Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3138/2020 21.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktlarındakı qeydin düzgün olmamasının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək qızı X1 doğum haqqında şəhadətnaməsində onun doğum tarixinin səhvən xx xxx 2003-cü il tarix əvəzinə xx xxxxxx 2003-cü il tarix kimi göstərildiyini bildirmişdir. Ərizədə qeyd olunur ki, X4 xx xxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Lakin Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsindən verilmiş doğum haqqında şəhadətnamədə onun doğum tarixi səhvən xx xxxxxx 2003-cü il tarix kimi qeyd edilmişdir. Ərizəçi doğum akt qeydinə düzəliş edilməsi barədə Kəpəz Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də bundan imtina edilmişdir. Buna görə də X1 doğum tarixinin xx xxx 2003-cü il olmasının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi və maraqlı şəxs Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Ərizəçinin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsinin rəisi Səbinə Əhmədova məhkəməyə ərizə ünvanlayaraq ərizə ilə bağlı rəy və etirazlarının olmadığını bildirmiş, iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş, ərizəçinin nümayəndəsi X2 ərizəni müdafiə edərək bildirmişdir ki, Ərizəçi onun qızı, Bədirbəyli Zərifə isə nəvəsidir. Zərifə xx xxx 2003-cü il tarixdə Bakı şəhərində X9 doğulmuş, lakin həmin vaxt başları qarışıq olduğundan uşağa doğum haqqında şəhadətnaməni təxminən 1 il sonra, yəni xx xxxx 2004-cü ildə almışdırlar. Doğum haqqında şəhadətnamədə səhvən uşağın doğum tarixi xx xxxxxx 2003-cü il göstərilmişdir. Əvvəllər bu səhvə elə də diqqət yetirməmişlər, hazırda isə uşağın təhsil sənədləri ilə əlaqədar problem yarandığı üçün həmin səhvin düzəldilməsi zəruridir. Məhkəmə ərizənin dəlillərini, ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini, eləcə də iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Ərizəçi onun qızı, Bədirbəyli Zərifə isə onun nəvəsidir. Kəmalənin Leyla, Amin, Mayıl və Zərifə adlı dörd uşağı var. Mayıl xx.xx.2000-ci il, Leyla xx.xx.2002-ci il, Amin xx.xx.2010-cu il tarixlərdə doğulmuşdur. Nəvəsi Zərifə xx xxx 2003-cü il tarixdə Bakı şəhərində X9 doğulmuşdur. Həmin vaxt başları qarışıq olduğundan uşağa doğum haqqında şəhadətnaməni təxminən 1 il sonra, yəni xx xxxx 2004cü ildə almışdırlar. Doğum haqqında şəhadətnamədə səhvən uşağın doğum tarixi xx xxxxxx 2003cü il göstərilmişdir. Onlar həmişə Zərifənin doğum gününü 1 may tarixində qeyd ediblər. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Ərizəçi onun ərinin dayısının gəlinidir. Kəmalənin Leyla, Amin, Mayıl və Zərifə adlı dörd uşağı var. Zərifə xx xxx 2003-cü il tarixdə doğulmuşdur. Digər uşaqların da doğum tarixlərini bilir, Mayıl xx.xx.2000-ci il, Leyla xx.xx.2002-ci il, Amin xx.xx.2010-cu il tarixlərdə doğulmuşdur. Çünki, adətən birbirilərinin uşaqlarının doğum günü məclislərində iştirak edirlər. Dəfələrlə 1 may tarixində Zərifənin doğum günü məclislərində iştirak edib. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Kəmalənin Leyla, Amin, Mayıl və Zərifə adlı dörd uşağı var. Zərifə xx xxx 2003-cü il tarixdə doğulmuşdur. Qonşu kimi bir neçə dəfə 1 may tarixində Zərifənin doğum günü məclislərində iştirak edib. Ümumiyyətlə isə Zərifənin qış fəslində doğulmadığını dəqiq bilir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, Ərizəçi onun ərinin bibisinin gəlinidir. Kəmalənin Leyla, Amin, Mayıl və Zərifə adlı dörd uşağı var. Zərifə xx xxx 2003-cü il tarixdə doğulmuşdur. Dəfələrlə 1 may tarixində Zərifənin doğum günü məclislərində iştirak edib. İş materiallarına əlavə olunmuş, Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsindən təkrar verilmiş xx xxxxxx 2009-cu il tarixli AZ-İİ № 191492 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulması doğum akt qeydləri kitabında xx xxxx 2004-cü il tarixdə 877 nömrə ilə qeyd edilmişdir. İş materialların əlavə edilmiş, Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, 51 nömrəli məktubdan görünür ki, ərizəçinin övladı X1 doğum tarixinin xx.xx.2013-cü il tarixdən xx.xx.2003-cü il tarixə dəyişdirilməsi səlahiyyətlərinə aid olmadığından ərizənin təmin edilməsinin imkan xaricində olması göstərilmişdir. Məhkəmənin sorğusu əsasında Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsindən məhkəməyə göndərilmiş X1 doğumu haqqında akt qeydindən görünür ki, həmin akt qeydi xx xxxx 2004-cü il tarixdə 877 nömrə ilə qeyd edilmişdir. Uşağın doğumunu təsdiq edən sənəd Bakı şəhəri Təsərrüfat hesablı X3 xx.xx.2003-cü il tarixdə verilmişdir. Məhkəmənin sorğusuna Mərkəzi Klinikadan verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 36717 saylı məktubdan görünür ki, Ərizəçi Mərkəzi Klinikanın doğum şöbəsinə müraciət etməsi barədə heç bir arxiv sənədi müəyyən edilməmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 034 saylı cavab məktubunda doğum haqqında məlumatlar və arxiv sənədlərinin İnformatika və Statistika İdarəsində olmadığından doğuşun baş verdiyi ehtimal olunan müəssisəyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ərizəçi uşağı X1 doğum akt qeydində doğum tarixinin yanlış qeyd edildiyini bildirir. Məhkəmə araşdırması zamanı həmin doğum akt qeydinin Bakı şəhərində yerləşən X7 xx.xx.2003cü il tarixdə verilmiş doğuşu təsdiq edən sənəd əsasında xx xxxx 2004-cü ildə aparıldığı müəyyən edilmişdir. Lakin verilmiş sorğular nəticəsində həmin sənəd barədə məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında dinlənilmiş şahidlərin bir-biri ilə üst-üstə düşən ifadələri ilə X1 xx xxx 2003-cü il tarixdə doğulduğu müəyyən edilmişdir. Maraqlı şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi doğum akt qeydlərində düzəliş edilməsindən imtina etmişdir. Lakin, hüquq haqqında hər hansı mübahisə aşkar edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 xx xxxx 2004-cü ildə 877 nömrə ilə qeyd edilmiş doğum akt qeydində doğulduğu tarixin yanlış qeyd edilməsi, X1 doğum tarixinin xx xxx 2003-cü il olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsində xx xxxx 2004-cü ildə 877 nömrə ilə qeyd edilmiş doğum akt qeydində xx xxxxxx 2003-cü il kimi qeyd edilmiş doğum tarixinin düzgün olmadığı, X1 doğum tarixinin xx xxx 2003-cü il olması müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3138/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3138/2020
21.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver