Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3179/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı və cavabdeh «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı tətbiq edilmiş cərmənin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən tətbiq edilmiş cərimənin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək bildirmişlər ki, öz aralarında razılığa gəlmişlər. Belə ki, İddiaçı iddia tələbini dəyişərək cavabdeh “xxxx” ASC-yə qarşı CavabdehAçıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş akta əsasən tətbiq edilmiş cərimənin azaldılaraq 1000 (bir min) manat məbləğində müəyyən edilməsinə razılıq verir və həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə götürür. Cavabdeh “xxxx”ASC-nin iş üzrə səlahiyyətli nümayəndəsi X2 İddiaçı barəsində “EEİQ”-nin pozulmasına dair tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, NDQ №007674 saylı akta əsasən sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyinə görə hesablanmış 365 gün üçün 2246.94 (iki min iki yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğin yuxarıda göstərilən qaydada azaldılaraq 1000 (bir min) manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək. Həmçinin cavabdeh “xxxx” ASC-nin iş üzrə etibarnamə ilə nümayəndəsi X2 İddiaçı barəsində “EEİQ”-nin tələbinə uyğun olaraq tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, NDQ № 007674 nömrəli akt əsasən hesablanmış 2246.94 (iki min iki yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğdən qalan 1246.94(bir min iki yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğin İddiaçı **********9 saylı istehlakçı kodundan silinməsini öhdəsinə götürür.İş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, MPM-in 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 267- 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı tətbiq edilmiş cərmənin azaldılması tələbinə dair iddia ərizəsi üzrə aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin. İddiaçı iddia tələbini dəyişərək cavabdeh “xxxx” ASC-yə qarşı CavabdehAçıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş akta əsasən tətbiq edilmiş cərimənin azaldılaraq 1000 (bir min) manat məbləğində müəyyən edilməsinə razılıq verir və həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə götürür. Cavabdeh “xxxx”ASC-nin iş üzrə səlahiyyətli nümayəndəsi X2 İddiaçı barəsində “EEİQ”-nin pozulmasına dair tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, NDQ №007674 saylı akta əsasən sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyinə görə hesablanmış 365 gün üçün 2246.94 (iki min iki yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğin yuxarıda göstərilən qaydada azaldılaraq 1000 (bir min) manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək Cavabdeh “xxxx” ASC-nin iş üzrə etibarnamə ilə nümayəndəsi X2 İddiaçı barəsində “EEİQ”-nin tələbinə uyğun olaraq tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, AKT NDQ № 007674 nömrəli akt əsasən hesablanmış 2246.94 (iki min iki yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğdən qalan 1246.94(bir min iki yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğin İddiaçı **********9 saylı istehlakçı kodundan silinməsini öhdəsinə götürür Tərəflər arasında bağlanmış həmin barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3179/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3179/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver