Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2991/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X20 iclas katibliyi, iddiaçıqarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, müstəqil tələb irəli sürən 3-cü şəxs-qarşılıqlı iddia üzrə cavabdeh X14 və onların vəkili X23, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X16 və vəkili X24 iştirakı ilə, İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs X14 cavabdeh X21 qarşı «azyaşlı övladı ilə birlikdə evə istifadə hüququnun tanınması» tələbinə dair iddialarına, cavabdehqarşılıqlı iddia üzrə iddiaçı X16 cavabdehlər İddiaçı və X17 qarşı «mülkiyyətində olan bağ evinə köçürülmə, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə bağ evindən çıxarılması və onların əşyalarının evdən boşaldılararaq evi onun sahibliyinə qaytarılması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, Əliyeva Hökümə Fərman qızına, X21 və X2rşı «istifadə hüququnun tanınması, maneənin aradan qaldırılması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və arvadı X14, 5 aylıq övladı X26 ilə birlikdə ünvan 1 ünvana dair istifadə hüquqlarının verilməsi və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, evlənməmişdən əvvəl valideynləri ilə birlikdə onun üçün 2008-ci ilin iyun ayında Gəncə şəhəri, Sevinc qəsəbəsi 22-ci küçədə yerləşən torpaq sahəsini onun adına etibarnamə verilməklə X8 almışlar. Elə həmin ildən də, gələcəkdə ailə qurmaq məqsədi ilə həmin torpaq sahəsində evi 2008-ci ildən inşa etdirməyə başlayaraq, 2016-cı ilədək 0.06 qəpikdən 600 ədəd 360 manatlıq, 2100 ədəd 0.88 qəpikdən 1848 manatlıq, 500 ədəd 0.86 qəpikdən 430 manatlıq, 300 ədəd 0.86 qəpkdən 258 manatlıq, cəmi 2896 manatlıq kubik, 270 manatlıq çay daşı, 290 manatlıq qum, 225 manatlıq kərpic, 881 manatlıq sement, 160 manatlıq taxta, 1600 manat ustaya, 454 manat müxtəlif xərclər üçün, hamam-tualet üçün 1192 manat, evin dam örtüyü üçün 2009-cu ildə 3438 manat, 2011-ci ildə darvaza üçün 580 manat, elektrik sistemləri üçün 234 manat, zirzəminin hazırlanması üçün 289 manat, qapı və pəncərələr üçün cəmi 2060 manat, kanalizasiya qurğusu üçün 212 manat, gəj suvağı üşün 994 manat, əlavə xərclər üçün usta üçün 395 manat, qaz sistemləri üçün 107 manat, su və kanalizasiya sistemləri üçün 139 manat, döşəmə və tavan üçün 2680 manat, pəncərə və qapılar üçün barmaqlıqlar, həmçinin rəzələrə 364 manat, 2012-ci il tarixdə mantaj işləri üçün 1157 manat, müxtəlif laklar üçün 126 manat, daş döşəmə (tamet) 690 manat, əl üz yuyan üçün (pianino) 121 manat, su çəni 215 manat, evin üzü üçün suvax 105 manat, əlavə hasar üçün 155 manat, lambrin üçün 614 manat, 2013-cü il tarixdə toyuq damı 40 manat, 2015ci il tarixdə evin təmiri üçün 2640 manat, apardığı təxmini hesabat cəmi 25353 manat məbləğində evə xərc çəkmişdir. O, 2016-cı il tarixdə X25 ilə rəsmi nikaha girərək ailə qurmuş, hazırda ailəlidir və onların bir uşaqları vardır. Lakin valideynləri ilə münasibətləri əvvəl yaxşı olsa da sonradan pisləşmişdir. Mübahisəli torpaq sahəsi onun adına etibarnamə ilə satılmışdır. Onun anası isə qərəzli şəkildə 2017-ci ilin yanvar ayında həmin etibarnaməni torpağın sahibi tərəfindən ləğv etdirmiş, öz adına yeni etibarnamə almış, onun zəhmət və alın təri ilə qazandığı pullarla tikdirdiyi evin altındakı torpaq sahəsini qərəzli şəkildə onun xalası Əliyeva Hökümə Fərman qızının adına rəsmiləşdirərək, ondan və ailəsindən bu soyuq qış aylarında mübahisəli mülkdən çıxmalarını və həmin torpağa dair heç bir tələb irəli sürməməsini tələb etmişdir. O, isə arvadı və uşağı ilə ortada qalmamaq məqsədi ilə məhkəməyə müraciət etməli olmuşdur. Müstəqil tələb irəli sürən 3-cü şəxs X25 cavabdehlər Cavabdeh, Əliyeva Hökümə Fərman qızına, X21 qarşı «istifadə hüququnun tanınması, maneənin aradan qaldırılması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və əri İddiaçı Nzim oğlunun Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi sahə 117-də yerləşən tikiliyə istifadə hüquqlarının tanınması, qayulmuş maneənin aradan qaldırılması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X25 iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə İddiaçı ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və toy mərasimindən sonra mübahisəli Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi sahə 117 ünvanda yerləşən evə gəlin köçmüşdür. Onların birgə nikahlarından həmin evdə xx xxxx 2017-ci il tarixdə bir uşaqları anadan olmuşdur. Ona məxsus cehiz əşyaları da həmin evdə yerləşir. Hazırda onun, əri İddiaçı və azyaşlı X18 həmin evdə yaşamalarına İddiaçı valideynləri imkan vermirlər, maneələr törədirlər. Sonradan ona məlum olmuşdur ki, Gəncə şəhəri, Kəpəz rayonu Məhsəti qəsəbəsi sahə 117 ünvanda yerləşən torpaq sahəsi X6 adına olmuş, X12 xx xxxxxx 2017ci il tarixdə X21 etibarnamə vermişdir. Əri İddiaçı və onun sonradan İddiaçı valideynləri ilə aralarında olan mübahisəyə görə X9 şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, sahə 117 ünvanda yerləşən torpaq sahəsini xx.xx.2017-ci il tarixdə Əliyeva Hökümə Fərman qızının adına rəsmiləşdirmişdir. Hazırda onun qaynanası Maya Aslanova və qaynatası Cavabdeh onları Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, sahə 117 ünvanda yerləşən torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş tikilidə yaşamalarına imkan vermirlər. O, əri İddiaçı və azyaşlı uşağı Rəhman Aslanlı ilə birlikdə həmin mənzildə yaşamış, istifadə etmiş və evin yaxşı saxlanmasında, kommunal xərclərin ödənilməsində iştirak etmişlər. Hər iki iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X5 Nicat Nazim oğluna və X17 qarşı «mülkiyyətində olan bağ evinə köçürülmə, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə bağ evindən çıxarılması və onların əşyalarının evdən boşaldılararaq evi onun sahibliyinə qaytarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsini, onun mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Elçin Kərimov küçəsi 22 saylı bağ evinə köçürülməsini, cavabdehlər İddiaçı və X14 azyaşlı uşağı ilə birlikdə onun mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Elçin Kərimov küçəsi 22 saylı bağ evindən çıxarılmasını və onların əşyalarının mənzildən boşaldılaraq həmin mənzilin onun sahibliyinə və istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X27 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun oğlu, digər cavabdeh X25 isə gəlindir. Bildirir ki, cavabdeh İddiaçı 2012-ci ildən mübahisəli mənzildə yaşayır, xx xxxxxx 2016-cı il tarixdə isə X25 ilə rəsmi nikaha daxil olmuşdur. Elə həmin tarixdən də, A.Xurşudova həmin evə gəlin köçərək İddiaçıla birgə mübahisəli mənzildə yaşamışdır. Hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqları yoxdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri Şıxəli Qurbanov adına yoldaşlıq bağçılıq birliyi xx.xx.1997-ci il tarixli 117 saylı arayışında Kirovabad şəhəri X22 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 nömrəli qərarına əsasən X10 Kirovabad şəhəri, Gəc zavodu, 1A adlanan ərazidən 400.0 kv.m torpaq sahəsinin ayrıldığı bildirilmişdir və bağ evinin tikintisi üçün layihə verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən X6 adına xx.xx.2008-ci il tarixli rəy və xx.xx.2009-cu il tarixli A № 125771 saylı torpaq sahəsinin plan və ölçüsü sənədləri verilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu Məhsəti qəsəbəsi, sahə 117-də yerləşən 0.0392 ha yaşayış məntəqlərinin torpaqları təyinatlı torpaq sahəsi X6 adına qeydə alınmışdır və ona xx.xx.2017-ci tarixli çıxarış verilmişdir. xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasan bu torpaq sahəsi Əliyeva Hökümə Fərman qızına satılmışdır və ona xx.xx.2017-ci il tarixdə çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixdə Əliyeva Hökümə Fərman qızına həmin torpaq sahəsində yerləşən bağ evinə dair çıxarış verilmişdir. Bundan sonra isə bağışlanma müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə həmin mülkə dair ona çıxarış verilmişdir. Göründüyü kimi 2012-ci ildə İddiaçı və 2016-cı ildə Adilə Xurşudova mübahisəli mənzilə köçüb yaşadığı müddətdə mübahisəli mənzil dövlət qeydiyyatından keçməmiş, qeydiyyatdan keçdikdən sonra isə başqa şəxs Əliyeva Hökümə Fərman qızının adına olmuş (halbuki İddiaçı və Adilə Xürşudova onun ailə üzvü hesab edilmirlər), sonda həmin bağ evinə dair onun adına çıxarış verilmişdir. Həmçinin iddia ərizəsinə əlavə etdiyi arayışdan görünür ki, İddiaçı və Adilə Xürşudova mübahisəli mənzildə pasport qeydiyyatları yoxdur. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxs deyil, ilkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X25 isə onun ailə üzvü deyildir. Belə olan halda hesab edir ki, cavabdehlərin hazırda yaşadığı mülkiyyətində olan evə dair heç bir hüquqları olmadığından ilkin iddia üzrə iddianın təmin edilməsinə heç bir əsas yoxdur. Məhkəmə tərəfindən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə məhkəməyə ərizə verərək, X6, Əliyeva Hökümə Fərman qızının və Cavabdeh əsl cavabdeh X27 ilə əvəz edilməsini, Gəncə şəhəri, Kəpəz rayonu Elçin Kərimov küçəsi, 22 saylı evə dair onun azyaşlı övladı X26 ilə birlikdə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə qəsəbəsi, ev 19, mənzil 21-dair istifadə hüququmuzun verilməsi və həmin mənzilə küçürülməyə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan o ərizə və vəsatətlər verərək iddia tələbini dəqiqləşdirərək Əliyeva Hökümə Fərman qızını cavabdeh qismində cəlb edilməsi barədə, özünün, arvadının və övladının Gəncə şəhəri Məhsəti qəsəbəsi 117 ünvanda yerləşən evə istifadə hüququnun tanınması və həmin evə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə cavabdeh X12 vəfat etdiyindən, cavabdeh Əliyeva Hökümə Fərman qızı Gəncə şəhəri Məhsəti qəsəbəsi 117 ünvanda yerləşən evə dair mülkiyyət hüququnu itirdiyindən, eyni zamanda Cavabdeh da Gəncə şəhəri Məhsəti qəsəbəsi 117 ünvanda yerləşən evə dair mülkiyyətçi olmadığından onların əsl cavabdehlə əvəz edilməsinə və iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. İşə məhkəmədə baxılarkən müstəqil tələb irəli sürən üçüncü şəxs- qarşılıqlı iddia üzrə cavabdeh X25 iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə məhkəməyə ərizə verərək, Əliyeva Hökümə Fərman qızının və Cavabdeh əsl cavabdeh X27 ilə əvəz edilməsini, Gəncə şəhəri, Kəpəz rayonu Elçin Kərimov küçəsi, 22 saylı evə dair onun azyaşlı övladı X26 ilə birlikdə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X25 ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Cavabdeh, Əliyeva Hökümə Fərman qızına və X21 qarşı məhkəmədə iddia qaldıraraq övladı ilə birlikdə Gəncə şəhəri Kəpəz rayonu, Məhsəti qəsəbəsi 117 ünvanda yerləşən evə istifadə hüququnun tanınması, qoyulmuş maneənin aradan qaldırılması və həmin evə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə cavabdeh Əliyeva Hökümə Fərman qızı Gəncə şəhəri Məhsəti qəsəbəsi 117 ünvanda yerləşən evə dair mülkiyyət hüququnu itirdiyindən, eyni zamanda Cavabdeh da Gəncə şəhəri Məhsəti qəsəbəsi 117 ünvanda yerləşən evə dair mülkiyyətçi olmadığından onların əsl cavabdehlə əvəz edilməsinə və iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Hər iki iddia tələbinin dəqiqləşməsi barədə ərizə məhkəmə tərəfindən icraata qəbul edilmiş, X12, Əliyeva Hökümə Fərman qızı və Cavabdehlərin siyahısından çıxarılmışdır. Məhkəmə iclasında iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, 2012-ci ilədək atası Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ev 19, mənzil 21-də yaşamışdır və hazırda həmin mənzildə qeydiyyatdadır. Hazırda “Turan İnşaatda” fəhlə işləyərək ailəsini dolandırır, əlilliyi və xəstəliyi yoxdur. 2008-ci ilin iyun ayında Gəncə şəhəri, Sevinc qəsəbəsi 22-ci küçədə yerləşən torpaq sahəsini onun adına etibarnamə verilməklə X8 almışlar. Gələcəkdə ailə qurmaq məqsədi ilə həmin torpaq sahəsində evi 2008-ci ildən ailənin birgə vəsaiti hesabına inşa etdirməyə başlamışlar və həmin ev 2012-ci ilin yayında hazır olmuş, valideynləri ilə birlikdə həmin evə köçüb yaşamışlar. O, 2016-cı il tarixdə X25 ilə rəsmi nikaha girərək ailə qurmuş, hazırda ailəlidir və bir uşaqları vardır. Əvvəllər valideynləri ilə birlikdə yaşamışlar və münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmiş, 2016-cı ilin yayında valideynləri həmin mənzildən çıxıb getmişdir. Mübahisəli torpaq sahəsi onun adına etibarnamə ilə satılmışdır. Onun anası isə qərəzli şəkildə 2017ci ilin yanvar ayında həmin etibarnaməni torpağın sahibi tərəfindən ləğv etdirmiş, öz adına yeni etibarnamə almış, onun zəhmət və alın təri ilə qazandığı pullarla tikdirdiyi evin altındakı torpaq sahəsini qərəzli şəkildə onun xalası Əliyeva Hökümə Fərman qızının adına rəsmiləşdirilmiş, sonra xalası həmin evi anası Maya Aslanovaya bağışlamış və sonuncunun adına mülkiyyət hüququna dair çıxarış verilmişdir. Valideynləri ondan və ailəsindən bu soyuq qış aylarında mübahisəli mülkdən çıxmalarını və həmin torpağa dair heç bir tələb irəli sürməməsini tələb edirlər. Hazırda valideynləri ilə birlikdə yaşamaları mümkün deyildir və valideynlərinin özlərinin başqa yaşamaları üçün mənzilləri vardır. Məhkəmədən onun və X25 tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini, Gəncə şəhəri, Kəpəz rayonu Elçin Kərimov küçəsi, 22 saylı evə dair onun azyaşlı övladı X26 ilə birlikdə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs-qarşılıqlı iddia üzrə cavabdeh X25 iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, 2016-cı ildə İddiaçı ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və toy mərasimindən sonra mübahisəli Gəncə şəhəri, Kəpəz rayonu Elçin Kərimov küçəsi, 22 saylı evə gəlin köçmüşdür. Ona məxsus cehiz əşyaları da həmin evdə yerləşir. Onların birgə nikahlarından həmin evdə xx xxxx 2017-ci il tarixdə bir uşaqları anadan olmuşdur. Əvvəllər qaynanası və qayınatası ilə birlikdə yaşamışlar və münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmiş, 2016-cı ildə ərinin valideynləri həmin mənzildən çıxıb getmişdir. Hazırda onun və əri İddiaçı, azyaşlı X18 həmin evdə yaşamalarına ərinin valideynləri imkan vermirlər, maneələr törədirlər. Sonradan ona məlum olmuşdur ki, Gəncə şəhəri, Kəpəz rayonu Məhsəti qəsəbəsi sahə 117 ünvanda yerləşən torpaq sahəsi X6 adına olmuş, X12 xx xxxxxx 2017-ci il tarixdə X21 etibarnamə vermişdir. Əri İddiaçı valideynləri ilə aralarında olan mübahisəyə görə X9 şəhəri, Kəpəz rayonu Elçin Kərimov küçəsi, 22 saylı evi xx.xx.2017-ci il tarixdə Əliyeva Hökümə Fərman qızının adına rəsmiləşdirmişdir. Bundan sonra Əliyeva Hökümə Fərman qızı Gəncə şəhəri, Kəpəz rayonu Elçin Kərimov küçəsi, 22 saylı evi qaynanası X21 bağışlamış və Maya Aslanovanın adına mülkiyyət hüququna dair çıxarış verilmişdir. Həmin ev əri İddiaçı tərəfindən inşa edilmişdir, əri İddiaçı və azyaşlı uşağı Rəhman Aslanlı ilə birlikdə o həmin mənzildə yaşayır, istifadə edir və evin yaxşı saxlanmasında, kommunal xərclərin ödənilməsində iştirak edirlər. Hazırda onun və ailəsinin əri İddiaçı valideynləri ilə birlikdə yaşamaları mümkün deyildir və ərinin valideynlərinin özlərinin başqa yaşamaları üçün mənzilləri vardır. Məhkəmədən onun və İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini, Gəncə şəhəri, Kəpəz rayonu Elçin Kərimov küçəsi, 22 saylı evə dair onun azyaşlı övladı X26 ilə birlikdə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı və Adilə Xurşudovanın vəkili X33 hər iki iddia tələbinin dəlillərinə uyğun çıxış edərək, İddiaçı və Adilə Xurşudova tərəfindən verilmiş iddiaların təmin edilməsini və onların azyaşlı övladı X26 ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu Elçin Kərimov küçəsi, 22 saylı evə istifadə hüquqlarının tanınmasını, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında hər iki iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X27 qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu Elçin Kərimov küçəsində olan torpaq sahəsi onun və ərinin vəsaiti hesabına 2008ci ildə alınmış və öz vəsaitləri hesabına 22 saylı bağ evini inşa etməyə başlamışlar və ev 2012-ci ildə hazır olmuşdur. Cavabdeh İddiaçı 2012-ci ildən onunla birlikdə həmin evə köçərək yaşamağa başlamış və xx xxxxxx 2016-cı il tarixdə isə X25 ilə rəsmi nikaha daxil olmuş, elə həmin tarixdən də A.Xurşudova həmin evə gəlin köçərək onlarla birlikdə təxminən bir-iki ay yaşamışlar. Bir müddət sonra o Kərbəla ziyarətinə getmiş, qayıtdıqdan sonra əşyalarının həyətdə olduğunu görmüş və onunla ərini həmin evə buraxmamışılar. Onlarda məcbur olub digər oğlanlarının yaşadığı mənzilə getmişlər. Hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqları yoxdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri Şıxəli Qurbanov adına yoldaşlıq bağçılıq birliyi xx.xx.1997-ci il tarixli 117 saylı arayışında Kirovabad şəhəri X22 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 nömrəli qərarına əsasən X10 Kirovabad şəhəri, Gəc zavodu, 1A adlanan ərazidən 400.0 kv.m torpaq sahəsinin ayrıldığı bildirilmişdir və bağ evinin tikintisi üçün layihə verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən X6 adına xx.xx.2008-ci il tarixli rəy və xx.xx.2009-cu il tarixli A № 125771 saylı torpaq sahəsinin plan və ölçüsü sənədləri verilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu Məhsəti qəsəbəsi, sahə 117-də yerləşən 0.0392 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X6 adına qeydə alınmışdır və ona xx.xx.2017-ci tarixli çıxarış verilmişdir. xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasan bu torpaq sahəsi Əliyeva Hökümə Fərman qızına satılmışdır və ona xx.xx.2017-ci il tarixdə çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixdə Əliyeva Hökümə Fərman qızına həmin torpaq sahəsində yerləşən bağ evinə dair çıxarış verilmişdir. Bundan sonra isə bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə həmin mülkə dair onun adına çıxarış verilmişdir. Göründüyü kimi 2012-ci ildə İddiaçı və 2016-cı ildə Adilə Xurşudova mübahisəli mənzilə köçüb yaşadığı müddətdə mübahisəli mənzil dövlət qeydiyyatından keçməmiş, qeydiyyatdan keçdikdən sonra isə başqa şəxs Əliyeva Hökümə Fərman qızının adına olmuş (halbuki İddiaçı və Adilə Xurşudova onun ailə üzvü hesab edilmirlər), sonda həmin bağ evinə dair onun adına çıxarış verilmişdir. Həmçinin iddia ərizəsinə əlavə etdiyi arayışdan görünür ki, İddiaçı və Adilə Xürşudova mübahisəli mənzildə pasport qeydiyyatları yoxdur. İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxs deyil, ilkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X25 isə onun ailə üzvü deyildir. Belə olan halda hesab edir ki, cavabdehlərin hazırda yaşadığı mülkiyyətində olan evə dair heç bir hüquqları yoxdur. Hazırda aralarında barışıq əldə olunaraq oğlu və gəlini ilə birlikdə yaşamaları mümkün deyildir. Məhkəmədən İddiaçı və Adilə Xurşudova tərəfindən verilmiş iddiaların təmin edilməməsini, onun tərəfindən verilmiş qarşılıqlı iddianın təmin edilməsini, İddiaçı və X25 tərəfindən verilmiş iddiaların rədd edilməsini, cavabdehlər İddiaçı və X14 azyaşlı uşaqları X26 ilə birlikdə onun mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Elçin Kərimov küçəsi 22 saylı bağ evindən çıxarılmalarını və onların əşyalarının mənzildən boşaldılaraq həmin mənzilin onun sahibliyinə qaytarılmasını, onun mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Elçin Kərimov küçəsi 22 saylı bağ evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maya Aslanovanın vəkili X34 qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun çıxış edərək, qarşılıqlı iddianın təmin edilməsini, İddiaçı və X25 tərəfindən verilmiş iddiaların rədd edilməsini, cavabdehlər İddiaçı və X14 azyaşlı uşaqları X26 ilə birlikdə Maya Aslanovanın mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Elçin Kərimov küçəsi 22 saylı bağ evindən çıxarılmalarını və onların əşyalarının mənzildən boşaldılaraq həmin mənzilin Maya Aslanovanın sahibliyinə qaytarılmasını, Maya Aslanovanı mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Elçin Kərimov küçəsi 22 saylı bağ evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyeva Hökümə Fərman qızı ifadəsində bildirdi ki, Gəncə şəhəri Kəpəz rayonu Elçin Kərimov küçəsi 22 saylı bağ evinin yerləşdiyi torpaq sahəsi əvvəl onun adına sənədləşmiş və onun adına bağ evinə dair mülkiyyət hüququna dair çıxarış verilmişdir, bundan sonra o, həmin əmlakı bacısı X21 bağışlamışdır. İşin faktiki halı budur ki, bacısı öz vəsaiti hesabına qeyd edilən torpaq sahəsini alaraq onun adına sənədləşdirmiş, o bununla bağlı heç bir pul verməmiş və həmin torpaqda onun tərəfindən heç bir tikinti işləri aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh ifadəsində bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu Elçin Kərimov küçəsi, 22 saylı bağ evinin yerləşdiyi torpaq sahəsini 2008-ci ildə onun və arvadının vəsaiti hesabına alınmış və həmin ildən evin inşa edilməsinə başlanılmış və 2012-ci ildə hazır olmuşdur. Həmin evə o, arvadı Maya və oğlu İddiaçı 2012-ci ildə köçərək birlikdə yaşamışlar. xx xxxxxx 2016-cı il tarixdə oğlu Nicat X4 ilə rəsmi nikaha daxil olmuş, elə həmin tarixdən də A.Xurşudova həmin evə gəlin köçərək onlarla birlikdə təxminən bir-iki ay yaşamışlar. Bir müddət sonra gəlini və oğlu ilə aralarında mübahisə yarandığından arvadı Maya ilə digər oğlunun yanına getməyə məcbur olmuşlar. Hazırda aralarında barışıq əldə olunaraq oğlu və gəlini ilə birlikdə yaşamaları mümkün deyildir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz Rayonu, Məhsəti qəsəbəsi, sahə 117 ünvanında yerləşən mənzil X1 mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqısı müqaviləsi surətindən görünür ki, X3 tərəfindən Gəncə şəhəri, Kəpəz Rayonu, Məhsəti qəsəbəsi, sahə 117 ünvanında yerləşən mənzili 4000 (dörd min) manat qiymətində Əliyeva Hökümə Fərman qızına satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, sahə 117 ünvanında yerləşən torpaq sahəsi Gəncə şəhəri 3 saylı notariat kontorunun 5.12.2017-ci il tarixli, 4Ə-437 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X12 tərəfindən Əliyeva Hökümə Fərman qızına satılmış və ikincinin adına xx.xx.2017-ci il tarixli, **********21 reyestr nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz Rayonu, Məhsəti qəsəbəsi, sahə 117 ünvanında yerləşən mənzil Əliyeva Hökümə Fərman qızının mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********* qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Elçin Kərimov küçəsi, 22 nömrəli bağ evi X16 xüsusi mülkiyyəti olaraq qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Gəncə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X9 şəhəri, Kəpəz rayonu, Məhsəti ərazi dairəsi, Məhsəti qəsəbəsi, Elçin Kərimov küçəsi, 22 nömrəli ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 X48 İdarəsinin xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri Şıxəli Qurbanov adına yoldaşlıq bağçılığı birliyi xx.xx.1997-ci il tarixli 117 saylı arayışında Kirovabad şəhəri X22 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 nömrəli qərarına əsasən X10 Kirovabad şəhəri, Gəc zavodu, 1A adlanan ərazidən 400.0 kvm torpaq sahəsinin ayrıldığı bildirilmişdir və bağ evinin tikintisi üçün layihə verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən X6 adına xx.xx.2008-ci il tarixli TŞ-8-1001 saylı rəy və xx.xx.2009-cu il tarixli A № 125771 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, sahə 117-də yerləşən 0.0392 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır və ona xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 3 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli 4Ə-437 saylı alqı-satqı müqaviləsinə əsasən bu torpaq sahəsi Əliyeva Hökümə Fərman qızına satılmışdır və ona xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 DBLİ “Azərdövlətlayihə” Gəncə filialı tərəfindən Əliyeva Hökümə Fərman qızına göstərilən torpaq sahəsində inşa edilmiş bağ evinə eskiz-layihə verilmişdir. Əliyeva Hökümə Fərman qızına Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, sahə 117-də 0.039 ha torpaq sahəsində yerləşən bağ evinə (tikili “A”-da 41.6 kvm iki yaşayış otaqları, 52.0 kvm köməkçi sahə, tikili “B”-də 3.8 kvm sanitar qovşağı, tikili “C”-də 6.3 kvm əl damı, tikili ‘T’-də 61.0 kvm talvar) xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-3430 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mülk X21 bağışlanmışdır və ona xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Gəncə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X27, İddiaçı, X26, X30, X28, X31 və X11 şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 19, mənzil 21 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 X48 İdarəsinin xx.xx.2019-cu il tarixli, 68614 nömrəli texniki pasportun surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti ərazi dairəsi, Məhsəti qəsəbəsi, Elçin Kərimov küçəsi, ev 22 nömrəli bağ evinin hüquqi subyekti X27 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 7936/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X21 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti (Sevinc) qəsəbəsi 22-ci küçədə tikdirdiyi evə xərclədiyi 25353 manat məbləğində maddi ziyanın alınıb ona verilməsinə dair tələbi təmin edilməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs X14 cavabdeh X21 qarşı «azyaşlı övladı ilə birlikdə evə istifadə hüququnun tanınması» tələbinə dair iddiaları təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Məhkəmə tədqiqi zaman müəyyən edildi ki, Gəncə şəhəri Şıxəli Qurbanov adına yoldaşlıq bağçılığı birliyi xx.xx.1997-ci il tarixli 117 saylı arayışında Kirovabad şəhəri X22 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 nömrəli qərarına əsasən X10 Kirovabad şəhəri, Gəc zavodu, 1A adlanan ərazidən 400.0 kvm torpaq sahəsinin ayrıldığı bildirilmişdir və bağ evinin tikintisi üçün layihə verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən X6 adına xx.xx.2008-ci il tarixli TŞ-8-1001 saylı rəy və xx.xx.2009-cu il tarixli A № 125771 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, sahə 117-də yerləşən 0.0392 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır və ona xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 3 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli 4Ə-437 saylı alqı-satqı müqaviləsinə əsasən bu torpaq sahəsi Əliyeva Hökümə Fərman qızına satılmışdır və ona xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 DBLİ “Azərdövlətlayihə” Gəncə filialı tərəfindən Əliyeva Hökümə Fərman qızına göstərilən torpaq sahəsində inşa edilmiş bağ evinə eskiz-layihə verilmişdir. Əliyeva Hökümə Fərman qızına Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, sahə 117-də 0.039 ha torpaq sahəsində yerləşən bağ evinə (tikili “A”-da 41.6 kvm iki yaşayış otaqları, 52.0 kvm köməkçi sahə, tikili “B”-də 3.8 kvm sanitar qovşağı, tikili “C”-də 6.3 kvm əl damı, tikili ‘T’-də 61.0 kvm talvar) xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-3430 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mülk Əliyeva Hökümə Fərman qızı tərəfindən bacısı X21 bağışlamışdır və sonuncunun adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 2012-ci ilədək atası Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ev 19, mənzil 21də yaşamış və hazırda həmin mənzildə qeydiyyatdadır. Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, sahə 117-də yerləşən 0.0392 ha torpaq sahəsi faktiki olaraq X16 vəsaiti hesabına 2007-ci ildə alınmış, torpaq sahəsində evi 2008-ci ildən inşasına başlanılmış, ev 2012-ci ildə hazır olmuş və həmin vaxtdan X27, Cavabdeh və İddiaçı köçərək birlikdə yaşamışlar. İddiaçı 2016-cı il tarixdə X25 ilə rəsmi nikaha girərək ailə qurmuş və həmin tarixdən X25 həmin mənzilə gəlin köçərək yaşayır. X27 və əri Cavabdeh oğlu və gəlini ilə birlikdə qısa müddət birlikdə yaşadıqdan sonra ailə münasibətlərinin pisləşməsi səbəbindən digər oğullarının yaşadığı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ev 19, mənzil 21-ə köçməyə məcbur olmuşlar və hazırda həmin mənzildə yaşayırlar. Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti ərazi dairəsi, Məhsəti qəsəbəsi, Elçin Kərimov küçəsi, ev 22 nömrəli bağ evində hazırda İddiaçı, X25 və onların azyaşlı uşaqları X26 yaşayırlar. İddiaçı X21 qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti (Sevinc) qəsəbəsi 22-ci küçədə tikdirdiyi evə xərclədiyi 25353 manat məbləğində maddi ziyanın alınıb ona verilməsi tələbinə dair tələbi iddiası təmin edilməmişdir. Beləliklə müəyyən edilir ki, mübahisəli evlə bağlı hüquq münasibətləri 2012-ci ildən sonrakı tarixlərdə yaranmışdır. Mübahisəli Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti ərazi dairəsi, Məhsəti qəsəbəsi, Elçin Kərimov küçəsi, ev 22 nömrəli bağ evi xüsusi mülkiyyət hüququ əsasında X21 məxsusdur. O, hazırda İddiaçı anası, X19 isə qaynanasıdır. İddiaçı və X25 ilə X27 arasında evdən istifadə ilə bağlı hər hansı yazılı razılaşma mövcud deyildir və iddiaçıların istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı məlumat yoxdur. Buna görə də mübahisəli hüquq münasibətlərinə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tətbiq edilməsi istisna olunur. Tərəflər arasındakı hüquq münasibətləri x xxxxxxx 2009-cu il tarixdən sonra yarandığından hüquq münasibətlərinə Mülki Məcəllənin 228.5-ci maddəsi də tətbiq edilmir və bu mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən x xxxxxxx 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.3.-ci maddəsinə əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Həmin Məcəllənin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Şərh olunan normalardan göründüyü kimi X25 mübahisəli evin mülkiyyətçisi olan X16 gəlini olmaqla Mənzil Məcəlləsinin 30.1-ci maddəsində birbaşa nəzərdə tutulmuş ailə üzvlərindən heç biri deyildir. Həmçinin İddiaçı yetkinlik yaşına çatmış, ağır xəstəliyi və şikəstliyi olmamaqla əmək qabiliyyətli olmaqla “Turan İnşaatda” fəhlə işləyir. Eyni zamanda onlar, Ailə Məcəlləsinin 15-ci fəslində nəzərdə tutulmuş əsaslarla X15 özlərini saxlanmasını tələb etmək hüququna da malik deyildirlər. Bundan əlavə məhkəmə iclasında iş üzrə tərəflər bir mənalı qaydada bildirmişlər ki, onlar arasında olan hörmət itirilmiş, 2016-cı ildən ayrı yaşayırlar və birlikdə bir ailə üzvi kimi yaşamaları mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs X14 cavabdeh X21 qarşı «azyaşlı övladı ilə birlikdə evə istifadə hüququnun tanınması» tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan Hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Əmlak hüquqları sahiblik, istifadə və sərəncam hüquqları ilə yanaşı digər - ipoteka, servitut və digər hüquqlardan ibarətdir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bu baxımdan məhkəmə qarşılıqlı iddianı əsaslı hesab edərək qeyd edir ki, X16 cavabdehlər İddiaçı və X17 qarşı «mülkiyyətində olan bağ evinə köçürülmə, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə bağ evindən çıxarılması və onların əşyalarının evdən boşaldılararaq evi onun sahibliyinə qaytarılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, İddiaçı, X25 və azyaşlı uşaqları X26 onlara məxsus əşyalarla birlikdə X16 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Elçin Kərimov küçəsi 22 ünvanında yerləşən bağ evindən çıxarılmalı, X9 şəhəri Kəpəz rayonu Elçin Kərimov küçəsi 22 ünvanında yerləşən bağ evinə köçürülməklə sahibliyinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs X14 iddia tələbləri təmin edilmədiyindən, onlar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməlidir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı X16 iddia tələbi təmin edilməsinə baxmayaraq dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs X14 cavabdeh X21 qarşı «azyaşlı övladı ilə birlikdə evə istifadə hüququnun tanınması» tələbinə dair iddiaları təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı X16 cavabdehlər İddiaçı və X17 qarşı «mülkiyyətində olan bağ evinə köçürülmə, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə bağ evindən çıxarılması və onların əşyalarının evdən boşaldılararaq evi onun sahibliyinə qaytarılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı, X25 və azyaşlı uşaqları X26 onlara məxsus əşyalarla birlikdə X16 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Elçin Kərimov küçəsi 22 ünvanında yerləşən bağ evindən çıxarılsınlar. X9 şəhəri Kəpəz rayonu Elçin Kərimov küçəsi 22 ünvanında yerləşən bağ evinə köçürülməklə sahibliyinə verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2991/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2991/2020
25.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver