Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3034/2021 12.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair ərizəsininin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1979-cu ildə Ermənistan, Amasya rayonunda doğulmasının qeydə alınması faktı müəyyən edilməklə, doğum akt qeydində, adının - "Ərizəçi", doğum tarixinin – “xx.xx.1979-cu il”, doğum yeri – “Ermənistan, Amasya rayonu”, valideynləri qrafasında uşağın atası – “X2”, milliyyəti azərbaycanlı, uşağın anası – “X1”, milliyyəti azərbaycanlı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəçi lazımi sənədləri əldə etməsi üçün Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə və ya başqa orqanlara müraciət etməsinə dair heç bir sənədi ərizəsinə əlavə etməmiş, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Ərizəçi yalnız Maraqlı şəxsnə müraciət etməklə kifayətlənmiş, lazımi sənədlərin ərizəçinin ala bilməməsini və ya doğum akt qeydinin mövcud olma ehtimalını araşdırmadan məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəyə əlavə edilmiş, Maraqlı şəxs 28.07.2021-ci il tarixli, 76 nömrəli məktubundan görünür ki, Ərizəçi doğumunun bərpası ilə bağlı lazımı sənədlər təqdim edə bilmədiyindən ərizənin təmin edilməsi imkan xaricində olduğu bildirilmişdir. Bununla da müəyyən olunur ki, Ərizəçi yalnız Maraqlı şəxsnə doğum akt qeydinin bərpa ilə müraciət etmiş, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə və ya digər təşkilatlara müraciət etməsinə dair heç bir sənədi ərizəsinə əlavə etməmiş, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünə dair sübutları təqdim etməmişdir. Həmin Məcəllənin 149.2.4.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.4.-ci maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1 və 152.1.6.-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3034/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3034/2021
12.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver