Məhkəmə qərarları › İş №2(043)-2737/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2737/2021

29.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2737/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, vəkili X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun mülkiyyətində olan Gəncə şəhəri, Tereşkova küçəsi, 41 nömrəli binanın 40 nömrəli mənzilindən istifadə hüquququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Tereşkova küçəsi, 41 nömrəli binanın 40 nömrəli mənzili mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı adına qeydə alınaraq 22.06.2021-cü il tarixdə Çıxarış verilmişdir. Əmlakın mülkiyyət hüquqları tam şəkildə iddiaçıya məxsusdur. İddiaçı ilə cavabdeh arasında olan nikah 18.06.2015-ci il tarixdə rəsmi qaydada pozulmuşdur. Cavabdeh iddiaçının keçmiş ailə üzvü olmasına baxmayaraq həmin evdə yaşamır, nədə ki, geyim və sair əşyaları yoxdur. Cavabdeh tərəfindən verilmiş telefon nömrələri ləğv edildiyindən əlaqələri kəsilmişdir. Gəncə Şəhər Kəpəz Polis İdarəsinə cavabdehin qeydiyyatdan çıxarılması barədə şifahi müraciətinə cavab olaraq bildirilmişdir ki, məhkəmə qaydasında çıxarılmalıdırlar. Odur ki, iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X8 iddiaçının nümayəndəsi ilə eyni məzmunda çıxış edərək edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 1994-cü ildə ailə qurmuşlar. İddiaçının iddia etdiyi Gəncə şəhəri, Tereşkova küçəsi, 41 nömrəli evin 40 nömrəli mənzilini birgə nikah dövründə 1998-ci il tarixdə alqı satqı yolu ilə almışlar. 2015-ci il tarixdə boşanmışlar.Hal-hazırda başqa əmlakı və yaşamağa yeri yoxdur. İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 22.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Tereşkova küçəsi, ev 41, mənzil 40 mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. 22.06.2021-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Tereşkova küçəsi, 41 nömrəli evin 40 nömrəli mənzilində qeydiyyatdadır; Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.12.2014-cü il tarixli, 2(043)- 4017/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 30.11.1994-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 27.08.2021-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhər 7 saylı notariat kontorunun 18.05.1998-ci il tarixli 3M-2-123 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Tereşkova küçəsi, ev 41, 40 saylı mənzil X7 tərəfindən X1. Alıcıya 20.05.1998-ci il tarixli 11564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə Qasımova (Əkbərova) Sevil İslam qızının adına 22.06.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış işlənilmişdir Məhkəmə iş materiallarını araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, tərəflər 1994-cü ildə nikaha daxil olmuşlar və mübahisəli mənzili 18.05.1998-ci il tarixdə alqı-satqı müqaviləsi ilə əldə etmişlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə olunmuş mənzil olmaqla onların birgə mülkiyyəti hesab olunduğundan iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd olunsun. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar