Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-298/2021 01.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Nürəddin qızına və Cavabdeh8 Nürəddin qızına qarşı «istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, Cavabdeh8 ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti ev 109, mənzil 19 nömrəli ünvanda yerləşən mənzilin üzərində istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti, ev 109, mənzil 19 ünvanda yerlən mənzili alqı-satqı müqaviləsinə əsasən alaraq bu mənzilə dair hüquqları dövlət qeydiyyatından keçirmişdir və bu mənzil onun mülkiyyətindədir. Cavabdehlər mənzilə dair ərizə verərək həmin mənzil üzərində istifadə hüquqlarını itirsələr də onun mülkiyyətində olan mənzilindən çıxmırlar. Cavabdehlər onun mənzilində yaşamırlar, lakin buna baxmayaraq onların hazırda onun mülkiyyətində olan evdə pasport qeydiyyatında olmaqla onların adına kommunal xərcləri ödəməklə ona əhəmiyyətli dərəcədə maddi zərər vururlar. Cavabdehlərin onun mənzilində istifadə hüquqlarının qalması onun iradəsinə ziddir və əmlakı üzərində sərəncamverici (mülkiyyət) hüququnu pozur. İddia ərizəsində qeyd etdiyi cavabdehlər onun mənzilində yaşamırlar və həmin evdən çıxaraq özlərinə başqa yaşayış yeri seçmişlər. Cavabdehlər onun mənzilindən köçmüşlər. Hazırda cavabdehlərin onun mülkiyyətində olan mənzildən istifadə hüquqları qalmamışdır. Bu günkü gündə cavabdehlərin onun mülkiyyətində olan mənzilin üzərində istifadə hüquqların itirmələrinə baxmayaraq o öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam verici hüquqlarımı həyata keçirtməyi məhdudlaşır. Bu baxımdan cavabdehləri tapa bilmədiyindən, onların mənzili üzərində istifadə hüquqlarının itirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İşin məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, Cavabdeh8 ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti ev 109, mənzil 19 nömrəli ünvanda yerləşən mənzilin üzərində istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, 2020-ci ilin avqust ayında Cavabdeh5 Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti ev 109, 19 nömrəli mənzili 20.000 manata satın almışdır. O evi aldıqdan sonra cavabdehlər həmin mənzildə yaşamayaraq mənzili ona təhvil vermişlər. Onları da gəlib aparacağını bildirmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7 və Cavabdeh8 Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti ev 109 ünvanında yerləşən 19 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti ev 109 ünvanında yerləşən 6 saylı mənzildə 20 ildən artıqdır ki yaşayır. İddiaçı 8-9 ay olar ki Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti ev 109, 19 saylı mənzildə yaşayır. Əvvəlki mülkiyyətçilərini tanımışdır. İddiaçı alana kimi Cavabdeh2 qızı ilə yaşamışdır. İddiaçı alandan sonra cavabdehlər həmin ünvanda yaşamamışlar amma evdən mülklərini çıxarıb apardıqlarını görmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti ev 109 ünvanında yerləşən 19 saylı mənzili İddiaçı Cavabdeh5 20.000 (iyirmi min) manata almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli notarial qaydada təsdiq olunmuş çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti, ev 109, 19 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş DİN “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh2, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh4, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1990-cı il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh7 və xx.xx.2016-ci il təvəllüdlü Cavabdeh8 Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti, ev 109, 19 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********12-05101-093032 nömrəli Texniki Pasportdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti, ev 109, 19 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər 1 nömrəli İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 305 nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X7, Cavabdeh7 və Cavabdeh8 Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti ev 109, mənzil 19 ünvanında qeydiyyatda olmalarına baxmayaraq göstərilən ünvanda yaşamırlar. İş materiallarına əlavə edilmiş Gəncə şəhər MKTİB-nin xx.xx.2012-ci il tarixli, 1773 arayış-formasından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti ev 109, 19 saylı mənzili Cavabdeh3n adına olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli X10 tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, Cavabdeh3 adına olan Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti, ev 109 nömrəli binada yerləşən 19 nömrəli mənzilin satılmasına etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli X7 tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, Cavabdeh3 adına olan Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti, ev 109 nömrəli binada yerləşən 19 nömrəli mənzilin satılmasına etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli Cavabdeh1 tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, Cavabdeh3 adına olan Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti, ev 109 nömrəli binada yerləşən 19 nömrəli mənzilin satılmasına etiraz etməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti ev 109 ünvanında yerləşən 19 saylı mənzili Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh5 isə mənzilin əvvəlki mülkiyyətçisi olmuşdur və o iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və mənzili tərk etmiş, mənzildə qeydiyyatda olanlar notarial qaydada ərizə verərək mənzilin satılmasına etiraz etmədiklərini bildirmişlər. Bundan başqa, cavabdehlərin mənzilə qeydiyyatının olması iddiaçının–yəni yeni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, iddiaçının hazırkı tələbindən isə müəyyən olunur ki, cavabdehlərin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Əvvəlki mülkiyyətçi iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və ailə üzvləri ilə birlikdə mənzili tərk etmişdir. Ona görə də hazırki iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları üçün isə onların mənzildən istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndində göstərilir ki, yaşayış sahəsindən istifadə hüququna yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında xitam verilir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7 və Cavabdeh8 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X16 prospekti ev 109, mənzil 19-a olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-298/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-298/2021
01.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver