Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3007/2020 11.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikilinin səkidən götürülməsi tələbinə dair iddia ərizəsiüzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsiilə məhkəməyə müraciət edərək Cavabdeh mağaza budkasının onun Gəncə şəhəri, Vaqif küçəsi, 57 nömrəli evinin qarşısından götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, izahatında göstərdiki, Cavabdeh pavilion tipli mağaza budkası onun Gəncə şəhəri, Vaqif küçəsi, 57 ünvanında yerləşən evinin qarşısında yerləşir, həm 2 metr onun torpaq sahəsinə girmiş, həm də səkinin böyük hissəsini tutmuşdur. 6 pəncərənin qabağı qaranlıq və havasızdır, budka ilə evinin pəncərələrinin ara sahəsi nəmişli və kiflidir, demək olar ki, heç vaxt tam qurumur. O yerin görünüşü ümumiyyətlə əcaibdir, baxan üçün ikrah hissi yaradır. Budka evinin 6 ədəd pəncərəsinin təbii işığını və havasını kəsdiyi üçün xüsusilə xəstə həyat yoldaşı normal hava ala bilmir, əziyyət çəkir. Səkidə yaşayış və qeyri-yaşayış sahəsi ola bilməz, bu birmənalıdır. Cavabdeh torpağını və səkini tutduğu üçün kompensasiya kimi ona hər ay 50 manat təklif etmişdi. O, təklifi rədd edib, həmin yerə qanunsuz qoyulmuş budkasının götürülməsində israrlı olveileh. Buna görə də uzun illərdir ki, budkasını səkidən və torpağından çıxaracağına söz verməsinə baxmayaraq , məsələni yubatmışdır. Gəncə şəhər DTİ və MHQİ-dən rəy alınmışdır. Həmin idarənin xx.xx.2001-ci il tarixli arayışməktubundan görünür ki, arxivə görə onun evi 1939-cu ildə tikilərkən 4 metr enində 65,2 metr uzununda torpaq sahəsi küçə tərəfdə qalmışdır. Cavabdehin budkası məhz həmin sahədə və küçənin səki hissəsində yerləşdirilmişdir. Həmin mağaza xx.xx.2001-ci il tarixdə cavabdehin özü eləcə də qohumları hazırda mərhum X1, X4 və X2 tərəfindən özəlləşdirilmişdir.İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X9 iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, hazırki mübahasəli ticarət köşkü 1960-cı ildən həmin ünvanda fəaliyyət göstərmişdir. 2001-ci ildə özəlləşmə zamanı həmin köşkü alqı-satqı yolu ilə əldə edərək mülkiyyət hüququ qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İddiaçı hələ hazırki yaşadıqları evi almamışdan əvvəl həmin köşk 1960-cı ildən yerində fəaliyyət göstərmişdir. Aralarında olan mübahisə ilə bağlı icra hakimiyyətinin nümayəndələri yerli baxış keçirmiş. Baxış zamanı onun istifadəsində və mülkiyyətində olan ticarət köşkünün iddiaçının yaşadığı evə heç bir maneəsi olmadığı müəyyən olunmuşdur.İddiaçı ilə birlikdə onun da mülkiyyət hüququnun dövlət tərəfindən qorunduğunu göstərərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.1987-ci il tarixli, 704 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Vaqif küçəsi, 57 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət X3 xx.xx.2020-ci il tarixli, xx/xx-02648 nömrəli məktubdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin qarşı tərəfindən 2 metr aralı məsafədə ticarət köşkü yerləşməsi və yaşayış evi ilə ticarət köşkünün yanğına qarşı ara məsafəsinin gözlənilməməsi müəyyən olunmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Kəpəz Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 04/190 nömrəli verilmiş məktubdan görünür ki, Gəncə şəhəri Vaqif küçəsi 55-də yerləşən 273 saylı ərzaq malları mağazasının yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid deyil və əmlak torpaq vergi ödəyicisi kimi qeydiyyata götürülməmişdir. xx.xx.2001-ci il tarixli, 001079 nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki,Gəncə şəhəri Vaqif küçəsi 55-də yerləşən 273 saylı ərzaq malları mağazası Cavabdeh və qeyriləri tərəfindən birgə satın alınmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 153.3-cü maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı hazırki mülkiyyətində olan fərdi yaşayış evini hələ əldə etməmişdən əvvəl cavabdehin mülkiyyətində olan ticarət köşkü 1960-cı ildən fəaliyyət göstərmiş və özəlləşmə aparılan zaman cavabdehə və digər paycılara satılaraq mülkiyyət hüquqları tanınmışdır. İddiaçı iddia etmişdir ki, cavabdehə məxsus ticarət köşkü onun mülkiyyətində olan evin qarşısında yerləşdirilməklə, mülkiyyətindən dinc istifadə etməsinə maneçilik törədir. Cavabdeh tərəf isə iddia tələbini mübahisələndirərək iddiaçının mübahisəli fərdi yaşayış evini əldə etməmişdən əvvəl 1960cı ildən ticarət köşkünün fəaliyyət göstərdiyini və mülkiyyətində olmaqla eyni ilə onun da mülkiyyət hüququnun qorunduğunu göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə araşdırılmış sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, əsas insan və vətəndaş hüquqları və azadlıqlarından bəhs edən Azərbaycan Respublikasının Kostitusiyasından görünür ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı hazırki fərdi yaşayış evini əldə edərkən mübahisələndirdiyi ticarət köşkü mülkiyyətində olan fərdi yaşayış evini əldə etməmişdən əvvəl mövcud olmuş və mövcud vəziyyətdə də qəbul etmişdir. X8 Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Lakin işin hazırki vəziyyətindən görünür ki, iddiaçının mülkiyyət hüququ mövcud olsa da hazırki tələbi qarşı tərəfin mülkiyyt hüququnun pozulmasına yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı tikilinin səkidən götürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı ticarət köşkünün (mağaza budkasının) Gəncə şəhəri, Vaqif küçəsi, 57 nömrəli evin qarşısından götürülməsi tələbinə dair iddiası əsassız olduğundan rədd olunsun. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3007/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3007/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver