Məhkəmə qərarları › İş №2(043)-3107/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3107/2021

04.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3107/2021 04.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mülkdən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «mülkdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən mülkdən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında işə baxılarkən müəyyən edildi ki, mübahisə edilən əmlak Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsində (keçmiş institut qəsəbəsi) yerləşməsi göstərilməsinə baxmayaraq, qeyd edilən əmlak Samux rayonu ərazisində yerləşir və verilmiş iddia fərdi yaşayış evindən çıxarılma ilə əlaqədardır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi İddiaçı tam xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi (vəkili) X2 mülki işin Samux Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh fərdi yaşayış evi Samux rayonu ərazisində yerləşdiyindən mülki işin baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mülkdən çıxarılma» dair mülki işə Samux Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd edilən maddələrin tələblərindən göründüyü kimi, məhkəmədə aidiyyət məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməli, mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin istifadəsindən geri tələb edilən torpaq sahəsi məhz Samux rayonunun inzibati ərazisinə aid olması müəyyən edildiyindən, iddiaya müstəsna aidiyyət qaydalarına görə mübahisəli torpaq sahəsinin yerləşdiyi yer üzrə Samux Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «mülkdən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar