Məhkəmə qərarları › İş №2(043)-3046/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3046/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3046/2020 26.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, X6 Rayon Məhkəməsinin hakimi Tağıyev Cavid Tahir oğlu, İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi Tabeliyində Dövlət X4 X5 X6 rayon filialının Cavabdeh qarşı “təyin olunmuş 1-ci qrup əlilə qulluq üçün təqaüddən artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi Tabeliyində Dövlət X4 X5 X6 Rayon Filialı məhkəməyə müraciət edərək Cavabdeh 700.0 manat vəsaitin alınaraq iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1 qrup əlilə qulluğa görə təqaüd ödənilmişdir. Azərbaycan Respublikası Əmək Və X2 Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına vətəndaşın qulluq etdiyi X1 əlilliyi etibarsız edilmiş və nəticədə 700.0 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. Yaranmış 700.0 manat vəsaitin Dövlət X4 X5 Gəncə şəhər Kəpəz rayon filialının hesabına qaytarılması haqda Cavabdeh bildiriş göndərilmişdir. Lakin artıq ödənilmiş 700.0 manat məbləğin bərpası təmin edilməmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 1.1 və 1.2-ci maddələrinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 14.1.4.-cü bəndində Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin Dövlət X4 və onun yerli bölmələri inzibati orqanların sırasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 67.1 və 67.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçı inzibati orqan tərəfindən xx.xx.2018-ci il tarixdə cavabdeh barəsində əlverişli inzibati akt qəbul edilərək ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə həmin inzibati akt inzibati orqanın özü tərəfindən qanunsuz hesab edilərək ləğv edilmişdir. İnzibati icraat haqqında Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Qanunun 82.1 və 82.2-ci maddələrinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Qeyd olunan maddələrdən göründüyü kimi inzibati orqan tərəfindən əlverişli inzibati aktın qanunsuz hesab edilərək ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallarda maraqlı şəxs üçün həmin əlverişli inzibati akt nəticəsində əldə etdiklərini qaytarmaq vəzifəsi yaradır. İddiaçının bu qanunun 82.1 və 82.2-ci maddələrinə uyğun olaraq əsassız əldə edilmiş pul vəsaitinin geri qaytarılması barədə inzibati akt qəbul etmək və həmin aktın “İcra haqqında” Qanuna uyğun olaraq icra edilməsi üçün göndərmək səlahiyyətlərinə malikdir. Buna görə də hazırkı iddiaya məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və AR MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi Tabeliyində Dövlət X4 X5 X6 Rayon Filialının Cavabdeh qarşı “təyin olunmuş 1-ci qrup əlilə qulluq üçün təqaüddən artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində X6 Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar