Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-296/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanındaki mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvan mülkiyyət hüququ üzrə ona məxsusdur. Bu barədə Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, № ******* saylı xx xxxx 2010-cu il tarixli, qeydiyyat nömrəsi ********** saylı Çıxarış ona təqdim olunmuşdur. Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(043)-1805/2015 saylı və Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, № 2(104)-444/2016 saylı qətnamələrinə əsasən Cavabdeh1 ona məxsus mənzildən öz əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Həmin qətnamələr Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə icra edilərək cavabdeh mənzildən əşyaları ilə birlikdə çıxarılmış və bu barədə akt tərtib edilmişdir. Ancaq cavabdeh mənzildən qeydiyyatdan çıxmamış və əşyaları ilə birlikdə çıxarılmasına baxmayaraq mənzildən istifadə hüququnu saxlamışdır. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq o, qeydiyyatdan çıxmaqdan imtina etmişdir. Sonra ona məlum olmuşdur ki, cavabdeh hətta digər cavabdehlər qızı Cavabdeh2 və nəvəsi Cavabdeh3 da onun iradəsinin ziddinə olaraq ona məxsus mənzilə qeydiyyata salmışdır. xx xxxxxxxx 2020-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışda da cavabdehlərin onun iradəsinin ziddinə olaraq qeydiyyatda olmaları müəyyən edilir. Cavabdehlərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalarına dair Gəncə şəhəri Baş Polis İdarəsinə müraciəti təmin edilməyərək yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılma təmin oluna bilər. Ona görə də onların yaşayış mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair məhkəməyə müraciət edir. Özü Qarabağ müharibəsi veteranıdır və İİ qrup əlildir. Müharibə veteranı və Milli Ordu - 100 medalları ilə təltif olunmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Onun cavabdehlərlə heç bir nə şifahi, nə də notariat qaydasında təsdiqlənmiş yazılı razılığı olmamışdır ki, onlar ona məxsus mənzilə pasport qeydiyyatına alınsınlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlər öz əşyalarını da götürərək ona məxsus mənzildən çıxmışlar, lakin onun mənzildində pasport qeydiyyatında qaldıqlarından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, M.Şeyxzamanov küçəsi, 4 nömrəli evin 6 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarıa əlavə edilmiş Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, M.Şeyxzamanov küçəsi, ev 4, 6 saylı mənzildə qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(043)-1805/2015 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, M.Şeyxamanov küçəsi, e 4, 6 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)-444/2016 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(043)-1805/2015 saylı qətnaməsi iddianın təmin edilmiş - cavabdeh X2 Gəncə şəhəri, M.Şeyxzamanov küçəsi, ev 4, 6 nömrəli mənzildən əşyaları də birlikdə çıxarılması hissəsində qismən ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilməsi, cavabdeh X1 şəhəri, M.Şeyxzamanov küçəsi, 4-cü evin 6 saylı mənzilindən əşyaları ilə birlikdə 2 (iki) ildən sonra çıxarılması, qətnamə iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə şəhər İcra İdarəsinin xx.xx.2019-cu il tarixli “icra sənədi üzrə xitam verilməsi haqqında” qərardan və həmin tarixli aktın surətindən görünür ki, cavabdeh X1 şəhəri, M.Şeyxzamanov küçəsi, ev 4, 6 nömrəli mənzildən əşyaları də birlikdə çıxarılmış və mənzil İddiaçı təhvil verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-444/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh1 mübahisəli mənzildən çıxarılması məsələsi həll edilmiş, Gəncə şəhəri, M.Şeyxzamanov küçəsi, ev 4, 6 nömrəli mənzil iddiaçıya təqdim edilmiş və cavabdehlər hazırda həmin mənzildə yaşamırlar. İddiaçının tələbindən göründüyü kimi iddiaçı hazırkı iddia ilə Cavabdeh1 və onun ailə üzvlərinin mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmasına nail olmaq istəyir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, iş üzrə Cavabdeh1 mənzildən çıxarılmasını təmin edən məhkəmə qətnaməsindən bəlli olur ki, artıq cavabdehin və onun ailə üzvlərinin həmin mənzildən istifadə hüququ yoxdur. Məhz bu hüquqa xitam verildiyi üçün məhkəmə cavabdehlərin həmin mənzili tərk etməsini qət etmiş, həmin qətnamə cavabdehlərin çıxarılması və mənzilin iddiaçıya qaytarılması hissəsində icra olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən qərarındakı hüquqi mövqeyinə uyğun olaraq iddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması məsələsini pasport qeydiyyatını aparan icra hakimiyyəti orqanının qarşısında qaldırmalı olduğu halda hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya mülkiyyətində olan mənzildən passport qeydiyatından Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması üçün pasport qeydiyyatını aparan icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-296/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-296/2021
04.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver