Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-278/2020 10.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı x4 nümayəndəsi x1, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 iştirakları ilə İddiaçı x4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və mülkiyyətiçiyə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və mülkiyyətiçiyə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş 25.06.2018-ci il tarixli. RX seriyalı, ******* saylı çıxarışa əsasən, İddiaçı ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, 7-ci kvartal, sahə-66 ünvanda yerləşən bağ evinin boşaldılması, cavabdehlərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mülkiyyətçi “İddiaçı’' ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(043)-1674/2016 saylı qətnaməsinə əsasən Cavabdeh1 13044 ABŞ dolları məbləğində əsas borc, 1806 ABŞ dolları məbləğində faiz borcu, cəmi 14850 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutma ilkin satış qiyməti 40.000 manat müəyyən edilmiş Cavabdeh1 qızma məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, 7-ci kvartal, sahə-66 ünvanda yerləşən bağ evinə yönəldilməsi, bəmin evlərin açıq hərracdan satılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra qeyd edilən məhkəmə aktının icrası İcra Şöbəsinə həvalə edilmiş və icra hərəkətləri aparılandan sonra ipoteka predmeti olan daşınmaz əmlak hərrac vasitəsi ilə İddiaçı ASC-yə satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Çıxarışına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, 7-ci kvartal, sahə-66 ünvanda yerləşən bağ evinə dair mülkiyyət hüququ İddiaçı ASC-yə məxsusdur. Sözügedən evdə cavabdehlər qanunsuz şəkildə yaşayırlar. Həmçinin Banka məxsus olan əmlakda cavabdehlərə məxsus əşyalar vardır və bu əşyalar cavabdehlər tərəfindən hələ də geri götürülməmişdir.Həmin yaşayış evindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 istifadə etməsi, İddiaçı ASC-nin mülkiyyət hüquqlarını pozur, bank faktiki olaraq həmin yaşayış evindən istifadə edə bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Hüseynov Cavabdeh2 Fatma Nazim qızı, Cavabdeh5, Cavabdeh3 iddianı qəbul etməyərək göstərdilər ki, hazırda qalmağa başqa yerləri yoxdur. İddianın təmin olunmamasını xahiş etdilər. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, 7-ci kvartal, sahə-66 İddiaçı ASC-nin mülkiyyətindədir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 152.1-ci maddəsinə görə “Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. MM-in 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəföz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi ev mülkiyyətində olmaqla qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 Gəncə şəhəri,Kəpəz rayonu, Avtozavod yolu, 7-ci kvartal, sahə-66 ünvanda yerləşən evdən əmlakları ilə birlikdə çıxarılmalı və ev boşaldılaraq iddiaçya təhvil verilməlidir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, 7-ci kvartal, sahə-66 ünvanda yerləşən İddiaçı x6 məxsus bağ evindən cavabdehlər x3, x5, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 çıxarılsınlar və həmçinin evb oşaldılaraq İddiaçı x6 təhvil verilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-278/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-278/2020
10.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver