Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-272/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X4, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı X7 Mərkəzinin rəisi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı X1rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən müddətli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli k-117 saylı əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün ona əmək haqqı hesablanıb ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 iddianı müdafiə edib izahatında göstərdi ki, İddiaçı ixtisasca mühasibdir və müxtəlif illərdə müxtəlif idarələrdə mühasib vəzifəsində çalışmışdır, 2016-cı ildə 8 saylı X7 Mərkəzi yarandığından xx.xx.2016-cı il tarixdən adı çəkilən idarədə mühasib vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixdə 8 saylı X7 Mərkəzinin rəisi Fəraid Qəhrəmanov 019/1 nömrəli əmri ilə heç bir əsaslı səbəb olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Qeyd edilən əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2281/2019 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 019/1 nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb verilməklə İddiaçı əvvəlki işinə bərpa olunması qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş və Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3974/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2281 /2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən kasasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2223/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmişdir. Cavabdeh Gəncə 8 saylı X7 Mərkəzi məhkəmənin qanuni qüvvəyə minmiş qətnəmsinə əsasən xx.xx.2020-ci il tarixli, k-111 əmrlə iddiaçını işə bərpa etmiş və əmrdə ona məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi nəzərdə tutulsa da bu məbləğ hazırki dövrədək ödənilməmişdir. Bundan sonra cavabdeh 8 saylı X7 Mərkəzi xx.xx.2020-ci il tarixli k-117 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. İddiaçı işdən çıxarılması barədə əmr əsassız və qanunsuzdur. Qanunun tələbindən də göründüyü kimi işçinin müəyyən üzrlü səbəbdən işdə olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Qanunvericilik üzürlü səbəblər kimi işçinin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə v.s habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlanıldığı halları müəyyən etmişdir. Lakin iddiaçı işdə olduğu halda cavabdeh əmr verərəkən qanunun göstərilən normasını düzğün tətbiq etməyərək Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsi ilə əmək müqaviləsinə xitam vermişdir. Hesab edirlər ki, müqaviləyə xitam verilərkən əmək qanunvericiliyinin normaları pozulduğu üçün əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməklə məcburi işburaxma dövrü üçün iddiaçının əmək haqqı ödənilməlidir.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı X7 Mərkəzinin rəisi X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müddətli əmək müqaviləsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı X7 Mərkəzinə mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə 019/1 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi ləğv edilmiş və ona son haqq hesab ödənilməsi əmr edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2281/2019 saylı qətnaməsinə əsasən iddiaçı xx.xx.2020-ci il tarixli, k-111 nömrəli əmrlə əvvəlki vəzifəsinə bərpa edilmiş və xx xxxxx 2019-cu il tarixdən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi əmr edilmişdir. Lakin iddiaçı ilə aralarında baglanmış müqavilə müddətli müqavilə olduğundan və həmin müqavilənin müddəti bitdiyi üçün Əmək Məcəlləsinin 73cü maddəsinin 2-ci hissəsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixdən müddətli əmək müqaviləsinə xitam verilmişdir. Əmr verilərkən iddiaçı işdə olsa da yanlışlıq olaraq əmrdə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən müqaviləyə xitam verilmişdir. Hesab edir ki, iddiaçı tərəfin göstərdiyi həmin əsas əmrin ləğvi üçün əsas olmadığından iddia rədd olunmalıdır. Cavabdehin nümayəndəsi əlavə olaraq göstərdi ki, xx xxxx 2018-ci il tarixli 035/1 nömrəli əmrlə iddiaçının mühasib kimi işləməsi müddəti xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək uzadılmışdır. Əmək münasibətləri davab etdirildiyi üçün sonuncu müqavilənin müddəti xx xxxxxx 2018-ci ildən xx xxxx 2019-cu ilə qədər uzadılmış hesab edilmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı X7 Mərkəzinə mühasib vəzifəsinə təyin edilmişdir. xx xxxxxx 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 8 saylı X7 Mərkəzində mühazib işləməsi müddəti xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı X7 Mərkəzinin xx xxxx 2018-ci il tarixli 035/1 nömrəli əmrindən görünür ki, İddiaçı 8 saylı X7 Mərkəzində mühasib işləməsi xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək uzadılmışdır. İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 8 saylı X7 Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 019/1 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən xx xxxxx 2019-cu il tarixdən ləğv edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2281/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı X7 Mərkəzinin xx.xx.2019-cu il tarixli 019/1 nömrəli əmri ləğv edilmiş, məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb verilməklə İddiaçı əvvəlki işinə bərpa olunması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-3974/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2281/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2223/2020 nömrəli qərarının surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-3974/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı X7 Mərkəzinin xx.xx.2020-ci il tarixli, k-111 nömrəli əmrindən görünür ki, İddiaçı əvvəlki mühasib vəzifəsinə bərpa edilərək xx xxxxx 2019-cu il tarixdən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi əmr edilmişdir. xx.xx.2020-ci il tarixli, k-117 nömrəli əmrdən görünür ki, İddiaçı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı X7 Mərkəzi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdıraraq tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti başa çatdığı üçün işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin normaları düzgün tətbiq edilməyərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən xitam vermişdir ki həmin halda işçinin müəyyən üzürlü səbəbdən işdə olmaması ilə bağlı olan hallara aid edilmişdir.Cavabdeh tərəf isə iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbini müddətli əmək müqaviləsinin başa satması ilə bağı olduğunu göstərərək iddia tələbini mübahisələndirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən . müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1993-cü il tarixli 5 nömrəli qərarının 31-ci bəndində göstərilmişdir ki, əgər işə bərpa haqqında mübahisəni həll edərkən məhkəmə hesab etsə ki, əmək müqaviləsini pozmaq üçün müdiriyyətin əsası olsa da, o, əmrdə işdən çıxarma səbəbini düzğün ifadə etməmiş və ya müvafiq olmayan qanuna istinad etmişdir, onda məhkəmə, işdən çıxarmaya əsas vermiş faktik halları əsas götürərək, işdən çıxarma səbəbinin ifadəsini qüvvədə olan əmək qanunvericiliyinə uyğunlaşdıra bilər. Göründüyü kimi tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti qurtardığı üçün işəgötürən tərəfindən müqaviləyə xitam verilmişdir. İddiaçının müqaviləyə xitam verilərkən qanunun normasının düzgün tətbiq olunmaması ilə bağlı göstərdiyi dəlillərlə bağlı məhkəmə razılaşmayaraq qeyd edir ki, əmrin məzmununda müqaviləyə xitam verilməsinin səbəbi müddətin bitməsi ilə bağlı qeyd olunduğu üçün iddiçının göstərdiyi əsaslar müqavilənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı X1rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə daiz iddiası əsassız olduğundan təmin olunmasın Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı X1rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-272/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-272/2021
10.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver