Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3165/2021 21.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ebru və Ömər adlı uşaqları və bütün əşyaları ilə birgə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi 3-cü döngə ev 03, mənzil 41-dən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri. Kəpəz rayonu, N.Nərimanov küçəsi 3-cü döngədə 03 saylı binanın 41 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların döv lət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 sentyabr 2009-cu il tarixdə qeydiyyata alınmaqla verilmiş MH seriyalı ******* nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. O, həmin mənzili 19 avqust 2019-cu il tarixdə X5 alqı-satqı müqaviləsi əsasında almışdır. İddiaçı 2010-cu ildə oğlu X3 toy edərək keçmiş gəlini Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi 3-cü döngədə 03 saylı binanın 41 saylı mənzilinə gəlin gətirmişdir. Onun oğlu və gəlini həmin mənzildə və Rusiya Federasiyasında yaşamışlar. Oğlu Rakiflə keçmiş gəlini Əsmərin xasiyyəti tutmadığı üçün onların aralarında olan nikah Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli 2(043)-2532/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda oğlu Rakif Rusiya Federasiyasındadır. Onların nikahı pozulmasına baxmayaraq, İddiaçı keçmiş gəlini Əsmər onun mülkiyyətimdə olan Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi 3-cü döngədə 03 saylı binanın 41 saylı mənzilini könüllü olaraq tərk etmir. İddiaçı keçmiş gəlini Cavabdeh onun mülkiyyətində olan mənzildən çıxmasını bildirsə də Cavabdeh İddiaçı sözlərinə əhəmiyyət verməyərək onun mülkiyyətində olan mənzildən çıxmır. Cavabdeh İddiaçı mülkiyyətində olan mənzildən çıxmamaqla İddiaçı mülkiyyət hüquqlarını pozur. İddiaçı keçmiş gəlini Cavabdeh mülkiyyətində olan evdən başqa cürə çıxarda bilmədiyi üçün məcbur olub hazırki idddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, Cavabdeh Ebru və Ömər adlı uşaqları və bütün əşyaları ilə birgə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi 3-cü döngə ev 03, mənzil 41-dən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi 3-cü döngə ev 03, mənzil 41 onun qayınanası İddiaçı adınadır. O həmin evə gəlin köçmüş və cehizlərini həmin mənzilə yerləşdirmişdir. İddiaçının oğlu ilə onun arasında bağlanılmış nikah məhkəmə qaydasında pozulmuşdur. O əşyalarını aparmağa yeri olmadığı üçün bir hissəsini satmış, hir hissəsi isə həmin evdə qalmışdır. O istəyir ki, həmin əşyaları satdıqdan sonra mənzili tərk etsin. Ona bir ilədək müddət verilərsə əşyalarını satıb həmin mənzildən çıxarar. Müvəqqəti olaraq valideynlərinin yanında yaşayır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın 19.08.2019-cu il tarixli AN-1 ******* nömrəli notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin surətindən görünür ki, X12 iki otaqlı, yaşayış sahəsi – 31,4 kvm, köməkçi sahə - 13,5 kvm, ümumi sahə - 44,9 kvm olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman ünvan 1 ünvanında yerləşən yaşayış mənzili İddiaçı qızına 14.000 (on dörd min) manata satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, X6 ondan ötrü ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov küçəsi 3-cü döngədə istifadədə o 0.0612 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində, 44.9 kv.m ümumi, 31.4 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 41 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 122 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(043)-2532/2021 saylı qətnamənin surətindən görünür ki, iddiaçı X8 ilə Cavabdeh arasında Rusiya Federasiyası Kostroma vilayəti Kostroma Bələdiyyə rayonu üzrə VVAQ şöbəsində 31 avqust 2010-cu il tarixdə, 145 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, 20 aprel 2011-ci il təvəllüdlü X11 və 17 sentyabr 2014-cü il təvəllüdlü X13 nikah pozulduqdan sonra Cavabdeh yanında qalmaları, X1 20 aprel 2011-ci il təvəllüdlü X11 və 17 sentyabr 2014-cü il təvəllüdlü X9 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 130 (bir yüz otuz) olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində atiment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 02.09.2009-cu il tarixdən İddiaçı adına rəsmiləşdirilmiş və yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh Cavabdeh ilə İddiaçı oğlu X8 ilə nikahlarını rəsmi qeyd etdirməklə 31.08.2010-cu ildə ailə qurmuşlar. Onların birgə nikahından iki övladları doğulmuşdur. Ailə qurduqdan sonra cavabdeh qayınanası olan iddiaçı Cavabdeh məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi, 3-cü döngə, ev 3, 41 saylı mənzilə köçmüşdür. Daha sonra ailə münasibətləri baş tutmadığından iddiaçının oğlu ilə cavabdehin arasında olan nikah pozulmuş və faktiki olaraq ayrılmış, lakin cavabdeh həmin mənzildən çıxıb getməmiş və iddiaçıya məxsus evdə yaşamağa davam etmişdir. İddiaçı Cavabdeh Ebru və Ömər adlı uşaqları və bütün əşyaları ilə birgə onun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi 3-cü döngə ev 03, mənzil 41-dən məcburi qaydada çıxarılmasını xahiş edir. Cavabdeh isə iddia tələbinin əsassız olduğundan təmin edilməməsini, mənzildən çıxması üçün ona bir vaxt verilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edib onlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh 31.08.2010-cu il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə quraraq mübahisəli yaşayış sahəsinə köçmüşdür. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ 02.09.2009-cu il tarixdən İddiaçı oğlunun adına qeydə alınmışdır. Yaşayış sahəsinin mülkiyyət forması 2009-ci ildən dəyişdiyindən və tərəflər arasında münasibət 2010-cu ildə yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı göstərilənlər də əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 9-cu maddəsinə görə mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Həmin Məcəllənin 29.1-ci maddəsinin tələbinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, hazırda Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi, 3-cü döngə, ev 3 ünvanında yerləşən 41 saylı mənzilin mülkiyyətkisi İddiaçıdır, Cavabdeh onun ailə üzvü olmamaqla, iddiaçının iradəsinə zidd olaraq həmin mənzildə yaşayır. İddiaçı mülkiyyətində olan mənzildən cavabdeh İddiaçı istifadə etməsinə razı olmadığından onun iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10,0 (on) manat dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Ebru və Ömər adlı azyaşlı uşaqları və bütün əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi 3-cü döngə ev 03, mənzil 41-dən məcburi qaydada çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3165/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3165/2021
21.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver