Məhkəmə qərarları › İş №2(043)-318/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-318/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-318/2021 31.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X12 və vəkili X5, ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın ½ hissədə paylarının müəyyən edilməsi tələbinə, ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın ¼ hissədə cavabdehin, ¾ hissədə isə onun payının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 9 nömrəli evin 60 saylı mənzilindən 1/2 hissədə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 9 nömrəli evin 60 saylı mənzilindən ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1/4 hissədə, onun isə 3/4 hissədə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X18 ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, tərəflər xx xxxxxxx 1993-cü il tarixdə ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.1994-cü ildə Nərgiz, xx.xx.1995-ci il tarixdə Leyla, xx.xx.2001-ci il tarixdə Jalə, xx.xx.2007-ci il tarixdə Polad adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bu səbəbdən də birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 60 saylı mənzilin aralarında bölünməsinə ehtiyac yaranmışdır. Belə ki, tərəflər həmin mənzili Gəncə şəhəri “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2014-cü il tarixli 4Ə-2-388 saylı alqı-satqı müqaviləsinə əsasən birgə nikah dövründə almışlar. Həmin mənzil cavabdehin adına qeydə alınmışdır . Ancaq həmin mənzilin alınmasında oğlu İddiaçı xərc çəkmişdir. İlkin iddianın təmin olunmasını və qarşılıqlı iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X8 ilkin iddianı müdafiə edərək təmin olunmasını və qarşılıqlı iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı ilə ailə qurarkən ilk olaraq Gəncə şəhəri Nərimanov prospektində 140 nömrəli evin 7 saylı mənzilini almışlar. Həmin evi təmir edərək satmışlar və Samux rayonu Bağbanlar qəsəbəsində fərdi yaşayış evi almışlar. Həmin fərdi yaşayış evini satıb Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 22 nömrəli evin 52 nömrəli 1 otaqlı mənzilini alaraq, həmin mənzili kirayə verib anasının Gəncə şəhəri, İ.Məmmədov küçəsində yerləşən 84 nömrəli fərdi yaşayış evində yaşamışlar. Anası həmin fərdi yaşayış evini ona və bacısı Azadəyə vəsiyyət etmişdir. Anası öləndən sonra İddiaçılə belə razılığa gəlmişlər ki, anasından miras qalmış fərdi yaşayış evindən bacısı Azadəyə çatası miras payın əvəzinə kirayəyə verdikləri Fikrət Əmirov küçəsi, 22 nömrəli evin 52 nömrəli 1 otaqlı mənzilini bacısı Azadəyə versinlər və anasından miras qalmış fərdi yaşayış evi bütövlükdə onlara qalsın. Buna görə Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 22 nömrəli evin 52 nömrəli 1 otaqlı mənzilini bacısı Azadə Namazovaya vermişlər. Bir müddət sonra anasından miras qalmış Gəncə şəhəri, İ.Məmmədov küçəsində yerləşən 84 nömrəli fərdi yaşayış evini sataraq hazırki mübahisələndirilən Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi 9 nömrəli evin 60 saylı 3 otaqlı mənzilini almışlar. Anasından miras qalan fərdi yaşayış evinin 1\2 hissəsi vərəsəlik qaydasında əvəzsiz olaraq ona keçdiyindən və 1\2 hissəsinin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 22 nömrəli evin 52 nömrəli 1 otaqlı mənzili ilə əvəzləşdirərək əldə etdikləri üçün hesab edir ki, anasından miras qalmış fərdi yaşayış evinin yalnız ½ hissəsi birgə nikah dövründə əldə edilmiş əmlaka daxil olur. Ona görə də ilkin iddiaçının payı 1/2 hissədə deyil ¼ hissədə müəyyən edilməlidir. İlkin iddianın qismən təmin olunmasını, qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etdi. lkin iddia üzrə İddiaçı məhkəməyə yazılı izahat göndərərək, izahatında göstərmişdir ki, cavabdehlə ailə qurarkən cavabdeh onun atasının evinə gəlin köçmüşdür. Atası evini satmaq istədiyi üçün onlara 8500 ABŞ dolları pul vermişdir. Onlar həmin pulu alıb cavabdehin anası Nəzakət İbrahimovaya məxsus Gəncə şəhəri, İ.Məmmədov küçəsi, 84 nömrəli evə köçmüşlər. O Rusiya Federasiyasına gedib oradan cavabdehə ev almaq üçün pul göndərmiş, cavabdeh Gəncə şəhəri Nərimanov prospektində 140 nömrəli evin 7 saylı mənzilini almışdır. Həmin mənzili təmir edərək satmışlar və Samux rayonu Bağbanlar qəsəbəsində fərdi yaşayış evi almışlar. Həmin fərdi yaşayış evini satıb Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 22 nömrəli evin 52 nömrəli 1 otaqlı mənzilini alaraq, həmin mənzili kirayə verib cavabdehin anasının Gəncə şəhəri, İ.Məmmədov küçəsində yerləşən 84 nömrəli fərdi yaşayış evində yaşamışlar.Cavabdehin anası öləndən sonra belə razılığa gəlmişlər ki, cavabdehin anasından miras qalmış fərdi yaşayış evindən cavabdehin bacısı Azadə Namazovaya çatası miras payın əvəzinə 1 otaqlı mənzili Azadəyə versinlər, miras ev bütünlüklə onlara qalsın. Bir müddət sonra cavabdeh anasından miras qalmış evi də satmış və hazırki mübahisəli mənzili almışlar. Həmin mənzili də atası ilə birlikdə təmir eimişlər. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2020-ci il tarixli nikah haqqında çıxarışdan görünür ki, tərəflər arasında olan nikah xx.xx.1993-cü il tarixdə, qeydə alınmışdır. xx.xx.2020-ci il tarixli, doğum haqqında çıxarışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2001-ci il tarixdə Jalə, xx.xx.1994-cü il tarixdə Nərgiz, xx.xx.2007-ci il tarixdə Polad, xx.xx.1995-ci il tarixdə Leyla adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-2865/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuşdur. xx.xx.1998-ci il tarixli , 2V-329 nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X3 şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsində yerləşən 84 nömrəli fərdi yaşayış evini X13 və Cavabdeh vəsiyyət etmişdir. xx.xx.2013-cü il tarixli, 2V-134 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 vərəsəsi olaraq Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsində yerləşən 84 nömrəli fərdi yaşayış evi miras olaraq keçmişdir. xx.xx.2014-cü il tarixli, 4Ə-366 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsində yerləşən 84 nömrəli fərdi yaşayış evini 32000 (otuz iki min) manata X4. xx.xx.2014-cü il tarixli 4Ə-388 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 60 saylı mənzili Cavabdeh 26440 (iyirmi altı min dörd yüz qırx) manata X2 almışdır. X21 Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX0344353 seriyalı, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. X21 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 9, 60 saylı mənzil Gəncə şəhər 4 saylı notariat ofisinin xx.xx.1994-cü il tarixli 1/68 saylı mənzilin özəlləşməsinə dair müqaviləsinə əsasən X9 adına özəlləşmişdir və ona xx.xx.1994-cü il tarixli 11543 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2014-cü il tarixli 4Ə-2- 388 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil Cavabdeh satılmışdır və ona xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. DƏDRX_in 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Samux rayon notariat ofisinin xx.xx.2007-ci il tarixli 4Ə-07-578 saylı alqı-satqı müqaviləsinə əsasən X23 ona məxsus Samux rayonu, Bağbanlar kəndində yerləşən fərdi yaşayış evini və 400.0 kv/m torpaq sahəsindən ibarət olan hissəsini Cavabdeh satmışdır. Cavabdeh bu əmlaka xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 1 saylı notariat ofisinin xx.xx.2011-ci il tarixli 4Ə-1- 89 saylı alqı- satqı müqaviləsinə əsasən X16 ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, 52 saylı mənzili Cavabdeh satmışdır. Cavabdeh bu mənzilə xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 4 saylı notariat ofisinin xx.xx.2007-ci il tarixli 4Ə-2-190 saylı alqı- satqı müqaviləsinə əsasən X17 ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, ev 140-da yerləşən mənzili Cavabdeh satmışdır. Cavabdeh bu mənzilə xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2009-cu il tarixli 4Ə-1-74 saylı alqı- satqı müqaviləsinə əsasən Nəriman Nərimanov prospekti, 140 saylı evdə yerləşən bu mənzil Cavabdeh tərəfindən X1. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq edilmiş sənədlərə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. MM-in 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Qanunvericiliyinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.Ərarvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. (Ailə Məcəlləsi, mad. 32.1,36.1,36.2,36.3) İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər birgə nikah dövründə müxtəlif ünvanlarda mənzil və fərdi yaşayış evi əldə etmişlər. Sonuncu dəfə ünvan 4 ünvanda 52 nömrəli 1 otaqlı mənzili əldə etmişlər. Öz aralarında olan razılığa görə tərəflər ilkin iddia üzrə Cavabdeh anasından miras qalmış fərdi yaşayış evindən onun bacısı Azadə Namazovaya çatası miras payın 1\2 hissəsinin əvəzinə Fikrət Əmirov küçəsi, 22 nömrəli evin 52 nömrəli 1 otaqlı mənzilini A.Namazovaya verərək miras qalmış fərdi yaşayış evini bütövlükdə əldə etmişlər. Bir müddət sonra əldə etdikləri Gəncə şəhəri, İ.Məmmədov küçəsində yerləşən 84 nömrəli fərdi yaşayış evini sataraq hazırki mübahisələndirilən Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi 9 nömrəli evin 60 saylı 3 otaqlı mənzilini almışlar.Qeyd olunan fərdi yaşayış evinin 1\2 hissəsi vərəsəlik qaydasında əvəzsiz olaraq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətinə keçməklə birgə nikah dövründə əldə olunmuş əmlak kütləsinə daxil olmamışdır. Halbu ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan hlda məhkəmə hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin olunaraq Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 9 nömrəli evin 60 nömrəli mənzilindən ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1/4 hissədə və ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 3/4 hissədə payları müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsu tərəflərə aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlkin iddia qismən, qarşılıqlı iddia tam təmin olunsun. Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 9 nömrəli evin 60 nömrəli mənzilindən ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1/4 hissədə və ilkin iddia üzrə cavabdehqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 3/4 hissədə payları müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar