Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-288/2020 27.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, İddiaçı x6 nümayəndəsi x2 iştirakı ilə İddiaçı x6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilin boşaldılması və mülkiyyətiçiyə təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ mənzilin boşaldılması və mülkiyyətiçiyə təhvil verilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 31.07.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən, İddiaçı ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, x12 prospekti, ev 57/107, mənzil 2-in boşaldılması, cavabdehlərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2011-ci il tarixli, 2(102)-457 saylı qətnaməsinə əsasən cavabdeh x1 152118,82 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutma Cavabdeh1 məxsus Gəncə şəhəri, Heydər Əliyev prospekti 57/107, mənzil 2-də yerləşən 2 otaqlı mənzilinə, x5 məxsus Gəncə şəhəri, Rahib Məmmədov küçəsi 26- da yerləşən 3 otaqlı fərdi yaşayış evinə və x3 məxsus Gəncə şəhəri, Bakı küçəsi 5-də yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərracdan satılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra qeyd edilən məhkəmə aktının icrası İcra Şöbəsinə həvalə edilmiş və icra hərəkətləri aparılandan sonra ipoteka predmeti olan daşınmaz əmlak hərrac vasitəsi ilə İddiaçı ASC-yə satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Çıxarışına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, x12 prospekti, ev 57/107, 2 nömrəli mənzilə dair mülkiyyət hüququ İddiaçı ASC-yə məxsusdur. Sözügedən mənzildə cavabdehlər qeydiyyatda deyil və qanunsuz şəkildə həmin mənzildə yaşayırlar. Həmçinin Banka məxsus olan əmlakda cavabdehlərə məxsus əşyalar vardır və bu əşyalar cavabdehlər tərəfindən hələ də geri götürülməmişdir.Həmin yaşayış evindən Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kommersiya məqsədləri üçün istifadə edirlər. Həmin şəxslərin İddiaçı ASC-nin xüsusi mülkiyyəti olan Gəncə şəhəri, Kəpəz rayonu, x12 prospekti, ev 57/107, 2 nömrəli mənzildən istifadə etməsi, İddiaçı ASC-nin mülkiyyət hüquqlarını pozur, bank faktiki olaraq həmin yaşayış evindən istifadə edə bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x4 iddia ərizəsinə uyğun izahat verib, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2011-ci il tarixli, 2(102)- 457 nömrəli qərarının surətindən görünür ki, İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-526 saylı 07 oktyabr 2010-cu il tarixli qətnaməsi ilkin iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi və evlərin hərracdan satılması tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia tələbi qismən təmin edilməklə, ödəmə ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1 məxsus Gəncə şəhəri, H.Əliyev prospekti 57/107 mənzil 2-də yerləşən 2 otaqlı mənzilinə, x5 məxsus Gəncə şəhəri, Rahib Məmmədov küçəsi, 26-da yerləşən 3 otaqlı fərdi yaşayış evinə, x3 məxsus Gəncə şəhəri, Bakı küçəsi 5-də yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və həmin evlərin açıq hərracda satılması qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, x12 prospekti, ev 57/107, 2 nömrəli mənzil İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 152.1-ci maddəsinə görə “Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. MM-in 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 57/107 nömrəli evin İddiaçı x8 məxsus 2 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılmalıdırlar və mənzil boşaldılmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 57/107 nömrəli evin İddiaçı x8 məxsus 2 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılsınlar və mənzil boşaldılsın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-288/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-288/2020
27.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver