Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2931/2021 16.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Gəncə şəhəri, Dəmiryol kazarma, 181 km ünvanında yerləşən mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol kazarma, 181 km ünvanında yerləşən mənzil onun adınadır. Cavabdeh qızı Aynurənin keçmiş əridir. Onlar 2004-cü ildə ailə qurmuşdurlar. 2007-ci ildə cavabdehin təkidi ilə ona mənzilinə pasport qeydiyyatına düşməsinə razılıq vermişdir. 2009-cu ildə oğlu vəfat etmişdir. Bundan sonra qızı Aynurə onu təsəlli etmək üçün əri və uşaqları ilə birlikdə onun yanına köçüb gəlmişdir. Lakin, qızı ilə cavabdeh yola getməmişlər. Nəticədə 2017-ci ildə ayrılmışlar. Həmin vaxtdan cavabdeh evdən çıxıb getmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.12.2019-cu il tarixli qətnaməsi ilə qızı Aynurə ilə cavabdehin aralarında olan nikah pozulmuşdur. 2021-ci ilin aprel ayında o cavabdehin mənzilindən pasport qeydiyyatından çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli qərarı ilə cavabdehin mənzildən pasport qeydiyyatından çıxarılması qərara alınmışdır. Mənzildən pasport qeydiyyatından çıxarıldığım öyrəndikdən sonra cavabdeh özbaşına gəlib mənzilə yerləşmişdir. Cavabdeh mütəmadi olaraq evdə dava-dalaş salır, qızı Aynurəni döyür, onu söyüb təhqir edir. Bununla bağlı onun polis orqanlarına şikayətləri var. Bundan başqa cavabdeh evdə olan ona və qızına məxsus bütün dəyərli əşyaları satıb. O cavabdehdən mənzili tərk etməsini tələb etsə də, cavabdeh mənzildən çıxmır və yalnız ona 5000 (beş min) manat pul verəcəyi halda mənzildən çıxacağını bildirir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh bir il yarımdır ki, qızı ilə boşanmışdır. Cavabdeh onları hədəliyir və onun ailə üzvü deyildir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, o, Rusiya Federasiyasının Moskva şəhərində işləyərək evin təmirinə pul xərcləmişdir. O evdən o şərt çıxar ki, uşaqları onun soyadından çıxsınlar. Ona görə də iddia tələbini qəbul etmir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Gəncə şəhər İH MKTİB-nin 08.07.2021-ci il tarixli **********807 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, Gəncə şəhəri, Dəmiryol kazarma, 181 km 3 ünvanında yerləşən mənzilin sahibi İddiaçı ailə tərkibi – İddiaçı, nəvə X8, qızı X4, nəvə X6, nəvə X5 göstərilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.02.2020-ci il tarixli, 35 nömrə ilə qeyd edilmiş, 05.02.2020-ci il tarixli, AZ-İ 341910 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 05.02.2020-ci ildə pozulmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-936/2021 saylı, 04 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh iddiaçıya məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol Kazarma, 181 km ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Gəncə şəhər Baş Polis idarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş DİN-nin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 30.06.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, 10.06.1982-ci il təvəllüdlü X4, 17.05.2007-ci il təvəllüdlü X8, 22.01.2013-cü təvəllüdlü X5, 21.10.2014-cü təvəllüdlü X1 şəhəri, Dəmiryol kazarma, 181 km ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2526/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 16.04.2007-ci il tarixli 338 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, nikah pozulduqdan sonra 17.05.2007-ci il təvəllüdlü X8, 21.10.2014-cü il təvəllüdlü X6 və 22.01.2013-cü it təvəllüdlü X5 anaları X2 yanında qalmaları qət edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş iş materiallarından görünür ki, Gəncə şəhəri, Dəmiryol kazarma, 181 km 3 ünvanında yerləşən mənzil İddiaçı qanuni sahibliyindədir. Cavabdeh onun qızı X4 ilə 16.04.2007-ci ildə ailə həyatı qurmuşlar. İddiaçının qızı Bayramova Aynurə həyat yoldaşı yəni cavabdeh ilə birlikdə iddiaçının yanına köçmüşlər. Lakin, daha sonra iddiaçının qızı ilə cavabdeh arasında mübahisələr olduğu üçün məhkəmə qaydasında nikahları pozulmuşdur. İddiaçı daha sonra cavabdehin pasport qeydiyyatından çıxarılması üçün məhkəməyə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-936/2021 saylı, 04 may 2021-ci il tarixli qərarı ilə, iddiası təmin edilmiş, Cavabdeh iddiaçıya məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol Kazarma, 181 km ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Gəncə şəhər Baş Polis idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh isə mənzildən pasport qeydiyyatından çıxarıldığını öyrəndikdən sonra həmin mənzilə iddiaçının iradəsinə zidd olaraq yerləşmişdir. Cavabdeh iddiaçının ailə üzvü olmamaqla yanaşı iddiaçının adına olan mənzilə köçərək yaşamaqla iddiaçının öz sahibliyində olan mənzildən dinc istifadə etməsinə maneçilik törədir. İddiaçı cavabdehdən sahibliyində olan mənzildən çıxmasını tələb etmiş, lakin cavabdeh evdən çıxmadığı üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh isə evə xərc çəkdiyini və uşaqların onun soyadından çıxacağı təqdirdə evdən çıxacağını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edib onlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8.-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı göstərilənlər də əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 162-ci maddəsinin tələblərinə görə əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Mülki Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 9-cu maddəsinə görə mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Həmin Məcəllənin 29.1-ci maddəsinin tələbinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, hazırda Gəncə şəhəri, Dəmiryol kazarma, 181 km 3 ünvanında yerləşən mənzilin qanuni sahibi İddiaçıdır, Cavabdeh İddiaçı ailə üzvü olmamaqla, iddiaçının iradəsinə zidd olaraq həmin mənzildə yaşayır və onun həmin mənzilə olan pasport qeydiyyatı məhkəmə qərarı ilə ləğv edilmişdir. İddiaçı sahibliyində olan mənzildən Cavabdeh istifadə etməsinə razı olmadığından onun iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10,0 (on) manat dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol kazarma, 181 km 3 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2931/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2931/2021
16.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver