Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2771/2021 22.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1956-ci il tarixdə Ermənistan Respublikası, Eçmiədzin rayonunda doğumunun qeydə alınması faktının müəyyən edilməsini, doğum haqqında şəhaətnaməsinin ana qrafasında X2 və ata qrafasında X1 qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə ərizəçiyə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, təkrar olaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsininin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.4 maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. MPM-in 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi ərizəçi məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 259.0.7, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2771/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2771/2021
22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver