berno Cavabdeh2 cavabdeh İddiaçı qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10.09.2020-ci il tariixli, 2(043)-156/2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 16.06.2021-ci il tarixli məktubdan görünür ki, 02.12.2002-ci il təvəllüdlü Cavabdeh1, 04.09.1994-cü il təvəllüdlü Berno Cavabdeh2, 15.02.2019-cu il təvəllüdlü Cavabdeh3, 30.01.2014-cü il təvəllüdlü Cavabdeh4, 13.07.1957-ci il təvəllüdlü Cavabdeh5 və 29.06.1982-ci il təvəllüdlü Cavabdeh6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. AZ-İ 357845 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Berno Cavabdeh2 arasında olan nikah 01.07.2020-ci il tarixdə pozulmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdehlərdən Cavabdeh3 və Cavabdeh4 azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edildiyindən habelə öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək qabiliyyəti olmadığından, digər cavabdeh Berno Cavabdeh2 gəlikdə isə onun həmin mənzildə istifadə hüququ olmadığından mövcud olmayan huququn itirilməsi əsassız olduğundan onlara münasibətdə iddia təmin olunmamalıdır. (MM.mad.27.2, 28.1, 28.2) Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. MM-in 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yuxarıda qeyd olunan alqı satqı müqaviləsinin 13-cü bəndindən görünür ki, Cavabdeh5 həmin mənzili iddiaçıya satarkən 1 ay ərzində qeydiyyatdan çıxmasını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi mənzil mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 8 nömrəli evin İddiaçı mülkiyyətində olan 35 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tələb olunmadığından idiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 8 nömrəli evin İddiaçı mülkiyyətində olan 35 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2717/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2717/2021
16.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver