Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2815/2020 21.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Ərizəçilər Ərizəçi1 Məhəmməd oğlunun, X3,X1, Ərizəçi4, Ərizəçi5, X4, X2, Ərizəçi7, Ərizəçi9 və X5 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 Maraqlı şəxs4 və qeyrilərinə qarşı «maraqlı şəxslərin özəlləşmədə iştirak etməmələri və pay hüquqlarının yaranmaması faktının müəyyən edilməsi»nə dair ərizənin məhkəmə icraatının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim : Ərizəçilər Ərizəçi1 Məhəmməd oğlu, X7,X6, Ərizəçi4, Ərizəçi5 X4, X2, Ərizəçi7, Ərizəçi9 və X8 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 Maraqlı şəxs4 və qeyrilərinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək «maraqlı şəxslərin özəlləşmədə iştirak etməmələri və pay hüquqlarının yaranmaması faktının müəyyən edilməsi»nə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, onlar maraqlı şəxslərlə Gəncə (keçmiş Kirovabad) şəhəri əhaliyə məişət xidmətinin «Gözəllik kombinatı»nın Gəncə (Kirovabad) şəhəri, Alüminiumçular (Şahlar Hüseynov) küçəsi, 1 nömrəli ünvanda yerləşən 45 saylı qadın və kişi bəbbərxanasında bir kollektivdə işləmişlər.Həmin il qeyd olunan bərbərxana Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən özəlləşdirməyə çıxarılmış, kollektivin vəkili kimi Ərizəçi1 özələşmədə iştirak edərək alqı satqı müqaviləsi bağlanmışdır. Maraqlı şəxslər 1997-ci ildən sonra az bir müddət onlarla işlədikdən sonra bərbərxana ilə əmək münasibətlərini kəsmişlər. Maraqlı şəxslər özəlləşmə ilə bağlı ödənişlər etməmişlər. Lakin özəlləşdirmə başlayan vaxtı ilkin sənədlərdə bütün əmək kollektivinin adları siyahıda olduğu üçün onlara bildirmişlər ki, adları siyahıda olan bütün şəxslərin pay hüququnun olmasına dair sənəd verilməlidir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki,ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi ərizəçilər maraqlı şəxslərin özəlləşmədə iştirak etməmələrinə dair sənədləri müvafiq orqana və ya arxivə müraciət etməklə, habelə bununla bağlı maraqlı şəxslərin özlərinin etirazlarının olmamalarına dair ərizəni əldə etməklə işin məhkəmədən kənar həlli qaydasına nail olmaları mümkün olduğu halda məhkəməyə müraciət etmişlər. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı bəndində izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Belə olan halda məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Ərizəçilər Ərizəçi1 Məhəmməd oğlunun, X3,X1, Ərizəçi4, Ərizəçi5, X4, X2, Ərizəçi7, Ərizəçi9 və X5 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 Maraqlı şəxs4 və qeyrilərinə qarşı «maraqlı şəxslərin özəlləşmədə iştirak etməmələri və pay hüquqlarının yaranmaması faktının müəyyən edilməsi»nə dair ərizələri geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçilər Ərizəçi1 Məhəmməd oğlunun, X3,X1, Ərizəçi4, Ərizəçi5, X4, X2, Ərizəçi7, Ərizəçi9 və X5 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 Maraqlı şəxs4 və qeyrilərinə qarşı «maraqlı şəxslərin özəlləşmədə iştirak etməmələri və pay hüquqlarının yaranmaması faktının müəyyən edilməsi»nə dair ərizələri geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-2815/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2815/2020
21.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver