Məhkəmə qərarları › İş №2(043)-2758/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2758/2020

18.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2758/2020 18.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər qızının sədrliyi, Şıxməmmədov İlkin Məzahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhərinin Kəpəz rayonunun, Yapışdırıcı materialları qəsəbəsində yerləşən 1 saylı evin 11 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, Gəncə şəhərinin Kəpəz rayonunun Yapışdırıcı materialları qəsəbəsində yerləşən 1 saylı evin 11 nömrəli mənzili ona məxsusdur. Həmin mənzil AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışla onun adına qeydiyyata alınmışdır. O, cavabdehləri tanımır və həmin şəxslər onun evində qeydiyyatda qalmaqla mülkiyyət hüququnu pozurlar. Cavabdehlər onun evində formal olaraq qeydiyyatdadırlar. Hesab edir ki, cavabdehlər faktiki olaraq onun evində yaşamadıqlarına görə həmin evdən istifadə hüquqları itirilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının təşəbbüsü ilə dəvət olunmuş şahidlər: X2 bildirdi ki, iddiaçının qonşuluğunda yaşayır. Cavabdehləri tanımır və onlar iddiaçıya məxsus evdə yaşamayıblar. X1 bildirdi ki, iddiaçı ilə qapıbir qonşudur. Cavabdehləri tanımır. Həmin mənzildə iddiaçı ailəsi ilə birlikdə yaşayır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mülk tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci ildə, ********** qeydiyyat nömrəsi ilə 204 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə izahatları dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən buhərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İş materiallarına əlavə olunmuş və yuxarıda adı çəkilən çıxarışdan göründüyü kimi Gəncə şəhərinin Kəpəz rayonunun Yapışdırıcı materialları qəsəbəsində yerləşən 1 saylı evin 11 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətidir. Cavabdehlər həmin mənzildə yaşamamış, lakin formal olaraq həmin evdə qeydiyyatda qalmışdırlar və belə formal pasport qeydiyyatının mövcudluğu onların adı çəkilən mənzildə istifadə hüquqlarının mövcudluğuna dəlalət edə bilməz. Odur ki, məhkəmə şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh1 və Cavabdeh2nın Gəncə şəhərinin Kəpəz rayonunun Yapışdırıcı materialları qəsəbəsində yerləşən 1 saylı evin 11 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar